Siyavət Qarabəyliyə

Mən xəbər tutdum ki, sənÇox xalis insansan, təbib!Çarəsi müşkül olanHər dərdə dərmansan, təbib!İstirahət bilmədənÇox dərdə dərman eylədin,Haqq bilir, el içrə sən –Bir misli – loğmansan, təbib!Zari-giryan, dərdi-ümman –Çox məriz-beykəslərə

Can verib, can bəxş edənQüdrətli insansan təbib!Ey Siyavət, xoş gəlibsənYurdun Odlar yurduna!Xalqına sən çox əzizHörmətli mehmansan, təbib!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən