Şura mətbuatı haman mətbuatdır ki, Şura daxilində zühura gəlir.

Şura mətbuatı bir neçə qismdir: 1) firqə mətbuatı, 2) işçi mətbuatı, 3) kəndli mətbuatı, 4) dərs kitabları, 5) allahsızlar mətbuatı və qeyriləri.

Həmin mətbuat cəmiən Şura daxilində yaşayan zəhmətkeşlərə fayda verici mətbuatdır. Onunçün Şura hökuməti bu qism mətbuata kağız buraxır və hədsiz xərclər qoyur.

İndi Şura daxilində bu saydığımızdan başqa yenə elə mətbuat vardırmı ki, zəhmətkeşlər üçün [o] mətbuatın ziyandan başqa bir mənfəəti olmaya, o mətbuata həmçinin xeyli kağız sərf oluna?

Vardır.

Nədir o mətbuatın adı?

O mətbuatın adı dini mətbuatdır; yəni keşişlər mətbuatıdır və bir azca da mollalar mətbuatıdır.

Həmin keşişlər mətbuatı da ibarətdir iki qismdən:

  1. bir qismi dini kitablar və kitabçalardır, risalələrdir;

  2. bir qismi də qəzet və jurnallardır.

Bu qism keşiş mətbuatından keçən ilin ərzində Şuralar daxilində bir milyon nüsxədən artıq nəşr olunubdur.

Bu mətbuatdan başqa Şura daxilində on yeddi ədəd dini qəzet və jurnal nəşr olunur; bunların ikisi bizim pak olan islam dinindən rəvayət edir: biri Ufa şəhərində “İslam” adlı qəzetdir, biri də Simferopol şəhərində “Əsri-müsəlmanlıq” adlı qəzetdir.

Cəmi bu saydığımız dini qəzet və jurnallara Şura mətbəələri nəhayət kağız buraxırlar.

Onunçün da bu keçən mətbuat bayramı günündə xalq Şura mətbuatını təbrik edəndə, mən də keşiş mətbuatını təbrik edirdim; çünki, bu da Şura mətbuatıdır.

Əgər Şura mətbuatı deyilsə, əgər lazımlı mətbuat deyilsə, bəs nə səbəbə Şura mətbəəsi ona kağız buraxır; özü də kağızın belə qıt vaxtında?

Yaşasın (bir az vaxt) keşiş mətbuatı və onun mömin dostları – mətbəə müdirləri...

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 may 1929, № 19

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qoçu xəbərləri

Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.

2 dəq
İsgəndəri-kəbirlər

Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.

2 dəq
Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 dəq
Məktəbdə çarşab, yaxud çarşabda məktəb

Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.

1 dəq

Başqa şairlərin şeirləri