Yazıçılar bayramı
Həmin ilin indiki iyun ayına “yazıçılar bayramı” ad qoymaq olar; çünki həmin ayın müddətində Gürcüstan, Ermənistan və Azərbaycan yazıçıları əl-ələ verib “birlik” əmələ gətirdilər. Həmin birlikdən məqsəd bir-birindən xəbərdar olmaq, yazıların mövzusunu bir-birinə yavuqlaşdırmaq və ümumiyyətlə qələmlə çalışmağın amal və niyyətini birlikdə aydınlaşdırmaqdır.
Ancaq qorxuram bu ittifaqda bizim türk yazıçılarımızın işi bir qədər axsıya; yəni sözün açığı–qorxuram biz qonşularımızla tuşbatuş gedə bilməyək. Bunun ümdə səbəbi budur ki, biz müsəlmanların içində qədim vaxtlardan indiyə kimi yazıçılıq bihudə bir peşə hesab olunubdur. Və onunçün də yazıçıların heç bir yanda qədr-qiyməti olmayıbdır, savayı münəccim Hacı Nəcmüddövlənin təqvimbazlığından və müctəhidlərin xabnamələrindən və dindar şairlərimizin növhə və qəsidələrindən.
Doğrudur, axır vaxtlarda bir para Azərbaycan yazıçıları özlərini ortalığa tullayıb bir para boşboğaz yazılar yazmağa başlayıblar. Allaha şükür olsun ki, mömin millətimiz belə boşboğaz yazılara əhəmiyyət vermək istəməyiblər.
Həmin bu səbəbdəndir ki, erməni yazıçıların bu günlərdə Mərdəkana səyahətə getməyini eşidib, oranın rayon komitəsi sədri Qara Əhmədov yoldaş qabağa çıxmaq, alqışlamaq əvəzinə, ancaq bunu söylədi:
– Xoş gəliblər və səfa gətiriblər.
Vəssəlam.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 27 iyun 1929, № 26
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-yazicilar-bayrami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rüstəmbəyin və qardaşllarının haman kabinəsi. Z ə h r a b ə y i m azarlı halətində sövkənib yastığa, yanında oturub Gülbahar və yapışır anasının əlindən. Rüstəm bəy öz yerində oturub, kitaba baxır. Səməd Vahid və Mirzə Məhəmmədəli kitablarını yığışdırıb qoyurlar qutuya və az qalıb ki, qurtarsınlar Zəhra bəyim vayıldayır.R ü s t ə m b ə y (gəlir durur anasının qabağında). Ana, ay ana! (Zəhra bəyim dinmir. Rüstəm bəy yekə çağırır). Ana! Ana!
Dəli yığıncağıMƏCLIS ADAMLARI**1. H ə z r ə t Ə ş r ə f — hakim, 55 yaşında.
Birinci məclisBirinci məclis vaqe olur şəhərin hakimi H ə z r ə t Ə ş r ə f i n idarəsində. Yuxarı başda sandalya üstə əyləşib Həzrət Əşrəf, yanında durub müavini H a c ı N a y i b. Bir tərəfdə sandalya üstə əyləşib d o k t o r L a l b y u z, qabağında kürsü üstə kağız-küğuza baxır. Kənarda əyləşiblər şəhərin mötəbər tacirləri: H a c ı M ə h ə m m ə d ə l i fərşfuruş, H a cı X u d a v e r d i Ş ü r ə k a, H a c ı C ə f ə r K o m p a n i. Qapının yanında durub fərraş Ş i m r ə l i. H ə z r ə t Ə ş r ə f H a c ı N a y i b ə qanılmayan dildə yavaş-yavaş bir söz deyir.H a c ı N a y i b (üzü camaata). Hacılar, burada bir vacib məsələ var ki, ondan ötəri də Həzrət Əşrəf sizi buraya dəvət edib; amma and verirəm sizi uzun qollu Həzrət Abbasa, burada, əgər mümkünsə türkcə danışmayaq, çünki Həzrət Əşrəfin mənə qeyzi tutur.
İkinci məclisIkinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ə ş ə d i Z e y n ə b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ə r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.M ə ş ə d i Z e y n ə b (acıqlı). Itilin cəhənnəmə buradan!
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,