Türk kitabları
Bir səyyahın rəvayətindən
Rusiya şəhərlərini gəzib dolanandan sonra Rostovdan keçdim, Şimali Qafqaza daxil oldum. Bir baş üz qoydum Tiflisə tərəf. Sonra getdim İrəvana, Naxçıvana. Oradan yenə qayıtdım Tiflisə və buradan da yollandım Bakıya.
Məni bu səyahətimdə artıq maraqlandıran kitab ticarəti idi. Onun üçün də böyük stansiyalarda qəsdən vaqondan enirdim və Ümumittifaq Kontor Agentliyinin qəzet və kitab köşklərini müayinə eləyirdim. Qafqaz cümhuriyyətlərinin dairəsində gürcülərin və ermənilərin öz dillərində çap olunan kitablar hərənin öz dairəsində köşklərdə düzülüb, satılmaqda olduğunu müşahidə etdim. Məlumdur ki, bu təbii bir haldır və belə də gərək ola. Onun üçün də Poylu stansiyasından Bakıya tərəf düzülmüş köşklərdə də türk kitablarını ziyarət etməyə hazırlaşırdım. Akstafada məlum oldu ki, bura kiçik bir stansiyadır və məni ümidvar etdilər ki, türk kitablarını Gəncə kimi böyük stansiyada görə biləcəyəm. Gecə saat on ikidə Gəncədə yuxunu özümə haram edib, yendim. Gözümü ova-ova qəzet-kitab köşkünə diqqət elədim. Burada qeyri dildəki kitabların içində türk kitabı görmədim. Bunun səbəbini köşk müdirindən soruşdum. O, səbəbini bilmədi, ya bilib mənə demədi. Sonra yol uzunu Yevlax, Kürdəmir, Hacıqabul, Biləcər kimi böyük voqzallarda da çoxluca qeyri kitabların içində türk kitabı gözümə sataşmadı.
Öz könlümdə dedim:
Eybi yoxdur. Heç olmasa Bakı voqzalı necə ki, böyük bir voqzal və Azərbaycanın göbəyi mənim bu şəkk düyünümü açar. Yəqin ki, orada axtardığımı taparam.
Heyhat! Burada iki-üç böyük köşklərdə hər dildə yazılan min-min böyük və kiçik kitablar içində mən bircə dənə, bircə cilddə, nə böyük və nə balaca türk kitabı tapa bilmədim. Başı alovlu özümü verdim köşk müdirinin yanına və onu Musa Kəlimüllaha and verib, soruşdum:
Nədir bunun səbəbi? Kimdir belə bir halı yaradan? Bunun illəti haradadır ki, Ümumittifaq Kontor Agentliyinin köşklərinin ticarət sərgisində hər bir yoldaş millətlərin öz dilində çap olunmuş kitablarının vücudu ilə tək bircə türk kitabları gözümə sataşmır. Belə bir ağır məsuliyyəti kim öhdəsinə götürə biləcək ki, Şuralar İttifaqı cəmi millətləri qardaşlığa və hüquq bərabərliyinə dəvət edən bir zəmanədə köşklərdə türk kitablarını görməyən fitnəçilər və provokatorlar bu halı başqa bir dona geydirə bilər. Burada Ümumittifaq Kontor Agentliyini də töhmətləndirə bilər və hal o ki, İttifaqımızın cəmi millətləri bilaistisna mətbuatının intişarının tərəqqisi Ümumittifaq Kontor Agentliyinin baş rəhbərinin arzusu və amalıdır.
Bakı stansiyasının köşkünün müdirinin cavabı xeyli maraqlıdır.
Müdir yoldaş gör mənə nə cavab verdi:
Biz başımıza nə çarə qılaq ki, “Azərnəşr” öz türk kitablarını bizə vermir ki, köşkümüzdə sataq.
Mən burada barmağımı dişlədim və çox böyük fikrə getdim. Nəhayət, təəccüb elədim.
Xob, “Azərnəşr” kitab fabrikasıdır. Heç ağıla gələn şeydirmi ki, bir fabrika öz məhsulunun rəvacını və intişarını axsatsın?
Həmən gün getdim “Azərnəşr”ə və oradan aldığım cavabı burada yer olmadığından gələn həftə inşaallah dərc edərəm. Hələ ki, xudahafiz.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 29 noyabr 1928, №48
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-turk-kitablari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində.
Cəmiyyəti-xeyriyyəDəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.Pənah Allaha, – deyib başlayaq.
Məslək“Təzə həyat” deyir ki, qəzetçi gərək qəzetəsini elə yaza ki, hər kəsi özündən incitməyə.Dəxi bundan da aşkar söz ola bilməz. Əgər qəzetçi camaatı özündən incitsə, dəxi kimə lazım olacaq onun qəzeti?
ZarafatƏvvəlinci dəfə mən “İrşad”ın 65-ci nömrəsini oxuyanda elə bildim ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlunun məktubu və Ağayevin bu məktuba cavabı ciddi surətdə yazılıblar, amma ikinci dəfə oxuyub gördüm ki, Nəcəf Yəhya oğlunun də məktubu zarafatnan yazılıb, Ağayevin cavabı da zarafatnan yazılıb.Hər kəs istəyir ki, bu yazıların zarafat, ya ciddi olmaqlarını başa düşsün, “İrşad”ın 65-ci nömrəsini tapsın və Nəcəf Yəhya oğlunun məktubu ilə Ağayevin cavabını bir də oxusun.
Başqa şairlərin şeirləri
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.