Zəng
O vaxtdan ki, biz “Qeyrət” mətbəəsində başlamışıq divar təqvimi çap eləməyə, bizə Bakı, Nuxa və Tiflis müəllimlərindən yüzdən artıq şikayət məktubu gəlib ki, nə səbəbə xaçpərəst bayramlarını biz qırmızı vərəq üstündə çap eləmirik.
Müəllimlərin də giley eləməyə haqları var, çünki bu yazıqlar gecə və gündüz intizardadılar ki, kəlisa bayramları yetişsin və müsəlman uşaqlarını ötürüb, özləri də gəzib rahat olsunlar. Əlbəttə, əgər bu cür bayramlar qırmızı vərəq üstündə çap olunsalar, müəllimlər haman saat görərlər ki, bu gün bayramdır və uşaqları ötürərlər.
Buna bizim heç sözümüz yoxdur, amma müəllimlərə biz bir belə təklif eləmək istəyirik:
Xaçpərəst bayramının axşamından başlamış kəlisaların zəngi həmişə çalınır. Biz müəllimlərə məsləhət görürük ki, təqvimə möhtac olmasınlar və bizi də artıq xərcə salmasınlar. Həmişə kəlisanın zəngini eşidən kimi bilsinlər ki, sabah “prazdnik”dir və uşaqlara xəbər versinlər ki, dərsə gəlməsinlər.
Məsələn, indi Tiflisdə müfti və şeyxülislam məktəblərinin uşaqları iki həftədir ki, küçələrdə bazar halvası axtarırlar, çünki məktəblər bağlanıb. Yəni bu qaydanı hökumət qoymuyub və qoymazdı da. Hökumət bir belə insafsız qərardadı eləməzdi ki, müsəlmanların ruhani məktəbləri xaçpərəst bayramlarını saxlasın və tətil eləsinlər. Bu qaydanı müsəlman müəllimləri özləri qoyub.
Xülasə, bizə qalsa, təqvimin heç lüzumu yoxdur: elə kəlisanın zəngi çalınan kimi lazımdır bilmək ki, sabah dərs yoxdu, vəssalam.
Cırcırama
“Molla Nəsrəddin”, 4 yanvar 1909, № 1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-zeng
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəzalarda kredit şirkətlərinin vəzifəsi budur ki, yoxsul əkinçilərə borc pul verməklə onlara köməklik göstərsinlər. Amma, –necə ki, məlum olur–həmin kredit şirkətləri yoxsullarla bərabər, bəzən qanunu pozaraq varlılara da borc pul verirlər. Hətta Tiflisdə beşinci Zaqafqaziya qurultayında da həmin məsələ ortalığa atıldı; bir para yerlərdə qoçaq kredit şirkətləri nəinki varlı əkinçilərə, hətta öz şirkətlərinin sədr və idarə üzvlərinə çoxluca paralar pay-püşk edirlər (Ağstafa).Mən başdan bu məqaləmin adını “çətin məsələ” qoydum. Məsələnin çətinliyi oradadır ki, insan bilmir nə cür həll eləsin; bilmir hansı yaxşıdır, hansı pisdir.
Xurcun və çamadanHekayə*Bir gün var idi, bir gün yox idi. Bir xurcunla bir çamadan var idi. Xurcun çox köhnə və cındır idi, çamadan çox təzə və qiymətli idi.
Dinsizdirlərmi Azərbaycan kəndliləri?Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Mədfən“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Başqa şairlərin şeirləri
Ey ağalar necə olurHalı yardan ayrılanın
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Zəmanə saldi əcəb mohnətu məlalə məniZəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.
Musayə təsəlli göründi TurdənMusayə təsəlli göründi Turdən,Məst olub ağlını şaşırdı sirdən,