Tərtər
Sən dağlardan qoparaqQıjıltıyla axırsan.Vəhşi dağ gülləriniYandırırsan, yaxırsan.Hay-küy salıb hər dikdəGurlayırsan faydasız,Səndən bircə qətrə suGötürməyir gəlin, qız.
Yaz selitək şaqqaşaqGurlayırsan dağlarda,Neçə quru çöl, çəmənSənsiz qalmışdır darda.Susuz, yanan çöllərinBağrı cadar-cadardır.Səninsə yuxarıdaAncaq hay-küyün vardır.
Sən aşağı endikcəAxırsan yavaş-yavaş,Sakit bir əzəmətləAxırsan çölə birbaş.O sərin nəfəsindənÇəmən, çiçək də gülür,Çöllərin üzərinəElə bil nur tökülür.Susuz, yanan düzlərinSinəsinə dolursan,Gör, aşağı endikcəNə faydalı olursan.Çöllərin yarı Tərtər,Sula bağları, Tərtər!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-terter
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu əlvan bəzəklərin, xoş səsin, baxışların,Sakit şirin gileyin, gözəl nevazişinlə
Mən də eşitmişəm bu dünya mülküMən də eşitmişəm bu dünya mülküVahid bir dostluqla gözəldir əlbət...
Başımın üstündə toplanmış yenəBaşımın üstündə toplanmış yenəSükuta qərq olmuş yığın buludlar,
Ev pərisiEy dinc malikanəmə gizli hamilik edənXeyirxah ev pərisi, sənə yalvarıram mən.