İkinci hissə, beşinci fəsil
Səhifə 3 / 3 · 67%
– Bəlkə, yoldaş professor, elə on birinin də səbəbi birdir? Bəlkə dərsinizin metodu yaxşı deyil! Mən biliyinizə şübhələnmirəm.
Vəzirbəyli dinmədi. Verdiyev əlavə etdi:
– Bəlkə qiymətlərdə səhv var?
– Xeyr. Proqramın tələbinə görə qiymət qoyulub, yəqin elə siz deyəndir. Mən leksiya oxumağı bacarmıram. Buna sözüm yoxdur.
Gəldiyev onların söhbətini kəsdi.
– Uzağa niyə gedirsiniz. Biz bu gün burada pis dərs verəni çıxarıb əvəzinə yaxşısını qoymayacağıq ha! Komissarlar Soveti özü baxar bu məsələyə. Ondansa gəlin pis nömrələrdən danışaq. Tapşıraq müəllimlərə, yoldaş professora öz qiymətlərini bir də gözdən keçirsinlər.
Dekan soruşdu:
– Gözdən keçirmək nəyə deyirsiniz? Bir də imtahanmı edək?
Verdiyev dedi:
– Nə olar eləyəndə? Xançalımızın qaşı düşməz ki!
– Buna təlimat yol vermir.
Gəldiyev dedi:
– Başqa çarə tapın. Elə də qoymaq olmaz. Sabah adamın abrını ətəyinə bükərlər. Sizin zəiflər ucundan bütün institut qara dasqaya düşər. Düşünürsünüzmü?
Dekanlar narazı idilər. Tələbələr arasında dedi-qodu salmaq istəirdilər. Verdiyev onları başa saldı.
– Yoldaşlar, açığı, bu nömrə ilə ki, siz mənim yanıma gəlmişsiniz, mən öz böyüyümün yanına gedə bilmərəm. Mənim böyüyüm məni qovar, yaxşı direktor olsaydım... - Verdiyev: "Mən də sizi qovardım" demək istədi. Buna cürət etməyib susdu. Ancaq bunu dedi:
– Ürəyim yumşaqdır. Vərəqləri götürün, üç gün sizə möhlət, nömrələri təzədən yoxlayın, sonra direksiyanın sərəncamına verin.
Vəzirbəyli söz istədi:
– Mən görürəm, direktorumuz məktəbimizin namusunu çəkir, razı olmur ki, üzümüzə söz gəlsin. Bu qəşəng xasiyyətdir, sağ olun.
Gəldiyev sevindi:
– Yoldaş Vəzirbəyli, istərdik ki, bütün işçilər bir nəfər kimi, məktəbin namusunu çəkə idilər.
Vəzirbəyli əlini qaldırdı:
– Öyrənərik, yoldaş Gəldiyev, öyrənmək borcumuzdur. Ancaq bir əlavəm var, nömrələri düzəltmək barədə şərikəm, gərək düzəlsin, gərək zəifımiz olmasın. Bunun üçün dekanı-filanı, ya müəllimi təzədən bura yığmaq, vaxtını almaq nəyə lazımdır? Direktorun bir əmri bəsdir. Xahiş edək direktor əmr versin ki, bu sülsdə bütün nömrələr əla adlandırılsın. - Vəzirbəyli sol əlini qol çəkən kimi tərpətdi: - Bircə əmr kifayətdir!
Dekanlar gülüşəndə Verdiyev tutuldu. Hər iki əli ilə stola söykənib, ayağa qalxdı:
– Belə artistlik eləməyin də var, cənab professor?
Vəzirbəyli qapıdan çıxa-çıxa dedi:
– Söz iti deyil, məsələnin özü itidir.
Dekanları yola salandan sonra da Verdiyevin hirsi soyumadı.
– Şaxtaçılardandır köpəkoğlu. Zərərçi!
Gəldiyev dedi:
– Vaxtında ifşa eləməyəndə belə olur. Nikolay məktəbi görmüş professorun bizim institutumuzda nə işi var ki, indi də bizimlə dimdik- dimdiyə dursun...
Verdiyev də, Gəldiyev də təsərrüfat müdirini çağırıb maşında oturdular. Mərdəkana otaq bəyənməyə getdilər.
Bir dəfə institutun "M-l" maşını yollara tozanaq salaraq, təsərrüfat müdirini, katibi Mərdəkana aparıb-gətirdi; Verdiyevə kağız, rəqəm, yoxlama daşıdı. Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı. Məsul yoldaşlardan bəzilərinə oxumaq istədi. Artmaqda olan istilərə, işçilərin məşğul olmasına baxmadı. Sovetin iclasında iştirak etməli olanların heç olmasa bir-ikisini qabaqcadan məruzə ilə tanış etməyi zəruri saydı. İki gün ali məktəb idarəsinin dalınca gəzdi, onun ezamiyyətdən gec qayıdacağını bilib katibini tapdı.
– Oxuyum, gör nə qeydin var.
Katib bu işə özünü məsul saymadığından qulaq asmaq istəmədi. Verdiyev Komissarlar Soveti işlər müdirini istirahət günü təzə köçdüyü bağda tapdı. Yaxın adamı kimi ərk ilə onun çiynindən tutdu:
– Oxuyum, bir qulaq as!
– Mən məktəb işi ilə o qədər tanış deyiləm, xeyrim dəyməz.
– Təki mən hər işə sizin qədər tanış olaydım. Bütün idarənin işi sənin əlində deyilmi, a sağ olmuş. ayda on belə məruzə yola salırsan.
Yox, səni boşlamayacağam, otur qulaq as!
İşlər müdiri məruzənin uzunluğundan, boş sözlərdən narazı idi. Verdiyev dedi:
– Onlar xırda şeydir. De görüm, səhvi-məhvi yoxdur ki?
– Savadlı adamsınız, sizə nə səhv tutmaq olar...
Verdiyev sanki bunu arzulayırdı. Məruzəni qatlayıb portfelinə qoydu, razılıqla evinə qayıtdı. Yolda portfelini açıb, yazdığı vərəqələrə baxır, ürəyində deyirdi: "Taleyim səndən asılıdır ha, ay məruzə, görək necə qiymət alacaqsan..."
Məruzəni hazır sayandan sonra Gəldiyevlə oturub, "hər ehtimala qarşı" mükafata layiq adamların siyahısını tutdular.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-aciq-kitab-ikinci-hisse-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakının isti iyul günlərindən birində, uca, çoxmərtəbəli, daş binanın qabağında adam əlindən keçmək çətin idi.Güman etməyin ki, bir mərasim, ya yığıncaq var idi. Bu dəhşətli istidə nə mərasim? Göydən tökülən, daş-divardan, asfaltdan qalxan təndir havasına dözüb-dayanmaq mümkün deyildi. Ancaq buraya yığılanlar məcbur idilər. Cavanların aylardan bəri həsrətlə gözlədiyi gün gəlib çatmışdı. İçəri otaqlarda sənət institutuna qəbul imtahanı gedirdi. Yüzlərlə cavanlar gözləyirdilər.
Gör fələk nə sayırTalib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
Biri var idi, ikisi yoxYoldaş!Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.
Xoşbəxtlik barəsindəİstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Başqa şairlərin şeirləri
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
RübailərEy badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,
Arzularım, ümidlərimÖmrüm payız ilə, qış arasında,Yol saldım dağ ilə, daş arasında.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.