Birinci hissə, birinci fəsil
Səhifə 4 / 5 · 60%
Gərək bu məsələ öyrənilə! Üçüncüsü, vəsiqələrin yoxlanmasını, şübhəli tələbələrə əl gəzdirilməsini mən özüm partkomdan, - direktor bütün oturanları süzdü. Sanki, kimi isə axtarırdı, - heyif özü bu ada yoxdur, şəxsən yoldaş Zahiddən xahiş eləmişəm. Bunu zənnimcə, Geldiyev də bilir. Dördüncüsü, günah Nayıbovun sinif komsomol nümayəndəsindədir ki, indiyəcən xəbərdarlıq eləməyib. Beşincisi..
Komsomol bürosunun katibi Muxtar direktorun sözünü kəsdi.
– Hələlik beşi bəsdir!
Gəldiyevin odlu nitqindən, direktorun soyuq yoxlamasından sonra Vahidə tərəfdar duran az oldu. Təkliflər var idi ki: "Təhqiqat üçün komissiya seçilsin", "yüngül tərbiyəvi cəza verilsin, töhmət olunsun". Gəldiyev bu təklifı edənlərə az qalırdı ki, göz ağartması verə.
– Çürük liberallar düşmənin dəyirmanına su tökürlər ha!
Muxtar onun üzünə baxdı: "Sss!" - deyə sükut istədiyini bildirdi.
Sonra sözə başladı:
– İki kəlmə də mən deyim. Vahid haqqında deyilənlər, elbət ki, bir ittifaq üzvü üçün arzu olıman hərəkətlər deyil. Ancaq yoldaşlar unutmasınlar ki, canlı bir insan, özü də gənc, dünən kənddən gəlmiş bir gənc haqqında, onun taleyi haqqında söhbət gedir...
Gəldiyev Muxtarın sözünü lağa qoydu:
– Gəncdir deyə çıxsın otursun başımızda! Gənc olmağı yox ey, ünsür olmağı barəsində danış. Məsələ ünsür məsələsidir, ondan danış, yoldaş komsomol!
Gəldiyev məna ilə "yoldaş komsomol" dediyi üçün Muxtarın rəngində bir qızartı duyuldu. Kənardan baxanlar onun susacağını, ya sözünü dəyişəcəyini güman edərdilər, Muxtar da eyni qətiyyət və kəsərlə Gəldiyevin üzünə baxdı və dedi:
– Partkomun nümayəndəsi qoysa, danışarıq!
Gəldiyev əmr kimi ucadan dedi:
– Danış!
– Danışacağam, ancaq kimin xoşuna, ya bədinə gəldiyini hesaba almadan danışacağam! Gəldiyev yoldaş yaxşı bilir ki, bizim, komsomol komitəsinin borcu bir tərəfdən ayrı-ayrı üzvlərimizdə baş verə bilən intizamsızlığın, səhvin qarşısını almaqdırsa, ikinci tərəfdən ədalətsizliyə qarşı mübarizədir!..
– Burada nənkı ədalətsızlıkdən söz gedır?
– Gəldiyev yoldaşın dediklərində bu var! Açıq görünür!
– Nə var?
Muxtar istədi açıq desın kı, böhtan var.
– Ədalətsizlik var!
Gəldiyev özündən çıxmış kimi yerində çalxalandı, əlini cibinə salıb çıxardı. Sanki bir şey axtarırdı. Kostyumunun yaxalığından tutub çəkdi, əlindəki qələmi dönə-dönə stola vurub, yerə atdı:
– Müzür ünsürləri ifşa etmək ədalətsizlik imiş?! - Gəldiyev mənalı- mənalı Muxtara, sonra da dönüb Verdiyevə baxdı: - Mən başa düşmürəm. Başa düşə bilmirəm ki, Muxtar nə danışır! Bu nə havadı çalınır!..
Komsomolçulardan biri söz atdı: - Muxtar aydın danışır!
Gəldiyev dönüb səs gələn tərəfə baxmaq istəyirdi ki, Muxtar daha ucadan səsləndi:
– Qoy mən sizi başa salım, yoldaş Gəldiyev! Vahid haqqında deyilənlər söhbətdir. Bəlkə bunlarda həqiqət var, amma nə qədər ki, sübuta yetməyib hələ söhbətdir.
Bəs arıçılıq?..
