رفت منذر به اتفاق پدربر چنین جستجوی بست کمر

جست جایی فراخ و ساز بلندایمن از گرمی و گداز و گزند

کآن چنان دز در آن دیار نبودو‌آن چه بد جز همان به کار نبود

اوستادان کار می‌جستندجای آن کارگاه می‌شستند

هر که بر شغل آن غرض برخاستآن نمودار ازو نیامد راست

تا به نُعمان خبر رسید درستکآن چنان پیشه‌ور که در خور توست

هست نام‌آوری ز کشور رومزیرکی کاو ز سنگ سازد موم

چابکی چرب‌دست و شیرین‌کارسام‌دستی و نام او «سنمار»

دستبرد‌ش همه جهان دیدهبه همه دیده‌ای پسندیده

کرده چندین بنا به مصر و به شامهر یکی در نهاد خویش تمام

رومیان، هندوان پیشهٔ اوچینیان، ریزه‌چین ِتیشهٔ او

گر چه بناست وین سخن فاش استاوستادِ هزار نقاش است

هست بیرون ازین به رای و قیاسرصد‌انگیز و ارتفاع‌شناس

نظرش بر فلک تنیده لعاباز دم عنکبوت اصطرلاب

چون بلیناس روم صاحب‌رایهم رصد‌بند و هم طلسم‌گشا‌ی

آگه از روی‌بستگانِ سپهراز شبیخون ماه و کینهٔ مهر

ساز این شغل ازو توانی یافتکاین چنین کسوت‌، او تواند بافت

طاقی از گِل چنان برآرایدکز ستاره چراغ برُباید

چون که نعمان بدین طلبکار‌یگرم‌دل شد ز نارِ سمناری

کس فرستاد و خواند ز‌آن بومشهم به رومی فریفت از رومش

چون که سمنار سوی نعمان رفترغبت کار شد یکی در هفت

آن چه مقصود بود از او درخواستوانگهی کرد کار او را راست

آلتی کآن رواق را شایستساختند آن چنان که می‌بایست

پنجه کارگر شد آهن‌سنجبر بنا کرد کار سالی پنج

تا هم آخر به دست زرین‌چنگکرد سیمین‌رواقی از گِل و سنگ

کوشکی برج برکشیده به ماهقبله‌گاه، همه سپید و سیاه

کارگاهی به زیب و زرکار‌یرنگ‌ناری و نقش سمناری

فلکی پای گِرد کرده به نازنُه فلک را به گرد او پرواز

قطبی از پیکر جنوب و شمالتَنگلوشا‌ی صدهزار خیال

مانده را دیدنش مقابل خوابتشنه را نقش او برابر آب

آفتاب ار بر او فکندی نوردیده را در عصابه بستی حور

چون بهشتش درون، پر آسایشچون سپهر‌ش برون، پر آرایش

صقلش از مالش سریشُم و شیرگشته آیینه‌وار عکس‌پذیر

در شبان‌روز‌ی از شتاب و درنگچون عروسان برآمدی به سه رنگ

یافتی از سه رنگ ناوردیازرقی و سپید‌ی و زرد‌ی

صبح‌دم ز آسمان ازرق پوشچون هوا بستی ازرقی بر دوش

کآفتاب آمدی برون ز نوَردچهره چون آفتاب کردی زرد

چون زدی ابر، کُله بر خورشیداز لطافت شدی چو ابر سفید

با هوا در نقاب یک رنگیگاه رومی نمود و گه زنگی

چون که سمنار از آن عمل پرداختخوب‌تر زآن که خواستند بساخت

زآسمان برگذشت رونق اوخور به رونق شد از خَوَرْنَق او

داد نعمان به نعمتیش نویدکه به یک نیمه زآن نداشت امید

از شتر، بارهای پر زر خشکوز گرانمایه‌های گوهر و مشک

بیشتر زآن که در شمار آیدتا دگر وقت‌ها به کار آید

چوب اگر بازداری از آتشخام مانَد کباب سختی‌کَش

دستِ بخشنده کآفتِ درم استحاجب‌الباب درگهِ کرم است

مرد بنّا که آن نوازش دیدوعده‌های امیدوار شنید

گفت: اگر زآن چه وعده دادم شاهپیش از این شغل بودمی آگاه

نقش این کارگاهِ چینی‌کاربهترک بستمی در این پرگار

بیشتر بردمی در این جا رنجتا به من شاه بیش دادی گنج

کردمی کوشکی که تا بودیروزش از روز رونق افزودی

گفت نعمان: چو بیش یابی چیزبه از این ساختن توانی نیز‌؟

