Səhifə 1 / 3

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:

– Təhsilin nədir? – deyə soruşdu.

Fridun orta müəllimlik məktəbini qurtardığını söylədi. Bu sözdən onun üzündə xəfif bir istehza əmələ gəldiyini gördü.

– Haralısan?

Fridun “Azərbaycandanam” dedikdə o, acı bir gülüşlə:

– Əzizim, – dedi, – heç kəsə müraciət etmə. Get özünə başqa bir iş tap. Bir idarədə, bir kontorda kargüzar götürsələr, papağını göyə at. Mənim ali təhsilim var, özüm də giləkəm, bir aydır gəlib-gedirəm, hələ “ruzifərda”¹dan başqa bir şey eşitməmişəm.

Fridun bu sözlərə əhəmiyyət vermədi, vəzarətə girdi. Katibin yanına getdi. Katib çeşməkli, uzunboylu bir oğlan idi. Başını yağlayıb, səliqə ilə daramışdı. İşıldayan tükləri qapqara görünürdü. Onun qabağında bir neçə adam durmuşdu. O, eyni zamanda bu adamların hamısı ilə danışır və heç birisinə diqqətlə qulaq asmırdı. Hərəsinə nə isə yarımçıq bir söz deyir və o birisinə dönürdü. Onların başı üstündən kənarda durub Friduna müraciət etdi:

– Ağa, fərmayişin nədir?

Fridun iş üçün gəldiyini söylədi. Katib maarif vəzarətinin qapısındakı cavan müəllimin suallarına oxşar suallar verdi. Aldığı cavablar nə isə gülməli göründü. Dodaqları qaçdı.

– Ağa, siz gedin özünüzə başqa bir yerdə iş axtarın, – və bir daha Friduna baxmadan onun başı üstündən yeni gəlmiş adamlara boylandı:

– Ağa, fərmayişin nədir?

Fridun yorğun və ümidsiz bir fikirlə maarif vəzarətindən çıxdı. Hara getdiyini bilmədən yeriyirdi. Şəhərdə bazar həyatı qızışdığından səs-küy artmaqda idi. İki küçənin birləşdiyi bir tində, adamlar qaynaşan bir yerdə kim isə “ağa, əla Amerika malıdır!” deyib bir dəstə corabı gözünün qabağında hərlədi. Fridun fikir verməyib keçdi. Gözünü açdığı gündən ona tanış olan haylı-küylü, arasıkəsilməz əndişələrlə dolu bazar həyatının bu səhnələri ona adi görünürdü. Bununla belə, ilk dəfə olaraq, bu həyat ürəyində gizli bir vahimə oyadırdı. Məbədi pul, Allahı pul olan bu həyat sanki, insanın astarını üzünə çevirirdi. Amansız bir girdab kimi onu qoynunda çalxalayıb əzirdi: gah göyə qaldırır, gah yerin təkinə vurur və yalnız ölüsünü sakit sahilə atırdı. Burada da, girdaba düşənlər kimi, hər kəs öz hayında idi. Əlini, qolunu atır, kimi yoldaşının boğazından, kimi qonşusunun qıçından tutaraq dartır, yalnız özünü xilas etməyə çalışırdı. Bu dəhşətli, amansız bir həyat idi. Budur, Fridun indi bu həyatın astanasında dayanmışdı. Burada minlərlə xırda, iri alverçi dükanlar, heç bir işi-peşəsi olmayan adamlar bir-birinə qarışmışdır, məqsədsiz, arzusuz bir həyat onları qucağına alaraq, sürükləyib aparırdı. Onlar hay-küydən yorulurdular. O, bu axına düşsəydi, sanki, öz kökündən qopacaqdı. Günəşdən yanmış yüz minlərlə Musa kişilər, əli qabarlı Sərxanlardan ayrılacaqdı. Onların həyatı Friduna boş səhraların ortasında sakit axan nəhəng bir çayı xatırlatdı.

¹ Sabah-sabaha salmaq

Lakin onun bu hərəkətsiz və sakit görünüşü dalında nə qədər böyük bir qüvvə gizlənirdi! Bu böyük qüvvəni hərəkətə gətirən, onu təşkil edən “bax, gör sən nəyə qadirsən!” deyə onun əzəmətini özünə göstərən olacaqdımı?..

Qapısının üstündə ingiliscə və farsca “İngilis – İran neft şirkəti” yazılmış bir bina nəzərini cəlb etdi. Azca durub, fikrə getdi. Bu şirkətin vətən xaini və satqınlar tərbiyə etdiyi, işi pul gücünə aranlıların əxlaqını pozduğu haqqında sadə camaat arasında danışılan sözlər və əhvalatlar yadına düşdü. Düşündükcə xəyalında bu bina məmləkətin bədəninə sarınmış bir zəli şəkli almaqda idi: onun iyrəndirici əzələləri tərpənməkdə və amansız bir hərisliklə vətənin qanını sormaqda idi... “Yox, acından ölsəm də, mən burada işləyə bilmərəm” deyib, bir ikrah hissilə oradan uzaqlaşdı. Lakin iş, iş tapmaq lazım idi. Ağlına gəldi ki, bəlkə, ticarət və sənaye vəzarəti xəttilə bir yerdə işləmək mümkün ola. Bu məqsədlə həmin vəzarətə getdi. Xidmətçi acıqlı-acıqlı onu süzdü.

– Kimin yanına gedəcəksən?..

O, qapı qulluqçularının təbiətini bilirdi... Qorxanı içəri buraxmazdılar. Odur ki, cəsarətlə:

– Ağayi vəzirin!

– Yoxdur.

– Onda ağayi müavini-vəziri görərəm, – deyib dalına baxmadan, pilləkənlərlə yuxarıya, uzun bir salona çıxdı. Burada xidmətçi onu katibin yanına göndərdi. O:

– İcazə varmı? – deyib, qapını açdı, içəri girdikdə üstü kağızlarla dolu böyük stolun başında oturmuş enlikürək, azca çopur və ortaboylu katib ötəri olaraq ona baxdı və etinasız bir halda başını aşağı dikdi, kağızlara baxdı. Fridun gəlib onun qabağında durdu. Katib qarşısında heç kəs yox imiş kimi, bir etinasızlıqla kağızlara baxmaqda idi. Fridun onun ya çox laqeyd, ya da mütəkəbbir bir adam olduğunu düşündü. Səsinə yüngül bir sərtlik verdi:

– Ağa, məni sizin yanınıza göndəriblər.

Katib yenə başını qaldırmadı. Sanki heç bir söz eşitmədi. Heç tərpənmədi də. Fridun özlüyündə, bəlkə, bu ağır eşidir – deyib bir az ucadan:

– Ağa, məni sizin yanınıza göndəriblər, – dedi.

Katib yenə heç şey eşitmirmiş kimi, durub fit çaldı. Friduna baxmadan, bir dəstə kağızı ayırıb, qovluğa yığdı və aparıb, divar dibindəki aynalı şkafa, başqa qovluqların yanına qoydu. Fridun bir az da ucadan:

– Ağa, məni sizin yanınıza göndəriblər! – dedi.

Katib birdən döndü, gəlib Fridunun qabağında durdu.

– Ağa, mən nə karam, nə kor. Görürəm, eşidirəm, – dedi və qayıdıb, yerində oturdu. Tələsmədən stol üstündəki kağızları da yığıb, siyirməyə qoydu və əllərini çarpazlayıb, Friduna baxdı:

– Ağanın fərmayişi nədir?

Əvvəlcə Fridun bərk acıqlanmışdı. Az qala katibi kobudcasına təhqir edəcəkdi. Özünü bu hərəkətdən saxladıqdan sonra, gəldiyinə təəssüf etdi. İndi isə katibin bütün bu ədəbazlıqları ona çox gülünc görünürdü. Dodaqlarında xəfif bir təbəssümlə nə üçün gəldiyini söylədi və onu vəzir müavininin yanına aparmasını rica etdi. Katib ayağa durdu:

– Ağa, belə əhəmiyyətsiz bir iş üçün müavini-vəziri narahat etmək olmaz. Zəhmət çəkin gedin özünüzə bir iş tapın. Bir az sərmayə düzəldib, bir dükan açın, – dedi və otaqdan çıxmaq istəyirmiş kimi, qapıya tərəf yeridi. Fridun istehza ilə:

– Təşəkkür edirəm, yaxşı məsləhət verdiniz, – dedi və küçəyə çıxdı. Tehranda iş tapmaq və yaşamaq çətinliyinin yaratdığı vahimə getdikcə daha artıq qəlbinə dolurdu.


Günlər gəlib keçir, Fridun iş tapa bilmirdi. Vəzarətxanalara getmiş, bir neçə böyük şirkətə müraciət etmişdi. Heç yerdə iş verməmişdilər. Şirkətlərin birində yaşlı bir kişi onu diqqətlə dinləyib, başını bulamış, açıq demişdi:

– Oğul, çətin işdir. Yaxşı bir dalında duran olmasa, heç yerdə sənə iş verməzlər.

Buna baxmayaraq, o naümid olmur, şirkətləri, idarələri gəzirdi. Bu axtarış onu “Süheyli qardaşlarının tütün şirkəti”nə gətirib çıxartdı. O, kontora girəndə nahar zamanı idi. Üç adam bir stolun başında oturub çilov yeyirdi. O, bunu gördükdə qayıtmaq istədi. Lakin onlardan biri onu bir dükandar, yaxud xırda tacir zənn edərək, ayağa durdu, qabağına yeridi.

– Ağa, buyurun əyləşin, bizimlə çörək yeyin.

O qızardı, pürtmüş halda təşəkkür etdi. Yağlı barmaqlarını cibindən çıxartdığı qıraqları göy haşiyəli dəsmal ilə silən adam:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

On birinci fəsil

Rza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qapqara qaralmış və sümükləri çıxmış Həkimülmülk öhünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı.

30 dəq
On ikinci fəsil

Dünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısına buraxırdı. Avropanın şərqində qızışmış müharibə alovu Polşanın ortadan çıxmasilə sanki soyumağa yatmağa başlayırdı. Lakin əsl həqiqətdə o, yerini dəyişirdi. Daha güclü bir yanğınla bütün Avropanı bürüyəcəyinin əlamətləri göz qabağında idi. Polyakları qızışdırıb ortalığa salan və bərk ayaqda köməksiz buraxan İngiltərə hakim dairələri, indi də Fransanı qabağa verməkdə idilər. Sanki onlar mağarasından çıxıb, ov axtaran həris və dəhşətli bir yırtıcının ağzına atmaq üçün yeni bir tikə, yeni bir qurban axtarırdılar. Onlar bu vəhşini Şərqə – Sovetlər İttifaqının üstünə salmaq planlarının baş tutmadığını gördükdə, Avropanı parça-parça onun ağzına atmaqla fəlakəti özlərindən uzaqlaşdırmağa və vaxt qazanmağa cəhd edirdilər. Hitler sözdə yenə sülhdən, Almaniyanın artıq heç bir tələbi olmadığından danışır, əməldə isə hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı. Dünyanın bütün xalqları, Münhendə zəncirdən buraxılmış bu vəhşinin Avropa ilə kifayətlənməyəcəyini duyur, dərin bir əndişə və iztirabla gələcəyi gözləyirdi. Dövlətlər və məmləkətlər arasındakı münasibətdə daimi və sabit bir şey gözə dəymirdi. Sanki dünyanın çarxı öz məhvərindən qopmuş və naməlum bir istiqamətə yuvarlanmaqda idi. Tarix, sahilini aşan fırtınalı dəniz kimi tufanlar, təlatümlər dövrünə qədam qoymuşdu. On beş illik Rza xan istibdadının yaratdığı və iranlıların bir çoxuna əbədi görünən qanun-qaydalar, tarixin bu təlatümü önündə çatdaq-çatdaq olmağa başlayırdı. Yavaş-yavaş cəmiyyətin düşüncəsində bu üsulun tezliklə dağıla biləcəyi fikri oyanırdı. Hər gün artmaqda olan zülm və terrorun yaratdığı vahimə və əndişə, insanların qəlbində və beynində oyanan bu fikrin təzahürünü ləngitsə də, tamamilə onun qarşısını almaqda aciz idi.Hikmət İsfahani də qəlbən Pəhləvi səltənətinin dağılmasını gözləyənlərdən biri idi. Lakin o bu səltənətin əsaslandığı bünövrəni, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. Əksinə, belə bir şeyi fikirdən keçirdikdə onu vahimə basırdı. Pəhləviyə qarşı çevrilmiş hər hansı mübarizənin tərəfdarı olan o, mövcud münasibətlər əleyhinə olan hər şeyin düşməni idi. Qanlı Pəhləvi hakimiyyətinə qarşı mübarizə labüddən ictimai çevriliş xasiyyəti alacağından, o ziddiyyətli bir vəziyyətə düşürdü. Lakin sövq-təbiilikdən doğan bir hiss onu ictimai mübarizəyə yox, Pəhləvinin təhqir və təzyiqinə dözməyə çəkirdi. Çünki bir neçə malikanəni Pəhləviyə qurban vermək, bütün qazanc və gəlirləri itirmək təhlükəsindən daha yaxşı idi. Bu fikir onda, xüsusilə son zamanlar möhkəmlənməkdə idi. Latviya, Litva, Estoniya kimi xalq hərəkatının qalib gəldiyi ölkələrə baxdıqca o, daxili bir vahimənin təsirilə Rza xan istibdadını daha da möhkəmlətmək ehtiyacını duyurdu. “İş, çörək və azadlıq istəyirik!” kitabı, dünya hadisələrini diqqətlə izləyərək belə bir fikri böhran keçirdiyi günlərdə onun əlinə çatdı. Kitabı oxuduqca o, əsəbiləşir və qızışırdı. Bəlkə də, Rza xanın təhqir, şübhə və təzyiqlə dolu on beş illik hakimiyyəti dövründə onun bu qədər əsəbiləşdiyi olmamışdı. “Ey dadi-bidad! Biz yatmışıq, sel az qalıb gələ bizi basa! – deyə düşünürdü. – Müharibə etmək lazım idi. İranı alt-üst edə biləcək bu əqidələri maqqaşla qaşımaq, qızmış dəmirlə yandırmaqdan başqa çarə yox idi”.

31 dəq
On üçüncü fəsil

Xəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.

19 dəq
On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 dəq

Başqa şairlərin şeirləri