Cəlil Məmmədquluzadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Bəli, buna iyirminci əsr deyərlər ki, Vatikan kimi dağı da tərpətdi. Hünər bircə simsiz teleqraf icad eləmək deyil: hünər bircə havaya qalxmaqda deyil; hünər bu idi ki, katoliklərin bütü mənzələsində olan və İsanın vəkili hesab olunan Rim papaslarının nüfuzunu azaltmaq, katolik ruhanilərin istibdadını pozmaq və biçarə əhalinin boynundan keşişlərin zəncirini qopardıb, inkvizis günlərini min-min nifrətlərlə yad etmək və min-min lənətlərlə rəhmət oxumaq.Belə də oldu.
Qanlı faciəYox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır.Xeyr, qanlı faciə bu deyil.
Nə olardı?“Günəş” qəzetini 101-ci nömrəsində “Erməni katalikosu” sərlövhəsi altında axund Pişnamazzadənin imzası ilə imzalanmış bir neçə sətri oxuduq. Burada şeyx cənabları üzünü ölən katalikosa tutub onun ölməyinə çox təəssüf edə-edə bir neçə söz deyir. Bu sözlər hətta rus qəzetinə də tərcümə olunmuşdur.Biz bilmirik bu nədir? Əgər bilən varsa bizi başa salsın.
QəzetlərimizMöhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetləri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya qəzetləri hökumət nə səbəbə bağlayıb və yazanlarını düstaq edib?!Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək.
Müsəlmanların ittihadıƏgər Bakıdakı müsəlman qardaşlarımız bir az ehtiyatlı dolanmasalar, hələ bundan da pis nəticə törəyə bilər. Vaqeən, axır hökumət lap aşkar görür ki, Bakıda müsəlmanlar birləşiblər və bu birləşmənin əsərləri çox işlərdə zahirə çıxır, xüsusən məktəb işlərində.Hələ buradan başlayaq ki, Bakıda şəhər məktəblərinin müsəlman müəllimlərinin arasında qəribə bir ittihadi-müslimin əmələ gəlib. Əvvələn, bunların bəzisinin libasları Bakı qoçularının paltarına oxşayır. İkinci əlamət budur ki, cəmi müəllim qardaşlar söz bir eləyiblər ki, heç bir iş görməsinlər; bu özü də elə əsl ittihadi-müslimindir; çünki əgər müəllimlərin biri, ya bir neçəsi iş görməsə, eybi yoxdur; amma əgər cəmisi iş görməsə, əlbəttə, bu olacaq “ittihadi-müslimin”.
Altı milyonOsmanlı qəzetləri yazırlar ki: “İstambul şeyxülislamı fitva verib Kərbəla mövqufatı satılsın və vüsul olan altı milyon manata Kərbəlada bir xəstəxana və Bağdadda bir darülfünün təsis olunsun”.Qəribə budur ki, qəzetlərimizin çoxusu bu xəbərə sevindilər və hətta “Bürhani-tərəqqi” belə yazır:
TeatrTəəccüb etməli işdir ki, hələ indiyə kimi eləyə bilmirik teatr işində də özgə millətlərə möhtac olmayaq.Hələ müsəlman xanımlarının səhnəyə çıxmağı qalsın kənarda; müsəlman qızına nə biz, nə də “İşıq” izn verir ki, teatr oyunbazlarının içinə girib səhnədə oynasın. Biz hələ kişiləri deyirik: Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar və bizi o günə qoyurlar ki, gedirik ruslardan, ermənilərdən yalvarıb artist gətiririk ki, bizə müsəlman teatrı çıxartsınlar.
Mustafabəy ƏlibəyovBakıda çıxan “Nicat” qəzetinin 36-cı nömrəsi bu gün düşdü əlimə və istədim açıb oxuyam. Sağ tərəfdən müsəlmanca yazılıb: “İran vüqüatı barəsində”, sol tərəfdən rusca yazılıb: “Mustafabəy Əlibəyov həzrətlərinin tərcümeyi – halı”.Hansını oxumaq lazımdır? Əlbəttə, sağ tərəfdə müsəlmanca yazılanı. Ondan ötrü ki, mən müsəlmanam və bir də Mustafabəynən mənim nə alıb verəcəyim var; amma İran işlərini oxuyub bilmək mənə vacibdir.
