Cəlil Məmmədquluzadə
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin.Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə.
Əzizim Məmmədəli!Təvəqqe edirəm bir belə şey qayırtdırasan: poçtxanalarda posılkalara bir cür maşın ilə plomb vururlar. Bir balaca və girdə, pul kimi qurğuşundan plomba çıxır, üstündə bilmirəm nə yazılmış olur.Gör bu maşını hansı usta qayırır və iki dənə sifariş ver qayırsınlar, tez al göndər. Amma bu cür olsun ki, plombun üstündə rusca bu cür yazı çıxsın: Qamida.
SirkəBir neçə gün bundan qabaq bizim ədib yoldaşlarımızın biri gəlmişdi Bakıya və düşmüşdü orta mehmanxanaların birində.Mən və Bakı ədiblərindən birisi bir gün günorta zamanı, getdik haman ədib rəfiqimizin görüşünə. İçəri girdik. Xoş-beş… Görüşəndən sonra oturduq və bir yarım saata qədər oradan-buradan söhbət elədik, sonra istədik duraq çıxaq gedək. Rəfiqimiz də o meyldə oldu ki, bizlə bahəm təmiz havada bir qədər dolansın və üçümüz də çıxdıq küçəyə.
Bəlkə də qaytardılarYay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam; çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur.Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb.
Dördüncü məclisDəlixana. Dəli M o l l a A b b a s ayaq üstə durub, əlini göyə qalxızıb, moizə edir. Oturublar dəlilər: P ı r p ı z S o n a, F a r m a s y o n R ü s t ə m, S ə r s ə m H e y d ə r, H ə m z a d Q u r b a n, C i n n i M u s t a f a. Dəlilər dəli Molla Abbasın moizəsinə qulaq asırlar.M o l l a A b b a s. (səsnən, avaznan oxuya-oxuya deyir). Əlhəmdilillah rəbbül-aləmin vəssəlatü vəssəlam əla seyidəl-mürsəlin və ilahit-tahirin, əmma bəd....
Danabaş kəndinin müəllimiKomediya, 4 məclisdəƏhvalat vaqe olur İrəvan quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində.
ƏrDörd məclisdən ibarət komediyaİŞTİRAK EDİRLƏR
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Qafqaz xəbərləriNəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Molla Nəsrəddinin cavabıAğdaşda Kərbəlayı NəcəfquluKərbəlayı Cəfər oğluna
Niyə mən dərsdən qaçdımDünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.
Oruc yeyənlərOrucluq yetişəndə mənim heç kəsə o qədər yazığım gəlmir, nə qədər ki, oruclarını yeyənlərə.Vallah, o cür ki, mən görmüşəm, orucu yeməkdənsə tutmaq min qat asandır.
Orucu batil eləyən şeylərMərvdə cənab mövlana hacı Məhəmməd Bağır ağa hər gün məsciddə minbəri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min peyğəmbərə and içə-içə camaatı inandırır ki, qəzet oxumaq orucu batil elər. Mən biləsi bu məsələyə diqqət eləmək lazımdır.Tutaq ki, Lənkəranda sərçeşmeyi-ülumi-rəbbani fəxrül-üləma hacı Cabbar ağa Nəsirbəyovun müridləri bu günah əməldən uzaqdırlar; amma yenə oructutanlardan gah bir qəzet oxuyan mənim gözümə sataşır. Məgər bunlar yazıq deyillər?!
Meşədə gördüklərimCənab Bekkerin səyahətnaməsiOtuz doqquzuncu nömrədən ad verdiyimiz ingilis səyyahı cənab Bekker yanvarın 3-də gəlib Şamaxıya və oradan əvvəlinci dəfə idarəmizə belə məktub göndərib:
Papaq73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.
CəfəngiyatHər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.
Lay-layƏvvəla cənab Hop-hopdan çox təvəqqə edirik ki, biz təbrizlilərə və bizim hürriyyətə sataşmasın.Lay-lay hürriyyət!
İnşallahMənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyər “inşallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib.Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşallah”, amma bir neçə gün keçdi, göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşallah”. Bir də görəndə dedim, genə dedi: “inşallah göndərərəm”.
XənnasOruc bayramının günü Bakıda “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundovun sözlərini eşidəndən bu yana mənim fikrimə bir şey gəlir: mən yəqin edirəm ki, indi bir adam özünü tülkü libasına salıb, müsəlmanları yığa başına və deyə ki, “ay camaat, mən Allaham”, hamı bu tülkünün sözünə inanıb, düşəcək səcdəyə və deyəcək ki, doğrudan, elə Allah budur ki, budur.Doktor molla Əbdülxalıq Axundov bayram günü “Səadət” məclisində bu sözləri danışıb: “Həzərat, siz bilmirsiniz ki, nə səbəbə biz müsəlmanlar dalı qalmışıq, Amma mən bilirəm. Səbəb budur ki, bizim evimizi yıxan Avropada təhsil tapmış cavanlarımızdır ki, müsəlmançılığı özlərindən kənar ediblər. Bizə belə oxumuşlar lazım deyil. Biz gərək öz dədə-baba qaydalarımız ilə təlim tapaq və öz köhnə yolumuz ilə gedək. Bizlər köhnə qaydalarımızdan çıxa bilmərik; yoxsa islam əldən gedər. Ona görə sizlər gərək bizə çoxluca pullar verəsiniz ki, köhnə qayda üzrə təzə məktəblər açaq və Tehrandan təzə mollalar gətirək ki, bizim əqidələrimizi düzəltsin”.
Eydi-əzhaQurban bayramı*Qurban bayramı xüsusunda biz heç bir söz danışmaq istəmirdik. Amma müsəlman qəzetlərində bu barədə gözümüzə bir para məqalələr sataşdı.
HalvaÖlülər elə bilirlər ki, dirilər halva yeyir.İndi Litva və Polşa müsəlmanları öz-özlərinə deyirlər ki, bax gör biz necə bədbəxt olduq, müsəlmançılıqdan uzaq düşdük, türk dilimizi yadımızdan çıxartdıq və qafqazlı müsəlman qardaşlarımızdan geri qaldıq.
FitvalarAltı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik
CavabÜçüncü nömrəmizdə yazmışdıq ki, Mərv naçalnikinin dəftərxana mütərcimi aşqabaddan gələn tərəqqipərvər cavanlarımızı incidib. İndi mərvlilər yazırlar ki, bu yalandır.Məlum şeydir ki, Mərv əhli işin həqiqətini necə ki, lazımdır, bilir: biz yazdığımız yalandırsa da bilir, doğrudursa da bilir. Amma bu var ki, qeyri yerin oxucuları əhvalatı bilmir və bəlkə də bəzinin fikrinə gələ ki, doğrudan da, biz böhtan yazmışıq və tanımadığımız bir müxbirin sözünə etibar eləyib möhtərəm bir şəxsin barəsində iftira söyləmişik.
İran işləriİran kimindir?Tutaq ki, sən deyəcəksən “İran İranındır”.
Bakı müsəlmanlarıAy gözüm Bakı müsəlmanları, ahay igidlər, yaşasın Bakı müsəlmanları! Ay, hay, ho, ho!.. Hay, can, Bakı müsəlmanları! İgidin adı gərək. Məsələn, necə ki, deyirlər: “Flankəsi barmaqnan göstərirlər”, yəni gör nə qədər şöhrətlənib ki, hər yanda adı dillərdə söylənir. Canımsınız, Bakı müsəlmanları, indi tamam Rusiyada hər nə danışıq var, hər nə söhbət və bəhs var, – hamısı sizin barənizdədir. Demək ki, illərlə çəkdiyiniz zəhmətləriniz, əməyiniz, çaylara tökdüyünüz müsəlman qanları puça çıxmadı; yenə hər nə isə bir səmərə bağışladı.“Novoye vremya” qəzetində Menşikov yazır ki, Bakı müsəlmanları pis adamdırlar; ondan ötrü ki, hər gün küçə və bazarda parta-part salıb bir-birini qırırlar və qoymurlar ruslar öz evlərində rahat yatsınlar. Menşikov yazır ki, “Bakı müsəlmanları hərçənd gecə və gündüz birbirini qırmaqdadır, amma bunların əsl fikri o deyil ki, yəni axırda birbirini lap qırıb qurtarsınlar, xeyr, bunların fikri budur ki, “parta-part” səsi ilə rusları narahat eləsinlər və axırda ruslar da bunlardan bir az inciyib Bakıdan çıxıb getsinlər”.
Çanaqİran vüquatına dair*Mən həmişə İran karxanalarından çıxan kitabları oxuyanda demişəm ki, məmləkət idarə eləməyə bu millətin qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”.
Səkkiz yüz molla“Səadət”, “Nəşri-maarif”, “İttihad”…Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…
VodkaMəlumdur ki, İranda bir şəxs istəyəndə ki, onun şəhərdə söhbəti olunsun, şərab içib keyflənib küçəyə çıxır və başlayır özünü o divara, bu divara vurmağa; və çün İranda küçədə keyflənmiş müsəlman bir qəribə şeydir, ona görə şəhərdə hamı onun söhbətini eliyir.Batumda sakin olan müsəlmanlar istəyirlər burada da İran qaydası ilə özlərini məşhur etsinlər, dəxi mülahizə eləmirlər ki, Rusiya küçələrində piyan heç kəsə təəccüb gəlməz. Neçə gün bundan əqdəm burada iranlıların əncüməni-xeyriyyəsinin mənfəətinə sirk oyunu çıxardırdılar. Biletlərin satılmağını əncümən əzası öz öhdəsinə götürmüşdülər. Biletləri çox əziyyət ilə, yalvarmaq ilə iranlılara satdılar. Bilet alanların bəzisi elə ağlıyırdı ki, adamın yazığı gəlirdi. Amma axşam oyun vaxtı övza bilmərrə dəyişilmişdi. Oyunun aralığında müsəlmanlar arağın üstünə belə tökülürdülər, guya Qarabağ əkinlərinin üstə çəyirtgə tökülür.Gündüz ağlıyıb “vallah, bir manatdan artıq pulum yoxdur” – deyən müsəlmanlar pulları ciblərindən qat-qat çıxardıb vodkasatana verirdilər.
HümayunQəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.