Salam-məleyk
Axund dadaş, qulluğunuzdan ki, mürəxxəs oldum gəldim İrəvana, orada cənab qazi məclisində sizin təkfirinizə hökmi-qəti verdik. Oradan gəldik Zünuza. O altı ildə ziyarətlərindən məhrum olduğumuza, pirləri ziyarət elədik. Amma Axund dadaş, Zünuz əhli bir iş gördülər ki, heç müsəlmançılığa yaraşmaz. De nə elədilər: cəm oldular məscidə. Cəmiən övrət və kişi and içib övrət libasını bilmərrə əvəz elədilər, yəni demək olar ki, haman günü 100 top çit satılıb alındı təzə uzun şalvarlıq. Amma… Heyif ki, 100 topun hamısı urus çiti oldu, heç bir qarış da İran çiti satılmadı!!! Bir də ümumən and içdilər ki, bundan sonra vətən bezindən kəfən alsınlar, dəxi firəng malı işlətməsinlər və pirlərə də dəxi vida etsinlər və urus qəndindən İmam Hüseyn ehsanı verməsinlər. O qəndlərin pulundan üsuli-qədim məktəb açsınlar. Qərəz ki, sağ olsun Zünuz. Oradan gəldik Mərəndə, bəli, gəldik Mərəndə, elə ki, gəldik yetişdik Mərəndə, bazara girməmişdən qabaq şəhərə bir günlük yol qalırdı, yəni Mərənddən əcəb və təkəbbür, qəflət, məstlik, piyanlıq, süstlük, nəmnəmənəlik insaniyyətdən savay hər zadlıq iyisi, üfunəti qalxıb Culfada bizi çaldı, belə ki, biz də az qaldıq Mərəndin bəzi ağayanları kimi olaq. Elə ki bazara girdik, əsli müsəlman iyi: tiryək və şirə və Ağa Həmmadın damadının abcu şərab sandıqlarını sınıb və dağılmaq iyi bizi elə vurdu, az qaldıq ya Ağa Həmmad olaq, ya da damadı. Dedik, şəhərdə carkeşlər car çəkdilər ki, yığılın məscidə, nağıl deyəcəyik. Xəbər gətirdilər ki, bir nəfər seyid cənab Cəfər kəzzabın lap öz oğlu səhihnəsəb və bir də bir nəfər Səffeyn şeyxlərindən cənab himarül-məşayix Hacı Şeyx Həsən ağa haman Binamüsül-sadat ağaya müvafiqət edib xalqa deyirlər ki: baba, çıxın gedin işüzə, bular əncümən adamlarıdır, əncüməni də ki, əlhəmdülillah, rus kazakları gətdi, bu günsabah dağıdarlar, yaxan qurtarar.
Dəli
“Molla Nəsrəddin”, 2 dekabr 1907, №45
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-salam-meleyk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
LəpəMən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..
KüpBir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.
Otİlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:
Başqa şairlərin şeirləri · Satira
Aclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
İnşaallahÖlkəmiz mərkəzi-ürfan olar, inşaallah,Oxuyub xalqımız insan olar, inşaallah!
Ağa dərvişBir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.
O nədirSəndən xəbər alım haq bilən aşiq,O nədir ki, sözü vardır, özü yox?