Məhəmmədəli MirzəBurada bir haşiyə çıxaq: ərəbcə “mirzə”nin mənası eşşək arısıdır.Gələk mətləbə.
Qan hamamıBu gün mən eşitdim ki, italyanlar Tripolidə osmanlılara basılmaqlarının əvəzini çıxartmaqdan ötrü o qədər günahsız ərəb uşağı qırırlar ki, frəng qəzetləri bu qırğının adını qoyublar “Qan hamamı”.A kişi, Allah xatirinə, başımı ağrıtma, mənim öz dərdim özümə bəsdir. Sən görürsən ki, mənim evim yıxılıb, belim qırılıb, mənim Seyid Məhəmməd ağa kimi ağam əlimdən gedib. Sən hələ mənə deyirsən ki, nə bilim, italyanlar osmanlı və ərəb qanı ilə hamamlar qayırıblar. Sən deyirsən ki, Avropa şəhərlərində sosialist firqələri mitinqlər əmələ gətirib, nitqlər söyləyirlər, italyanlara nifrət eləyirlər və hökumətlərinə ariz olurlar ki, vəhşi italyanların namərdliklərinə sədd çəkilsin. Sən deyirsən ki, Praqa şəhərində indi neçə min çex milləti ki, özləri də katolik məzhəbində ola-ola, bir yerə cəm olub, osmanlılara mərhəba, italyanlara min lənət göndəriblər. Mən də deyirəm ki, bizim Qafqaz müsəlmanlarına dolaşma. Sənin xəbərin yoxdur ki, bir nəfər Seyid Məhəmməd dari-fənadan dari-bəqaya rehlət buyuranda nə qədər hammal, qəssab, dəllək, mismarçı, qatıqçı, qatırcı ağanın həyətinə yığışırlar. Bitli molla küçədən cındırlı uşaqları yığıb, hərəsinin əlinə bir şaqqıldaqlı baydaq verib; əztərəfi-digər “Müzəffəri-məktəbi” bağlanıb, keçəl, bitli uşaqlar ağlaya-ağlaya və başlarına vura-vura gəlirlər ağanın həyətinə. Əz yek tərəf molla xoruzulla və ağanın həmşəhriləri qaçıb məsciddən Qasim otağını bəzəyib gətirdilər; küçədə su boçkaları hazır. Qərəz nə başını ağrıdım, iki palan camaat ilə ləbaləb. Əli kəsik dərviş bir yanda, molla qarpızəli bir yanda, sair dərvişlər bir yanda. Neçə yerdə camaat toplaşıb, mərsiyəyə ağlaşırlar, tainki Qasim otağı hazır oldu, nəşi-mübarəki həyətdən çıxarıb, mollalar düşdü qabağa və başladılar quran oxumağa. Daldan şkol uşaqları müdirin sərkərdəliyi ilə və camaat növhə deyə-deyə, sinə vura-vura cənazəni gətirdilər Təkə meydanına (sən axmaq hələ İtaliya və Osmanlıdan danışırsan), haman Təkə meydanına ki, türkmənlər orada at, eşşək, dəvə və flan bağlayırlar. At-eşşəkləri açıb buraxdılar bir yana, nəşi qoydular onların yerinə və başladılar haman müqəddəs yerdə namazı (mən ölüm ürəyini sıxma).