– Arıçı, tək təsərrüfatçı, zəhmətkeşdir. Onun balası institutda oxuya bilər, oxutmaq borcumuzdur. Bunda Vahidin bir günahı yoxdur.
– Sluşi, Muxtar, burada su çıxmaz arx-zad yoxdur. Bir müzür ünsür soxulub içimizə, qovaq getsin də! Nə çətin şey var?
Muxtar başını tovladı:
– Bu çox çətin işdir!
– Lap bu gün əmr vermək olar!
– Sənin sinəndən təpik ilə vurub küçəyə salsalar xoşuna gələr?
Gəldiyev əlini tovladı, kinayə işlətmək istədi:
– Sağ ol, doğrudan sağ ol! Gör məni kimə tay elədin?! Sən məgər düşmən ilə məni bir sırada eləyirsən?
– Olmaz ey, komsomolçu ilə belə inzibati rəftar yaramaz. Adamların taleyi ilə oynamaq olmaz. Vahid təşkilatın üzvüdür, səhvi olsa da birdən- birə kənara atmaq təhrifdir. Sabah Bakı Kömitəsi bizi çağırıb üzümüzə tüpürər.
– Üz məndə, qoy tüpürsün. Bakı Komitəsi deyir düşməni yuxarı başa keçir?
– Nə düşmən, ay yoldaş Gəldiyev! Cavan oğlandır, dünən ana qucağından, sovet məktəbindən gəlib, bu gün düşmən! Əcəb məntiqdir.
Yerindən qalxan düşmən! Cavan adamdır, səhvi var, borcumuzdur tərbiyə edək, kömək eləyək düzəltsin! Bizi niyə seçiblər bəs!
Gəldiyev əlindəki qələmi stola çırpıb səsinin qətiyyətini artırmağa, oturanları inandırınağa çalışdı:
– Mən doğrusunu bilmirəm, yoldaş komsomollar şutkaya qoyublar, ya nədir? Bura tərbiyə yeri deyil, oxumaq yeridir. Tərbiyəni indiyə qədər almalı idi. Nayıbov on il məktəb skamyasında oturub, tərbiyə almayıb, indi gəlib institutda - ali məktəbdə tərbiyə alacaq? Hökumətin ayda 180 manat lişni pulu yoxdur spekulyanta versin, desin: gəl ye, iç, oxu. Sabah da işimiz bərkə düşəndə, məsəl deyirəm, dön özümüzə, protiv get!
Uzun mübahisə və deyişınə düşdü. Axırda qət olundu ki, təhqiqat getsin. Vahidin sənədlərini yoxlatmaq direktora tapşırılsın. Verdiyev ha cəhd elədi ki: "Burada həll olunsun da, direktor da elə burdadır!".
Gəldiyev razı olmadı:
– Sənə tapşıranda nə olar, ay yoldaş direktor? Biz əlbir işləyirik, təfavütü nədir, sən, ya mən?..
– Mən deyirdim təşkilatın əli ilə olsun...
– Direktor da bir təşkilatdır, ya yox?
Gəldiyev bu qərara nail olandan sonra Muxtara tapşırdı ki, protokolun üzünü tez partkoma göndərsin. Sevinə-sevinə iclasdan çıxdı. Ürəyində təkrar etdi: "Direktora tapşırılsın", nə tapşıraram, necə tapşıraram, o mənim işimdir! Əmrə qol çəkiləndən sonra qoy hərif hara gedir getsin, hansı iclasa qoyur qoysun. Axırı gəlib mənə çıxacaq!
Vahidin institutdan qovulmaq xbərini eşidəndə Rübabə bərk narahat oldu. Dərsdə otura bilmədi. Tənəffüs zamanı yoldaşları ilə bu əmr haqqında danışırdı ki, direktor sinfə girdi. Verdiyev binaya baxır, otaqları gözdən keçirir, özünə daha münasib otaq seçmək istəyirdi. Rübabə fürsətdən istifadə ilə soruşdu:
– Yoldaş Verdiyev, deyirlər bizim sinif tələbəsi Nayıbov Vahidi xaric ediblər.
– Vahid Nayıbovu?
– Bəli!
– Necə bəyəm!
– Doğrudurınu?
– Əmr var.
Rübabə dedi:
– Yaxşı olmadı.
Direktor istehza ilə ona baxdı, getmək istəyən bir meyl ilə dedi:
– Vahid ilə nə çox maraqlananlar var!
Rübabə qızardı:
– Xeyr, mən bir tələbə kimi maraqlanıram.
– Bəs biz necə yanaşırıq?
– Onu özünüz bilərsiniz!
– Bacım, - dedi, - Vahidi mən qovmuram, mən də götürmürəm.
Bu məktəbin sahibi var, təşkilat var, mən də təşkilatın bir üzvü. Direktor özbaşına heç bir iş görmür. Partkom var, yerli komitə var, komsomol var. Birgə həll olunur. Belə sualları qapıda, sinifdə danışmaqdansa get təşkilatdan soruş, səni başa salsınlar. - Direktor bunu deyib Rübabənin daha sərt cavabını eşitməmək üçün tələsik sinifdən çıxdı.
Rübabə axşam, dərsdəndən sonra Vahidi çox axtardı. Dərs otaqlarını, kitabxananı, komsomol komitəsini bir-birinə vurdu, tapa bilmədi. Gördüm deyən yox idi. Tramvaya oturub, aerokluba gəldi. Səhər orada imiş, rayona gedəcəyini söyləyibmiş.
Rübabə mərkəzi kitabxanaya baş vurdu. Qiraət zalında Vahidin bir stolu vardı. Boş vaxtlarında burada oturub mütaliə edər, yazar, pozardı. Rübabə dəfələrlə onu burada tapmışdı. Qızı görən kimi qələmini qoyar, barmaqlarının ucunda yeriyə-yeriyə qapıya çıxardı. Rübabə təklif etmişdi ki: "Yataqxanada imkan yoxdursa, gəl evdə çalış. Boş otaq var". Vahid razı olmamışdı:
– Bilirsən, - demişdi, - Rübabə, hər dəqiqə bir kitab lazım olur, oxuduqca daha başqasına ehtiyac duyursan. Bilik aclığı heç bir aclığa bənzəməz. Bu iştaham ödəmək olmur. Bəzən bütün oxuduğun kitablar çoxdan tamaşa edib ötdüyün bağça kimi gəlir, daha başqa yerlər görmək istəyirsən.
Bu kitabxana dəryadır. Toz basmış qəfəslərdə yatıb qalan, zahirən bayazlara oxşayan köhnə kitablarda, o dəri cildlər arasındakı əprimiş kağızlarda xalqların tarixi, insanların həyatı, minlərcə istedadların hissi, fıkri, zəkası saxlamlır. Hər adam bir ömür yaşayır, oxuyan isə bir çox alimin də həyatını yaşayır. Keçmişlərin duyduğunu duyur, düşündüyünü düşünür. Bu kitablardan doymaq olmur. - Bir şey yadına düşmüş kimi Vahid səsinə məsum ifadə verərdi: - Bizim gənclərdə bilik arama, həvəs küləyi hələ bu qəfəslərin arasına əsməyib, hələ buranın havası əməlli-başlı təmizlənməyib. Havaxt gələrsən, ya haqq-hesab gedir, ya təmir. Mənim işimi aşıran o qoca çeşməkli kişi canlı arxivdir. Nə dildə, hansı elmdən, hansı çapdan olur olsun, kitabın adını çək, kişi barmağını gicgahına qoyur, gözünü qırpır, o saat yerini deyir. Gedək səni də tanış eləyim, gərəkli adamdır...
Deyəsən dünən idi, Vahid Rübabəni qoca kitabxanaçıya belə təqdim etmişdi:
– İstedadlı tələbə qızlarımızdandır, tanış olun. Elə bilirəm ki, bunun da sizə çox işi düşəcək. Kitabın dostudur...
Rübabənin ürəyindən həm sevincli, həm kədərli bir xatirə keçdi: "Vahid bu sözlərilə mənə hisslərini deyirdi, tələbələr arasında dedi-qodudan ehtiyat edib demədiyi sözlərini burada, qoca kitabxanaçının qabağında necə də uca səslə deyirdi. Yenə de bir şeyi gizlədirdi. Kitaba, kitabxanaya dəxli olmayan bir şeyi, lakin haqqında danışanda könlünü oynadan, qəlbini titrədən bir şeyi demirdi. Bəlkə də onun üçün başını aşağı salır, dəqiqələrlə dinmirdi..."
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-birinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
Şimaldan səsAprelimiz münasibətilə*Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqdı,
Anamın vəsiyyətiSaralırkən 60 yıllık niyaran gözləri,Həyatdan tok qözlərini yukarı.
MüxbirƏlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.