Səhifə 2 / 4 · 25%

– Hara gedirsiniz?

– Təyin etmədiyim bir tərəfə!

– Əcəba, bu qədər təcili köçməyinə səbəb nədir?

– Burada yaşaya bilmək ümidlərim kəsildi.

– Nə üçün?

– Çünki Rəfizadə qayıdıb Təbrizə gəlmişdir.

– Məgər onu qaçmağa biz məcbur etməmişdik? Gəlibdirsə, yenə də rədd edərik.

Qız bir az düşünərək:

– Hərgah bu dəfə onu rədd edə bilsək belə, o bizi məhv edə bilər, onun xəyalı büsbütün başqadır. O mənə məktub göndərmişdir.

– Hansı məktub?

Miss Hanna redikülünü açıb məktubu çıxardı, məktub ingiliscə Rəfizadənin öz xətti ilə yazılmışdı:

«Əziz və hörmətli Missl

Mənim neçə illərdən bəri öz işimdən və öz vətənimdən avara düşdüyümün səbəbini siz çox yaxşı bilirsiniz. Şühbəsizdir ki, bu sizin rizanızla olan bir hadisə deyildi, siz heç vaxt o cür mədəniyyətsizliyə yol verməzdiniz. Lakin sizin tanış olduğunuz və ərə getmək istədiyiniz Əbülhəsənbəy Təbrizdə bir çoxlarını bədbəxt etdiyi kimi məni də bədbəxt etmişdir. Hazırda onun sizi buraxdığını və Təbrizdə sülh və səlamət bərpa olduğunu eşidib Təbrizə gəlmişəm. Mən öz düşmənimdən intiqam almaq istəyirəm. Lakin burada siz də bədbəxt olacaqsınız. Mən indiyə qədər sizi nəzərə alıb bu sirləri açmamışam, hərgah siz bu təhlükədən qurtarmaq istəyirsinizsə, Əbülhəsənbəyin xəyanətləri haqqında müfəssəl bir məktub yazıb mənə verin, mən onları lazımi yerinə verəcəyəm. Hərgah mənim təkliflərimi qəbul etsəniz, Amerika konsulxanasında da işləyə biləcəksiniz, əks surətdə sizi ifşa edəcəyəm. Sonrakı bədbəxtliyin məsuliyyəti öz öhdənizdə qalacaqdır. Sabah saat 12-yə qədər məktubuma cavab verməlisiniz.

Təbriz, 15 sentyabr,

Rəfizadə).

Məktubu oxuyub bir vəsiqə olaraq amerikalı qızın icazəsi ilə cibimə qoydum və qıza sual verdim:

– Bu məktubun səbəbinəmi Təbrizdən qaçırsan?

– Bu məktubun nəticələrini hiss edərək qaçıram.

Mən qızın Təbrizdən qaçması üzərində bir qədər də düşündüm, onun buradan getməsi hər halda bizim vəziyyətimizi yüngülləşdirəcəkdi, lakin onun özü könüllü olaraq Təbrizdən qaçmırdı. Onu böyük fəlakətin qorxusu Təbrizdən qaçmağa məcbur edirdi. Əvvəla budur ki, onun qaçması ilə (hərgah müvəffəqiyyətlə qaçıb qurtara bilsə belə) bizim üçün vəziyyət dəyişmirdi, çünki bununla o ancaq özünü fəlakətdən qurtara bilirdi, biz isə yenə də Rəfizadə ilə üz-üzə durmağa məcbur olacaqdıq.

İkinci tərəfdən də biz onu bilməli idik, hazırda Təbrizdən heç kəsin qaçıb qurtarması mümkün deyildi, qız tamamilə çar qoşununun və çar landarmının əlində idi. Qızın nicatı yenə də Təbrizdə qalmaqda idi, biz isə Rəfizadədən əvvəl işə başlamalı idik.

Mən qızın saçlarını sığallayaraq:

– Heç də qorxma, mənim əziz və gözəl dostum, – dedim. – Nicat qaçmaqda yox, burada qalıb mübarizə aparmaqdadırl

” Mənim əlimdən nə gəlir, yazıq bir qızam, kimim vardır? Məni kim müdafiə edə bilər? Amerika konsulxanası da bu hadisəyə qarşı məni müdafiə edə bilməz. Burada qalıb o alçağın qolları arasına düşməliyəm?

– Qorxma, – dedim, - o fikirləri başından çıxar. Səni elə bir əl müdafiə edir ki, səndən başqa bir çoxlarını da müdafiə edə bilər. Dur soyun. Dur mənim qəlbimi gəncliyə qaytar. Qalx, qalx, bir daha Livarcan yaylasını mənim nəzərimdə cilvələndir. Dur, Hanna, dur! Qarşımda dolan, dur üzərindən kədərlər silkinib tökülsün. Üzərimdə minlərlə hadisələr, təhlükələr, uyğunsuzluqların ağırlığı durur, qalx, yorğunluğumu unutdurmaq üçün bir az qəlbimə təsəlli ol. Dur, xidmətçi qadına əmr ver ki, evini düzəltsin və samovarı hazırlasın.

Amerikalı qız bu sözləri məndən bir ildən çox idi ki, eşitməmişdi. Sevindiyindən titrədi, qalxdı, içəri otağa getdi, o ağlayacaq idi. Azdan sonra xidmətçi qadın gəlib qarşımda durdu, heç bir söz demirdi.

-— Çay hazır edə bilərsinizmi?

– Bəli, hazır edərəm!

– Xanım, qız yemək yemişdirmi?

– Xeyr, səhər gedib hər bir şey almışam, lakin hazırlamağa imkan verməmişdir. Ancaq evi yığışdırmaq və şeyləri bağlamaqla məşgul olmuşuq.

– Daha getməyəcəksiniz. Yemək hazırlayın və çay düzəldin.

Qoca xidmətçiyə bu sözümdən gözləmədiyi bir şadlıq gəldi, başı titrəyə-titrəyə qayıtdı.

Mən tək oturmuşdum, bu əxlaqsız Rəfizadənin təzə avantürasına nə cür nəhayət verə biləcəyim haqqında fikirləşirdim. Onun fikri yalniz amerikalı qızı əlinə keçirmək və ondan bir qadın kimi istifadə etmək olsaydı, ona çarə tapardıq: nəsihət verər, qorxudar, nə cür olursa-olsun bu fikrindən vaz keçirərdik. Lakin o öz macərasına yalniz amerikalı qızı deyil, bizi də qurban vermək istəyirdi. Bir çox zəhmətlə ələ aldığımız Amerika konsulxanası katibi Frikson da məhv olacaqdı. Rəfizadə tək-tək inqilabçıların əleyhinə deyil, ümumiyyətlə, Təbrizdə çalışan gizlin təşkilata qarşı sui-qəsd hazırlayırdı.

Bütün bu cəhətləri nəzərə alaraq Rəfizadə məsələsini şəxsən həll etmək mümkün olmayacaqdı. Bu məsələni iclasda qoymaq lazım idi.

Lakin vaxt az idi, amerikalı qız sabah saat 12-də Rəfizadənin məktubuna cavab verməli idi.

Fikirdən, düşüncədən bir nəticə əldə etmədən qabaq miss Hanna içəri otaqdan çıxıb yanıma gəldi, yemək stolunun üstünü döşəməyə başladı. Əynindəki abı ipək donun tarixini onun ətəklərindəki bir neçə ulduz biçimli ləkələrdən oxuyurdum. O ləkələr Livarcan yaylasına məxsus sərin gecələrdə sevgi düşüncələri ilə coşan bir qəlbin, göz bəbəklərindən düşən damcıların ləkəsi idi.

Xidmətçi qadın yemək gətirdi, çay hazırladı. Miss Hannanı cürbəcür söhbətlərlə məşğul edib yedirtdim, özüm də onunla bərabər yedim. Gecə saat 3-də qapı vuruldu, xidmətçi qadın faytonçunun gəldiyini xəbər verdi, mən qapıya gedib faytonçunun pulunu verdim və xanımın getmək istəmədiyini xəbər verib razı saldım.

Saat 4-də amerikalı qızla vidalaşdığım zaman:

– Səhər işə çıxmayacaqsan. Evdə oturarsan. Düz saat 10-da məni gözləyərsən, Rəfizadəyə nə cavab verəcəyimiz haqda danışarıq,

– deyib əlini sıxdım.

"kkok

Axşam saat 10-u keçirdi. Amerikalı qız geyinib oturmuşdu. O, Rəfizadəni gözləyirdi, axşam saat 12-də Rəfizadəyə təslim olmaq üçün söz vermişdi.

Qapı vuruldu, miss Hanna bunun Rəfizadə olmasını zənn etmirdi, çünki ona saat 12-in yarısında, küçələrdən camaatın ayağı kəsildiyi zaman gəlməsini tapşırmışdı.

Amerikalı qızın qadın xidmətçisi qapıya gedib deşikdən baxdı, qapıda gödəkboylu bir adamın durduğunu görüb səsləndi:

– Qapını vuran kimdir?

– Açın, madam, özgəsi deyil, kiçik xanımın tanışıdırl

– Adınız nədir?

– Adım Rəfizadədir. Kiçik xanımın özü mənə gəlməyimi əmr etmişdir.

– Çox gözəl, gedib bu saat kiçik xanımdan icazə alım.

Qadın getdi, Rəfizadə isə qapı açılana qədər keçən bir neçə dəqiqəni özü üçün bir il qədər uzun hesab edirdi, çünki illərdən bəri həsrətini çəkdiyi bir qızın vüsalına yetişmək üçün tələsirdi.

Qadın qapını açıb Rəfizadəni içəri buraxdı. Rəfizadə miss Hanna üçün gətirdiyi şirin və dadlı hədiyyələri xidmətçi qadına tapşıraraq, miss Hannanın otağına girdi və qızı təlaş və həyəcan içində tapdı. O titrəyir, tez-tez dilini çıxarıb qurumuş dodaqlarını isladır və sanki demək istədiyi mühüm bir sözü gizlətməyə çalışırdı.

Rəfizadəni heyrət götürdü, çünki miss Hanna onu gülərüzlə qəbul etmiş və axşam ona təslim olacağını vədə vermişdi, buna görə də Rəfizadə vəziyyəti aydınlaşdırmaq üçün ona sual verdi:

– Bu gün saat 12-dən sonra bir hadisəmi üz vermişdir?

Miss Hanna tutqun bir səslə cavab verdi:

– Bəli, bir hadisənin üz verəcəyi ehtimalı vardır.

– Nə kimi hadisə?

– Burada bizim vaxt keçirməyimizə mane olacaqlar.

– Kim mane olacaq?

Bu sözdən sonra miss Hama yazı stolunun üstündən bir məktub götürüb Rəfizadəyə verdi.

«Əziz və gözəl dostum miss Hannal

Bu gün axşam saat 11-də, bəlkə, bir az da tez, sizi görmək, bəzi məsələləri aydınlaşdırmaq üçün gələcəyəm.

Əbülhəsənbəyə.

Rəfizadə məktubu oxuduqdan sonra sual verdi:

– İndi siz nə etmək istəyirsiniz?

– Biz bu saat buradan çıxıb, vaxt keçirmək üçün başqa bir yerə getməliyik.

– Hara gedək?

– Hər yerə ki, sən istəyirsən, getməyə hazıram, ancaq mədəni yer olsun.

– Gecdir. Saat 10-u keçir, indi mən haranı tapa bilərəm? Sizi qaraçı evlərinə aparmaq olmaz. Başqa bir yer də yoxdur. Hərgah özümün ayrica evim olsaydı, öz evimə aparardım, lakin yoxdur, özüm də müvəqqəti bacımın evində oluram. Oraya isə sizi aparmaq olmaz. Bacım namaz qılan, oruc tutan, xariciləri murdar bilən ədabazın birisidir.

– Mən burada yaşaya bilməyəcəyəm, hər halda sizin ayrıca eviniz olmalıdır. Mən buradan köçüb getməliyəm, siz bunu bilirsiniz ki, onlar burada bizə rahat yaşamaq imkanı verməzlər.

– Əvvəla budur ki, mənim evim olacaqdır. Siz məni eşitsəniz, Amerika konsulxanası katibinin qulağını burub, istədiyimi ala bilə- «əyəm. O ki, qaldı onların bizə rahat yaşamaq imkanı verməməsinə, onlar buna imkan tapmayacaqlar, onların hamısını tutub Rusiyaya göndərəcəklər. Konsulxanaya verilmək üçün yazdığım ərizədən birini də Şandarm idarəsinə yazmışam. Sabah aparıb öz əlimlə verə- «əyəm. Əbülhəsənbəyin özünü də, onun sevgilisi və həmfikri olan Ninasını da məhv etdirəcəyəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bilməli xəbərlər

Məsələ*Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər?

1 dəq
Millətpərvər intelligent

Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?

1 dəq
Müsəlman yığıncaqları

Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.

5 dəq
Qafqazda idareyi-məşrutə

(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:

4 dəq

Başqa şairlərin şeirləri