Hicab Məsələsi və Cavabımız
Səhifə 2 / 2 · 50%
Zəmani ki, peyğəmbərin övrətlərindən (yainki mütləq övrətlərdən) bir şey istəməli oldunuz, sual ediniz pərdə dalısından. Bu günə hicab dalısından sual və cavab etmək pakizəraqdır həm sizin qəlblərinizə və həmi övrətlərin qəlblərinə (pis gözlə baxmaqdan ibarətdir).
Bu tərcümə mütabiqdir cümlə təfsir ilə.
“Təfsiri-Qazi”də rəvayət olubdur ki, Ömər rəziyəllah ənh dedi: ya Rəsuləllah, sənin yanına cümlə pis və yaxşı adamlar gəlir, əgər əmr edəsiniz ümməhati-möminin pərdə dalısına oturalar yaxşı olardı. Sonra bu ayə nazil oldu. Yainki bir gün ziyafət məclisində bir adamın əli Ayişəyə dəydi, bu ayə nazil oldu. Bu ayənin zikrindən sonra Allah-təala buyurur ki, (La cina əleyhən fi abaihən…iləs), Ləfzən tərcüməsi:
Günah yoxdur övrətlərə atalarında və övladlarında və qardaşlarında və qardaşları övladlarında və bacıları övladlarında və öz cinsi övrətlərə və o kəslərə ki, o övrətlərin əlləri malik olubdur (qul və kəniz) və gərəkdir ki, Allahdan qorxalar, bedürüsti ki, Allah-təala hər şeyə xəbərdardır.
“Təfsiri-Qazi”də: zəmani ki, hicab ayəsi nazil oldu (53 ayə) atalar və övlad və qohumlar ərz etdilər həzrət Rəsul əleyhissəlama ki, ayə öz qızlarımız, bacılarımız və qohumlarımız ilə pərdə dalısından danışaq? Pəs bu ayə nazil oldu.
“Təfsiri-Safi” bunun misli.
“Təfsiri-Kəbir” Fəxri Razi: zəman ki, hicab ayəsi nazil oldu o hökmdən Allah-təala məhrəmləri istisna etdi.
Bu ayənin üzü örtməyə dəlaləti yoxdur, o cəhətə ki, məhz bu ayənin şəni-nüzulu biduni-izin özgə evinə daxil olmaq barəsindədir.
Yəni ey peyğəmbər, degilən övrətlərinə və qızlarına və möminlərin övrətlərinə ki, evdən çıxan vaxtda yaxın etsinlər kəndilərinə çadralarını, bu günə örtünməklə kənizlərdən fərq olunurlar. Və bu surətdə onlara əziyyət olunmazlar ki, o növ əziyyətlər kənizlərə olunur (Qazi Beyzavi).
Caiz deyildir əcnəbiyə övrətə baxmaq məgər üzünə və əllərinə, əgər şəhvət qorxusu olmaya. Bunların dəlil cəvazi təqazayi-zərurətdir, almaq və vermək və övrətin üzünü tanımaq üçün müamilə vaxtında əcnəbi kişilər ilə tainki övrət öz dünya güzəranını əmələ gətirə bilə. Əsil dəlil bu xüsusda ayeyi-şərifdir: “La yübdinə zinətəhünnə illa mazəhərə minha”. Ümumi səhaba buna qaildir ki, zahir zinətdən murad: sürmə və üzüyün yerləridir ki, ibarətdir üzdən və əllərdən. Amma ayaqlarda bir rəvayət odur ki, ayaq da övrət deyildir, bu cəhətə ki, yol getməyə ehtiyac olmağa görə aşkar etmək olar. Bir də bu cəhətə ki, şəhvət üz və əllərdə ola bilər, onlara baxmaq caiz olduqda ayağa baxmağın cəvazi betəriqi-ula caiz ola bilər: Amma bir rəvayətə görə ayaqlar övrət hesab olunar sair vaxtda, amma namaz vaxtı övrət deyildir. (“İxtiyar”).
Azadə övrətin cəmi bədəni övrətdir məgər üzü və əlləri, Allah-təala həzrətlərinin “vəla yübdinə zinnətəhünnə illa mazəhərə minha” fərmanına görə ibn Abbas buyurubdur ki, zinəteyndən murad sürməvə üzükdür və zinəti zahir etmək lazım tutub onun yerini zahir etməyi. Sürmə üzün və üzük əllərin zinətidir (“Kitabi-İxtiyar”).
“Və cəmi bədənülhürrə övrətün illa vəchüha və kəfiha və qədəmiha və ləza təmtənü min kəşifə vəchüha beynərical lilfit-nətü vəla yəcuzinnəzərü ileyha beşəhvətin kevəchuləmrədü və əmma yədunəha fihəl”.
Mənası: üz, əl və ayaqlardan savayı arvadın cəmi bədəni övrətdir. Fitnə olan təqdirdə üz açmaq da məmnundur. Şəhvətlə oğlan uşağın üzünə baxmaq caiz olmadığı kimi arvadın üzünə baxmaq da caiz deyildir. Amma şəhvət ilə baxılmasa həlaldır. (“Müntəqi-Fitva”kitabı).
Əllameyi-mərhum “Təzkirə” kitabının dördüncü fəslində buyurur: məsələtün ünas tayfasının övrət yeri cəmi bədənidir, məgər üzü. Cəmi üləma bundan ittifaq edibdir, məgər Əbu Bəkr ibni Əbdürrəhman ibn Hüşşam (hədis rəvayət edənlərin birisidir). O deyibdir ki, ünasın hər yeri övrətdir, hətta dırnaqları da. Bu ravinin qövlü qeyriməqbuldur icma vasitəsi ilə. Amma iki əllər üz kimidir bizim üləmanın yanında. Və buna qail olubdur Şafeyi, Övzayi və Əbu Sur. Bu dəlil ilə ki, “Vəlayubdinə zinətəhünnə illa mazəhərə minha”nı İbn Əbbas (peyğəmbərin əmisi oğlu ki, müfəssirlərin böyüyüdür) təfsir edibdir üzə və əllərə.
Fazili-hindi “Kəşfül-lisan” kitabında ki, əllameyi mərhumun “Qəvaid” kitabının şərhidir 5-ci fərdə buyurur:
Vacibdir övrətə bədənini namaz vaxtında örtmək məgər üzünü və əllərini necə ki, bu məsələ yazılıbdır: “Məbsut”, “Mötəbər”, “İsbah” və “Cami” kitablarında. Bu sözün dəlili odur ki, Səhih ibn Müslimdən rəvayət olubdur ki, övrət üçün caizdir namaz qılmaq köynəkdə, əgər qalın ola ki, bədən görünməyə. Köynək əlləri və qədəmləri örtməz. Çarqat da üzü örtməz. O hədis mövcibilə ki, Fatimə əleyhasilamullah namaz qılırdı, əynində köynək və başında çarqat elə kiçik idi ki, başının tükü və qulaqlarını örtmək qədərindən artıq deyildi.
“Müntəha” kitabında (Əllamənindir) cəmi üləma icma edibdir üzdə və habelədir (təzkirə Əllamənindir). “Müxtəlif’ və “Mötəbər” kitablarında və “Müntəha”da sərahətə zikr olunubdur üləmaların icmal iki əllərdə və dəlil gətiriblər bunu ki, ehtiyac vadar edir üzü və əlləri açmağa və İbn Əbbas təfsir edibdir: “İlla məzəhərə minha”nı üzə və əllərə və əlavə həramdır üzü örtmək niqab ilə ehram vaxtında. “Zikri” kitabında (Şəhidi-əvvəlindir) üləma icma edibdir övrət üçün üzünü örtməmək.