KeflənməkDoxsan ikinci ildə vəba naxoşluğundan camaat qorxuşanda həkimlər keflənməyi məsləhət bilirdilər; elə, doğrudan da, mən görürdüm ki, çaxır ya araq içib keflənənlər kefləri kök, damaqları çağ gəzirdilər və küçələrdə düşüb qalan ölüləri görüb nə qorxurdular, nə qüssə eləyirdilər. Hər kəs ki, istəyir fikir eləməsin, keflənsin.Keflənmək – canqurtarandır. Onunçün İrəvanın cavan xanları səhərdən-axşama kimi və axşamdan da səhərə kimi çaxır içib keflənirlər. Bunların keflənməyinin mənası var; bunlar keflənirlər ki, seyid Məhəmmədağanın yerinə şeyx Fəzlullahi-saninin təyin olunmağını özlərinə dərd eləməsinlər; odur ki, iki xan bir yerdə olanda gərək butulkalar düzülələr ortalığa və bu səbəbdən ruslar meyxanaya “Duxan” deyirlər, yəni farsca “iki xan”
NainsaflıqMəhərrəm yetişdi. Şaxseylər gediləcək, başlar yarılacaq, şərbətlər içiləcək, məşəllər yanacaq.Bunlar hamısı öz qaydası ilə. Lakin bircə şey var ki, mənim xoşuma gəlmir və heç bir insaf əhlinin xoşuna gərək gəlməsin.
Alım-satımMən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.
Pək eyiMənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.
Tök!– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.
İmtahanAxır vaxtlarda yenə bu cür söhbətlər tez-tez aralığa qoyulur ki, Qafqazda bir mədrəseyi-ruhaniyyə açmaq lazımdır ki, orada oxuyub qurtaran mollalar Avropa elmlərindən bir növ xəbərdar olsunlar. Və bu cür mədrəsəni müsəlman camaatı üçün mənfəətli qələmə verirlər və bu cür sözləri də danışanlar özlərini müsəlmanların xeyirxahlarına oxşatmaq istəyirlər.Əgər biz bu əmrə etiqad eləsək, əgər biz bunu təsdiq eləsək ki, Qafqaz mollalarımız bir əlahiddə mədrəsəyə möhtacdırlar, onda gərək biz bunu da boynumuza alaq ki, guya xudanəkərdə, belə məktəb qurtarmayan ruhanilərimiz – naqisdirlər.
MüsəlmançılıqHər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur.Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu.
Övrət məsələsiBu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. Biz də lazım görürük bu məqalələrin məzmunundan oxucularımızı xəbərdar edib, öz fikrimizi və rəyimizi müxtəsərcə söyləyək.Bakıda çıxan gündəlik “İbadət” qəzetinin 215-ci nömrəsində belə yazılıb: “Bəli, Balkan müharibəsini gördük, orda icra olunan müharibə vəsilələrini müşahidə qıldıq və axırda yadımızda qalan və gələcək tarixə yazılmalı olan mənzərə həmindir ki, tərəfeynin birinin əskərləri miyanında bolqar xanımları topçuluq vəzifəsi icra edəndə, yaralıları bağlayanda, teleqraf, mühəndis və qeyri bir xidmətlərdə bulunanda, osmanlı tərəfində tək bircə qadın gözə sataşmırdı və sataşa da bilməzdi və bununla belə biz mürurla avropalılara basılmağımıza və yavaşyavaş yox olmağınıza təəccüb edirik. Xeyr, xeyr təəccüb etməməli! Zira ki, xanımı ilə meydana çıxan bir igid, əlbəttə, tək meydana çıxan igidi basacaq”.
ManifestQayda belədir: həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. Kiminin qohumu və qardaşı dustaqdır, – gərək azad oluna, kiminin nidamkası var, – bağışlanacaq, kiminin sudda işi var, – bilmir nə tövr qurtaracaq.Amma çox heyif olsun ki, Bakıda çıxan müsəlman qəzetlərimiz bu barədə bir şey yazmırlar. Bu səbəblərə görə biz lazım görürük oxucularımıza bir qədər məlumat verək.
Kişi gəlirMən təəccüb edirəm bir para müsəlman qardaşlara ki, evlərinə kişi qonağı gələndə övrətlərini çıxardıb aparırlar qonaqların yanına və oturub bir yerdə söhbət eləyirlər. Doğrusu, belə bir əməli mən xoşlaya bilmərəm və heç razı ola bilmərəm ki, mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın.Və bilirəm də ki, bu məsələ barəsində mənim tərəfdarlarım çoxdur və hədsiz şükürlər də edirəm ki, yer üzünün cəmi müsəlman qardaşları bu xüsusda mənnən yoldaşdırlar.
Dili tutulubGöyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:
ŞükürBir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.
Ruhanilər yığıncağıİndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.
Müftilik məsələsiİndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir.On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir.
MübarəkbadlıqRusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.
XoşbəxtlikAllah-taala biz müsəlmanları xoşbəxt yaradıb.Bir fikir elə və gör ki, heç zəhmət çəkməyə-çəkməyə hər nə ki, dünyada var, – hər bir şey bizim ixtiyarımızdadır. Götür dəmir yolu, teleqrafı, telefonu və qeyri bunun kimi şeytan işlərini, – bunların ixtiyarında nə ki, zəhmət çəkmişik, bəlkə bunları avropalılar sümük sındırıb icad edəndə biz ayaqlarımızı soyuq suya uzadıb, on səkkiz saat iftarın intizarında olurduq, amma axırda Allah-taala bizi bu dünya nemətlərinin heç birindən məhrum qılmadı; çünki həqiqətdə də biz xoşbəxtik.
Boğaz məsələsiAllahü əkbər, Allahü əkbər! Məni bir başa salan yoxdur ki, təzə hökumətimizin xariciyyə vəziri Milyukov axır nə deyir. – Deyir ki, gərək İstambuldan türkləri yerli-dibli qovaq. Dardanel boğazını tutub onlardan alaq!..Allahü əkbər, sübhanallah!
Zənciri-müqəddəsAprelin 15-də Bakıda əmələ gələn yığıncağın Molla əmiyə iki mənfəəti oldu: biri budur ki, təzə bir “qurultay” sözü qazandıq. Hərçənd qabaqca bir az ülkən kimi oldum, amma tez vaxtda adət elədim. İndi bu saat elə bilirəm, elə atam-anamdan öyrəndiyim sözdür.Doğrudur, çox yerdə müsəlman qardaşlar bir çox başlar sındırdılar, bir çox lüğət kitabına baxdılar ki, qurultayın vətənini öyrənsinlər. Amma nə fars, nə ərəb kitablarında bir işarə tapa bilmədilər və tapa bilməzdilər də; çünki “qurultay” sözü tək bircə Dağıstan tərəfində [.. . ] qardaşlarımızın cığataylı əmi oğullarının arasında Nadir şah əsrində işlənən söz.
Müsəlmanlar silahlanırMöhtərəm oxucularımıza məlumdur ki, bu axır vaxtlar bizim əziz və mehriban erməni qonşularımız dünya və aləmə çığır-bağır salıblar ki, ay aman, qoymayın müsəlmanlar silahlanırlar ki, bu gün, sabah osmanlılar Qafqaza hücum edəndə bunlar da onlara qarışıb birdən tökülsünlər və xaçpərəstləri qırıb qurtarsınlar.Bu söhbətlərin nəticəsi o oldu ki, Qarsda, Tiflisdə və bir para qeyri yerlərdə soldatlar, doğrudan da, müsəlmanlardan bədgüman olub başladılar fəqir-füqəraya əziyyət eləməyə.
BambılılarBir neçə gün bundan qabaq Tiflisdə xəbər çıxdı ki, Ənvər paşanı, Tələt paşanı, yenə bilmirəm hansı paşanı öldürüblər, Soltan da özünü öldürüb, İstambulda böyük hərc-mərcdir və türklərin axır nəfəsidir və labüddürlər ki, ruslarla ayrıca barışıq eləsinlər.Lazımdır demək ki, Yevropa davası başlanandan buyana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əsilsiz və yalan olublar.