گفت: اگر بایدت به وقت بسیچآن کنم کاین بَرَش نباشد هیچ

این سه رنگ است‌، آن بود صد رنگآن ز یاقوت باشد این از سنگ

این به یک گنبدی نماید چهرآن بود هفت گنبد‌ی چو سپهر

روی نعمان ازین سخن بفْروختخرمن مهر و مردمی را سوخت

پادشاه آتشی‌ست کز نورشایمن آن شد که دید از دورش

و‌آتش او گلی است گوهر‌باردر برابر گل است و در بر خار

پادشه همچو تاک انگور‌ستدر نپیچد در‌ آن کز او دورست

وآن که پیچد در او به صد یاریبیخ و بارش کند به صد خوار‌ی

گفت: اگر مانمش به زور و به زربه ازینی کند به جای دگر

نام و صیت مرا تباه کندنامهٔ خویش را سیاه کند

کارداران خویش را فرمودتا برند از دز افکنندش زود

کارگر بین که خاک خونخوار‌شچون فکند از نشانهٔ کارش‌؟

کرد قصری به چند سال بلندبه زمانیش ازو زمانه فکند

آتش انگیخت خود به دود افتاددیر بر بام رفت و زود افتاد

بی‌خبر بود از اوفتادنِ خویشکآن بنا برکشید صد گز بیش

گر ز گور خودش خبر بودییک بَدَست، از سه گز نیفزودی

تخت پایه چنان توان بر بردکه چو افتی ازو نگردی خرد

نام نعمان بدان بنای بلنداز بلندی، به مه رساند کمند

خاک جادو‌ی مطلقش می‌خواندخلق رب‌الخَوَرْنَقش می‌خواند

Dolanıb ətrafı hey qarış-qarış,Mənzərlə atası etdi axtarış.

Axırda səfalı bir yer tapdılar,İstilikdən uzaq, kədərdən kənar.

Elə bir yerdi ki, bütün ölkədəYoxdu bərabəri onun bəlkə də.

Sarayı tikməyə gəzib vardılar,Mahir bir ustanı çox axtardılar.

Hər gələn duruxdu, döndü bir daşa,Vurula bilmədi imarət başa.

Nəhayət yetişdi xəbər Nemana:"Dolanma dərbədər, düşüb dörd yana,

Sənin axtardığın qadir sənətkarOlsa, ola bilər Sam oğlu Simnar,

Zirəkdir, od kimi iti əllidir,Dünyaya hünəri, işi bəllidir.

Çox binalar tikib Misirdə, Şamda,Yaşayır hər biri bir ehtişamda.

Olmuş sənətinin qulu rumlular,Çinli tişəsinin tozunu yığar.

O bənna olsa da, məşhurdur adı,Odur min nəqqaşın böyük ustadı.

Onuntək qiyaslı sənətkarmı var?Ucalıqlar ölçər, rəsəd qaldırar.

Fələkə üstürlab ənkəbutununTelindən tor hörmüş nəzəri onun.

Rumlu Bəlinastək hünərlər saçar,Rəsədxana tikər, tilsimlər açar.

Vaqifdir göylərin hər bir sirrinə,Ayın şəbxununa, günün şərrinə.

Bu işin tək odur mahir bənnası,O, yalnız toxuyar belə libası.

Palçıqdan tikdiyi bəzəkli tağıUlduzun gözündən qapar çırağı".

Onun tərifini eşitdi Neman,Simnarın oduna qızışdı haman.

Tez adam yolladı o Ruma sarı,Qızılla aldatdı usta Simnarı.

O gün ki Nemanın yanına gəldiSimnar nə istədi, dərhal düzəldi.

Çoxaldı arzusu işə Simnarın,Hümmət Nemanınkı, peşə Simnarın.

Qəsrə lazım olan hər şeyi NemanDərhal layiqincə eylədi sahman.

Dəmirölçən oldu Simnarın əli,Binada işlədi tamam beş ili.

O qızılbarmaqlı usta nəhayətTikdi daşla gəcdən gümüş imarət...

Toxundu göylərə uca qübbəsi,Ağın, həm qaranın oldu qibləsi.

Qızıl bəzəkləri atəş saçardı,Simnar naxışlıydı, könül açardı.

Sanki bardaş quran bir fələkdi tək,Uçurdu başında düz doqquz fələk.

Gözəllik qütbüydü cənub-şimalın,Təngülüşasıydı yüz min xəyalın.

Yorğun yuxu tapdı baxışlarından,Susuz sirab oldu naxışlarından.

Düşsəydi üstünə günəşin nuru,Yumardı gözünü cənnətdə huru.

Bayırı bəzəkli bir göy aləmi,İçərisi rahat bir behişt kimi.

Südlə, sirişümlə edilmiş suvaq,Baxanı əks edir güzgülər sayaq.

Bəzənib-düzənən gəlinə bənzər,Üç rəngə boyanar hər axşam, səhər.

Üç rəng ona gözəl bəzək verərdi:Göy, sarı, bir də ağ rəngə girərdi.

Səhər asimandan göy rəng alardı,Çiyninə mavi bir örtü salardı.

Günəş baş verəndə üfüqdən yenə,Saray da dönərdi günəş rənginə.

Bulud baş vuranda günə əlbəəlOlardı buludtək ağ, lətif, gözəl.

Havayla yekrənglik həvəsi vardı,O gah qaralardı, gah ağarardı.

Simnar nə zaman ki, ruh verib daşa,Gözəl imarəti yetirdi başa,

Cəlalı, şöhrəti aşdı göyləri,Gün ondan nur içdi o gündən bəri.

Simnar xələt aldı, deyim əslini,Gözlədiyi haqqın iki misilini.

Çuvalı mirvari, müşk ilə dolu,Tutdu qızıl yüklü dəvələr yolu.

Saysız zər verildi o sənətkara,Lazım olsa yenə o gəlsin kara.

Oddan əsirgəsən kömürü əgər,Sanma ki, çəkdiyin kabablar bişər.

Səxi əl versə də qızıla ziyanBəxşiş dərgahına olur pasiban.

Bu mehribanlığı görüncə SimnarDuyub səxavəti, dedi: "Xəbərdar

Olsaydım verilən bu nemətlərdən,Bilsəydim əvvəlcə, inanın ki, mən

Bu yolda bəsləyib özgə bir əməl,Bir bina tikərdim gözəldən gözəl.

Bəlkə daha artıq zəhmət çəkərdim,Bundan xeyli gözəl saray tikərdim.

Şah artıq verərdi mənə neməti,Dünyanı tutardı qəsrin şöhrəti".

Neman dedi: "Çoxlu pul versəm, de, sənDaha yaxşısını tikə bilərsən?"

Simnar dedi: "Bəli, istəsən əgər,Bir saray tikərəm, bu heçə dönər.

Bu üç rəngsə əgər, o yüz rəng olar,Hər daşı yaqutla həmahəng olar.

Görürsən, var bunun bircə günbədi,Onun göytək olar qübbəsi yeddi".

Bu söz alışdırdı, yaxdı Nemanı,Yandı mehribanlıq, mərdlik xırmanı.

Yanar bir atəşdir hər hakim, hər şah,Ondan uzaq olan çəkməz aman, ah.

Şahın odu güldür, gövhərlər saçan,Qarşıda gül olur, qucaqda tikan.

Şah dediyin ki var, tənəkdir, tənək,Kim uzaqsa ona ilişməyəcək.

Yüz dostluqla kimə sarılsa, inan,Kökləri, meyvəsi görər yüz ziyan.

Neman dedi: "Onu buraxsam, əlbət,Tikər özgəsinə gözəl imarət".

Dərhal əmr eylədi yaxın kəslərə:"Simnarı tullayın qaladan yerə!"

Yazıq sənətkarı qan içən torpaqGör necə endirdi yerə, bircə bax!

Bir saray qaldırdı uzun zamanda,Yıxıldı torpağa ondan bir anda.

Bir tonqal qaladı, oduna düşdü,Dama gec çıxdısa, çox tez sürüşdü.

Xəbərsizdi özü yıxılmasından,Yüz gəz ucalıqda qaldırdı eyvan.

Bilsəydi belədir ömrünün sonuÜç qarış elərdi tikərkən onu.

Taxtın payəsini o qədər yüksəltYıxıldığın zaman çəkmə əziyyət.

Bu yüksək binadan Nemanın adıGöydəki ay kimi qalxıb parladı.

Cadugər çağırdı adını torpaq,Xəvərnəq Allahı saydı onu xalq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri