İlk pərdə

Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Bir tərəfdə dışarısı yeşilliklərlə mühat bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik... Qülbənin iki pəncərəsi, sağda, solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, ikindi çağı... Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpete sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul...Gözlərin birində İblis, digərində Mələk görünür.Gurultudan sonra sükut...*İblis (məmnun qəhqəhələrlə)

Hüseyn Cavid191814 dəq
Üçüncü pərdə

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarınıyerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!

Hüseyn Cavid192522 dəq
Beşinci pərdə

Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz, yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar.B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu Topal bir dürlü yorulmaq bilmiyor.

Hüseyn Cavid192519 dəq
Həsbi-hal (1)

1Bir millətin tərəqqi və tədənnisini bilmək için o millətin məktəblərini, daha doğrusu ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oquyan Almaniyanın, qoca Rusiyayı həyəcana düşürən Japoniyanın bütün bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər sayəsindədir.

Hüseyn Cavid6 dəq
Həsbi-hal (2)

2Tə’lim və tərbiyə haqqında veriləcək atidəki mə’lumat bir taqım mevsuq mənbələrə istinad edər. Onlar için mütaliəsi faydasız olmaz zənn edərim.

Hüseyn Cavid6 dəq
Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla Tofiq

Mərhumun təşyini-cənazəsi mərasimiMay ayının on birinci günü gündüzün saat on birdə Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə çarpıyordu ki, içində (A.Sur), o nakam cavan, o qəyur ədibimiz xabiəbədisinə varmışdı. On dörd gecəlik ayı ihatə edən yıldızlar kibi mədrəseyi-ruhaniyyə tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı. Hər kəs qayb olmuş bir fəzilətin, əldən çıqmış bir ne’mətin yadi-həsrətilə mütəəssir olduğunu göstəriyordu. Hazırun, böylə fəal və mütəşəbbüs bir cavanın, böylə natiqəpərdaz bir qəhrəmanın sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən kəndini alamıyordu.

Hüseyn Cavid14 dəq
M.Qurbanəli Şərifzadə

NekroloqSəmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bəlirməsini, parlamasını sezdirməyən bir qıvılcım kibi söndü.

Hüseyn Cavid3 dəq
Üçüncü pərdə

Alp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada*Xacə Nizam gəlir, Hacıb baş əyər.*

Hüseyn Cavid8 dəq
Məhəmmədəli Sidqiyə məktublar

18 iyul, 1913

Hüseyn Cavid10 dəq
Xuraman-xuraman

Pənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət

Hüseyn Cavid1 dəq
Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi

Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi,Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.

Hüseyn CavidQəzəl1 dəq
İblis

Əşxasİ b l i s.

Hüseyn Cavid19181 dəq
Dördüncü pərdə

Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!

Hüseyn Cavid192513 dəq
Urmiyədən məktub

Aparır külək hər gün gülüstandan bir gülü,Ürəyi dağlı, məhzun edir yazıq bülbülü.

Hüseyn Cavid1 dəq
Həsbi-hal (3)

3Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları altındadır” – buyurulmuşdur.

Hüseyn Cavid5 dəq
Mişkinaz xanıma məktublar

124 həziran 1927. Kislovodsk

Hüseyn Cavid10 dəq
Məyus bir qəlbin fəryadı

Ey nəşvəli, ey işvəli ümmid!Lənət sana, ey afəti-cavid!

Hüseyn Cavid2 dəq
Uyuyor

Əsmə, dur! Əsmə, ey nəsimi-bahar!Uyuyor, yari-işvəkar uyuyor.

Hüseyn Cavid2 dəq
İkinci pərdə

I SƏHNƏ**Qafqasyada, şimdiki Tiflis civarında küçük bir dağ ətəyində mənzərəli bir yer... Bir tərəfdə Kür nəhri, digər tərəfdə dağa doğru ucu görünməz əyri bir cığır nəzərləri oqşar. Qarşıda iki-üç çadır görünür. Müridlərdən bir qaç kişi çadırlardan çıqaraq əllərində dəsti Kürdən su gətirir. Bahar mevsimi... Gürcü yortusu. Ikindi çağı... Qürubə qarşı... Şeyx Sən’an Şeyx Sədra ilə bərabər gəzinərək ötüşməkdə olan bülbülləri dinlər və şaşqın bir baqışla ətrafı tamaşa edər...*

Hüseyn Cavid191418 dəq
Beşinci pərdə

Dağ ətəyində bir ova… İki-üç çadır qurulmuş, ikindi çağı, bulutlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar. Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafı süzərək dolaşır.*V a l i

Hüseyn Cavid193210 dəq
Nakamlıq

Böyük bir ziya’i-əbədiBu gün qara topraq əcəlin pənceyi-qəhri Qafqasiyanın Rusiya türklərinin, daha doğrusu, bütün türk ünsüri-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir evladını ağuşi-əbədisinə alıyor.

Hüseyn Cavid2 dəq
Müharibə və ədəbiyyat

Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!

Hüseyn Cavid9 dəq
Xəyyam

Dram – 6 pərdə*Əşxas

Hüseyn Cavid1 dəq
Dördüncü pərdə

İsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür.*İçəridə daha geniş salon, masalar və dans yerləri var. Sol Masada ArifləRə ’ n a... Sağda alman,*

Hüseyn Cavid6 dəq
M.T.Sidqiyə məktublar

(Farscadan tərcümə)1

Hüseyn Cavid10 dəq
iştə bir divanədən bir xatirə

“Sən nəsin? Kimsin?” deyən ariflərə*Arqadaşlar! Sormayın, hiç sormayın!

Hüseyn Cavid14 dəq
Pənbə çarşaf

Pənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət

Hüseyn Cavid1 dəq
Məndən fələk ayırdı vəfapişə yarimi

Məndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.

Hüseyn CavidQəzəl1 dəq
İkinci pərdə

Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr...Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur.

Hüseyn Cavid192519 dəq
İkinci pərdə

Bazar... Qarşıda çadırçı və çömləkçi dükanları vardır. Taxçalarda hər dürlü çömlək və saqsı*sürahi qoyulmuş, işçilər bir yanda çadır toquyurlar, bir yanda çamurdan çömlək, sair saqsı qablar*

Hüseyn Cavid8 dəq