Mömin
Mömin adam əmanətə xəyanət etməz.
Culfada Məhəmmədovların mübaşiri Kərbəlayı Hüseyn Allahın məxluquna zülm eləyirdi və axırda xalq ictima edib onun şərini dəf elədilər. O getdi öz işinə. Onun yerinə indi bir Məşədi Muxtar peyda olub.
İndi bu yazığın işi lap çətinə düşüb. Bu da bilmir xalqa zülm eləsin, ya eləməsin. Əgər bu da başlıyıb zülm eləsə, genə camaat başlayacaqlar bunu da daşa basmağa. Məlumdur ki, Culfada nataraş adam çoxdu. Bura da Hind arxı deyil ki, pasrednik nə istəyir eləsin, yainki İrəvan şəhəri deyil ki, dövlətli hacılar bankı əllərinə alsınlar və banka veksil gətirən müsəlmanları hər tövr incitmək ilə nüfuz qazansınlar.
Bəli, Məşədi Muxtar indi bilmir nə eləsin: zülm eləsə, olmuyacaq, eləməsə də-əmanətə xəyanət eləmiş olacaq, bunu da ki öz üstünə götürə bilməz, çünki kişi bir mömin adamdır.
Məsələn, bir həftə bundan irəli Xanməhəmməd adında bir nəfər adam dağdan iki pud təndir torpağı qazıb gətirmişdi ki, keçirdib rus tərəfində satsın. Məşədi Muxtar xəbərdar olub bəzi sual-cavabdan sora Xanməhəmməd on səkkiz manat cərimə alıb və deyib ki, “Ağa Həsən Həncəli məni əmin bilib bu kəndləri mənə tapşırıb və İranda hər nə qədər dağ var, hamısı Ağa Həsənindir. İndi bu cəriməni əgər mən almasam, əmanətə xəyanət olar; bunu da ki, mən eliyə bilmənəm çünki mən bir mömin adamam”.
Doğrudan, yazıq Məşədi Muxtarın işi lap çətinə düşüb. Əgər zülm eləsə-olmuyacaq, əgər eləməsə, bu da olmuyacaq, çünki kişi Ağa Həsənin vəkilidir, mömin ola-ola əmanətə xəyanət eliyə bilməz.
Doğrudan da, çox çətin işdi.
Cırcırama
“Molla Nəsrəddin”, 6 oktyabr 1908, №40
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-momin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən külli ədyanı puç və əfsanə hesab edirəm.*M. F. Axundov*
Şura mətbuatıŞura mətbuatı haman mətbuatdır ki, Şura daxilində zühura gəlir.Şura mətbuatı bir neçə qismdir: 1) firqə mətbuatı, 2) işçi mətbuatı, 3) kəndli mətbuatı, 4) dərs kitabları, 5) allahsızlar mətbuatı və qeyriləri.
Türk kitablarıBir səyyahın rəvayətindən*Rusiya şəhərlərini gəzib dolanandan sonra Rostovdan keçdim, Şimali Qafqaza daxil oldum. Bir baş üz qoydum Tiflisə tərəf. Sonra getdim İrəvana, Naxçıvana. Oradan yenə qayıtdım Tiflisə və buradan da yollandım Bakıya.
Yazıçılar bayramıHəmin ilin indiki iyun ayına “yazıçılar bayramı” ad qoymaq olar; çünki həmin ayın müddətində Gürcüstan, Ermənistan və Azərbaycan yazıçıları əl-ələ verib “birlik” əmələ gətirdilər. Həmin birlikdən məqsəd bir-birindən xəbərdar olmaq, yazıların mövzusunu bir-birinə yavuqlaşdırmaq və ümumiyyətlə qələmlə çalışmağın amal və niyyətini birlikdə aydınlaşdırmaqdır.Ancaq qorxuram bu ittifaqda bizim türk yazıçılarımızın işi bir qədər axsıya; yəni sözün açığı–qorxuram biz qonşularımızla tuşbatuş gedə bilməyək. Bunun ümdə səbəbi budur ki, biz müsəlmanların içində qədim vaxtlardan indiyə kimi yazıçılıq bihudə bir peşə hesab olunubdur. Və onunçün də yazıçıların heç bir yanda qədr-qiyməti olmayıbdır, savayı münəccim Hacı Nəcmüddövlənin təqvimbazlığından və müctəhidlərin xabnamələrindən və dindar şairlərimizin növhə və qəsidələrindən.
Başqa şairlərin şeirləri · Satira
Ey mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
MüxabirəMəmdəli:Sevgili sultan babam, söylə, sənin halın nədir?
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.