“Şərhi-kəbir”də sətri-övrət babında üz və əllər övrət olmamaq barəsində ixtilafi-əqvali nəql etmək bədində buyurur: bəlkə məşhur fitva və rəvayət cəhətinə ancaq üz və əllərdə sətrin vacib olmamağıdır. Caizdir əcnəbi kişiyə övrətin əllərinə və üzünə baxmaq (necə ki, nikah kitabında təfsilən nəql olunacaqdır). Genə çox istilaldan sonra buyurur: “Vəlayübdinə zinətəhünnə illa məzəhərə minha” belə təfsir olunubdur ki, ibarətdir üzdən və iki əllərdən və bəzi rəvayətlərdə iki qədəmlər dəxi belədir və Küleyni rəhmətullah da buna qaildir, buyurubdur ki, mən xəbərdar olmamışam bu sözün xilafına qail olan kəsə.
Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat! Görürsüz, nə qədər böyük müctəhidlər və alimlər üz açmağın caiz olmağını yazırlar. Biz də məsələni ixtilaflı bilib üz açmağın caiz olmağını yazdıq. Hətta bu xüsusda da Qurani-kərimdən dəlil gətirdik. Lakin mən Molla Nəsrəddinə inanmayıb sizi bu günlərə, bu həqarətlərə salan, bir para ruhani dərisindəki qurdların sözünə aldanırsınız.
Camaat, şükür Allaha, öz fikriniz, mühakiməniz var.
Görürsünüz, nə qədər böyük müctəhidlər üz açmağı ixtilaflı bir məsələ bilirlər. Halbuki bizi təkfir edən qərəzkarlar öz şəriətlərindən, öz kitablarından xəbərləri olmaya-olmaya götürüb yalandan yazırlar ki, və sizi qandırmaq istəyirlər ki, bu məsələdə zərrə qədər ixtilaf yoxdur.
Həmd olsun, özünüz görürsünüz: kimlərdir şəriətini bilməyib kor-koranə əl-ayaq çalanlar, kimlərdir həqiqəti gizlədib camaatı aldadıb ələ salanlar!
Molla Nəsrəddin
“Molla Nəsrəddin” jurnalı, 25 iyun 1907, № 23
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-hicab-meselesi-ve-cavabimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.
Xortdana MəktubHörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.
MəktubCənab Molla əmi! Vallah, sən qəribə adamsan. Kor tutduğun buraxmayan kimi sən də biz arvadların yaxasından yapışıb əldən qoymaq istəmirsən. Qəsdin budur ki, biz müsəlman arvadları da erməni arvadları kimi üzüaçıq gəzək. Yaxşı hələ qoy bunu da deyim. Daha başına adam qəhət idi, gərək elə bizi erməni harsinlərinə tay edəydin? Yaxşı mollasan, afərin sənə! Daha nə deyim?..İndi gələk mətləb üstə.
Bir Nəçə Günlüyə( Zövci-axər məsələsi)Məcmuəmizin 19 və 20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəbalar söyləyəcək. Amma indi nə görürük? İndi görürük ki, bəzi saqqalları qırmızı və beyinləri sarı müsəlmanlar bizim sözümüzü əsla başa düşmüyüb deyirlər ki, “Molla Nəsrəddin şəriəti istehza edir”.Dəxi hu barədə heç kəs ilə bizim işimiz yoxdur. Heç bir kəsə biz sözümüzü demək istəmirik. Bizim sözümüz məhz insaf əhlinədir. Qoy insaf sahibləri qulaq assınlar. Biz bunu demişik ki və yenə deyirik ki, övrəti üç təlaqdan sonra özgə kişiyə “bir neçə günlüyə” ərə vermək və Naxçıvanda Hacı Zeynal kimi və Nuxada Dərdimənd kimi gedib övrəti tazə ərindən yalvarıb boşatmaq və evə gətirmək vəhşi, gülməli, qeyrət və namusdan bir mərrə uzaq və şəriətdən kənar bir işdir.