Kim gözəldir görəsən
Masanın üstündə bir dəstə çiçək,Bir-birindən təzə, ətirli, göyçək.Hər fəslin ətirli, incə çiçəyi,Adları nəğməli ellər göyçəyi.Burda bir yasəmən, bir pöhrə yarpız.Söhbət edirdilər, sakit, qayğısız.Çiçəklər içində hansıdır qəşəng?Ləçəkləri zərif, yarpağı ipək?Söhbətə qoşuldu sırğalı nərgiz.Dedi: – Ən ətirli mənəm, şübhəsiz.Açıram payızda, qışda, yazda mən.Səsləndi yerindən salxım yasəmən,Dedi ətrin mənə tay ola bilməz,Sevdiyim fəsildir mənim güllü yaz.Qızılgül mənimlə açır yanaşı,Ətrim bağçaları, bağları aşır.Lalə dedi: – Sənin ətrin var, ancaqMən çöllərə yanğın salanda gəl bax!Ləçəklərim incə, özüm incəyəm,Çiçəklər içində mən birinciyəm,Bənövşə nazlanıb boynunu burduDinləyib söhbəti sakitcə durdu.Sonra dilə gəldi, səsləndi: – Bəsdir,Sizin söhbətiniz, məncə, əbəsdir...Adıma nəğmələr qoşulur mənim,Çöllər, çəmənlərdir mənim vətənim.İnciçiçək dedi: – Mənə bax, mənə!Bir görən deyir ki, göreydim yenə...Mixəkgülü dedi bu səs nə səsdir,Bu necə höcətdir, bu nə həvəsdir?!Mənəm bağçaların sevimli qızı,Həm sarı açıram, həm də qırmızı...Rəngimə vurulur məni görənlər,Ətrimdən məst olur məni dərənlər...Beşikdə bir körpə elə bu zamanGözlərini açıb durdu yuxudan.Şəfəqlər süzüldü yanaqlarına,Bir təbəssüm qondu dodaqlarına...Duyunca körpənin gül nəfəsiniKəsdi o çiçəklər, güllər səsini...Güləndə körpənin təmiz gözləriBaşını aşağı saldı hər biri,Durub öyünmədi daha çiçəklər,Ləçəyi incilər, üzü göyçəklər.Heç biri demədi çox gözələm mən,Utandı körpənin təbəssümündən...
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-kim-gozeldir-goresen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Hər yetən gözələ “gözəl” demərəm,Gözəldə gərəkdi işvə-naz ola.
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Açıq məktubƏziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?
تا شمر چون درع داودی شد از باد شمالگشت چون تخت سلیمان گلبن از حسن و جمال