Görəsən o vəfasızNiyə məni unutdu?O şirin və duzlu qızNiyə məni unutdu?O gələndə gözlərimSevinc yaşıyla dolur.Gedəndə ürəyimdəQəribə bir hal olur.Bahar kimi təzədir,Çiçək kimi ətirli,Dostdur, könül dostudur –Sevimli və xətirli.Mən əzəldən məftunamO qızın zəkasına,Sözünə, söhbətinə,Mehriban ədasına.Coşqun təbiətinə,O həzin sevdasına.Görəsən o vəfasızNiyə məni unutdu?O şirin və duzlu qızNiyə məni unutdu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri