Qoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.

Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.

Bunu da demək lazımdır ki, hörmətli müəllimin əlində bir neçə çox mötəbər dairələrdən vəsiqə və etibarnamələr də vardır.

Bakı maarif şöbəsində cavab verirlər ki, “get, mayın birində gəl”.

Bir neçə ay gözləyəndən sonra mayın birində gedir.

Mayın birində də müəllimə Bakı maarif şöbəsi cavab verir ki, “get, iyunun birində gəl”.

Bir ay da gözləyir, iyunun birində gedir.

– Hə, indi nə deyirsiniz? Gəlmişəm.

İndi də Bakı maarif şöbəsi cavab verir ki, “çocuğun çox kiçikdir, apar saxla, beş yaşı tamam olanda gətir; bizim qanunumuz belədir”. Xub.

Möhtərəm müəllimimiz Manafzadə Əlağa yenə baş idarələrin birinə müraciət edib əhvalatı söyləyir. Bu dəfə də vəsatət kağızını Bakı Səhiyyə şəbəsinə aparır ki, uşağını orada uşaq evinə qəbul edələr. Burada cavab verirlər ki, Bakı səhiyyə şöbəsinin qanunlarının məzmununa binaən buraya götürülən uşağın yaşı gərək üçdən artıq olmaya.

Demək, burada da müəllim yoldaşın işi tutmadı; çünki onun oğlunun yaşı 3 yarımdır.

İndi axırıncı əlac qalıbdır: axırıncı dəfə Manafzadə qadınlar şöbəsi müdirəsi naminə bir mötəbər yerdən vəsatətnamə aparır.

– Xub, çocuğun neçə yaşı var?

– 3 yaş yarım.

– Xub, anası var?

– Xeyr, vəfat edib.

– Çox əcəb, bəs, siz onun nəyisiniz?

– Mən onun atasıyam.

– Bəs, belə? Belə olan surətdə təəssüf olsun ki, sizin çocuğu darüləczəyə biz qəbul edə bilməriz. Səbəb budur ki, buraya biz ancaq yetim, yəni ata və anası olmayanları qəbul edirik, nəinki atası olan yetimləri.

Ravi belə rəvayət edir ki, qoca müəllim qadınlar şöbəsinə belə bir təklif edib:

– Aya, mən ölsəm, söz verirsiniz ki, uşağımı qəbul edəsiniz?

Bu suala nə cavab aldığını ravi unudubdur.

Təəccüb yeri yoxdur: ola bilər ki, insanın başına elə bir iş gələ ki, bir asan ölüm axtara.

Dəli

“Molla Nəsrəddin”, 3 iyul 1926, №27

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mömin

Mömin adam əmanətə xəyanət etməz.Culfada Məhəmmədovların mübaşiri Kərbəlayı Hüseyn Allahın məxluquna zülm eləyirdi və axırda xalq ictima edib onun şərini dəf elədilər. O getdi öz işinə. Onun yerinə indi bir Məşədi Muxtar peyda olub.

1 dəq
Dava xəbərləri

Qəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək.Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin.

2 dəq
Bir para xəbərlər

Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.

2 dəq
Novruz

“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.

3 dəq

Başqa şairlərin şeirləri · Satira