Səhifə 4 / 4 · 75%

– Səni bir inqilab düşməni, bir xəfiyyə, bir casus kimi mühakimə edirik.

– Məndə bu dediklərinizin heç birisi yoxdur.

– Doğrusunu deyin, heç olmasa ömrünüzün axırında düz söz danışın!

– Mənim heç bir şeydən xəbərim yoxdur!

Mən əlimi uzadıb, cibimdən bir kağız çıxarıb Rəfizadəyə göstərdim:

– Bu ərizəni konsulxanadakı casus təşkilatına vermək üçün sən yazıb Əfəndi Bağıra verməmisənmi? Bu yazı sənin yazın deyildirmi?

– Bəli, mənim yazımdır. Mən yazmışam, çünki bunsuz yaşaya bilməyəcəkdim.

– İranda yaşamaq üçün çar casusu olmaqmı lazım gəlir?

– Mənim işim belə düşübdür.

– Buna kim müqəssirdir? Siz amerikalı qızı aldadıb qaraçı evlərinə aparmadan yaşaya bilməzdinizmi?

– Məni bu işə Səməd xanın əmisi oğlu Mahmud xan məcbur edirdi.

– İndi deyin görüm, iandarm idarəsinə vermək üçün yazdığınız ərizə haradadır?

– Mən elə bir ərizə yazmamışam.

Mən Tütünçüoğluna müraciətlə:

– Əsəd, bunun üstünü axtar! – dedikdə o tələsik əlini qoynuna aparıb:

– Axtarmaq lazım deyil, qoyun verim, – deyə qoynundan bir kağız çıxardı. Mən onun tələsməsindən şübhələndim, onun yanında daha başqa vəsiqələr olduğunu zənn etdim, buna görə də Tütünçüoğlunun onu axtarmasını təkrar etdim.

Tütünçüoğlu onu axtarmağa başladı. Onun yanında olan kiçik bir brauninq tapançanın üstündə təkcə bir dənə patronu var idi, bundan başqa qoynundakı dəftərin arasından bir çox kağızlar da çıxdı. Onları yoxlamağa başladıq.

Birinci olaraq, özü çıxarıb verdiyi kağızı oxuduq, orada mənim və başqalarının gizlin təşkilat üzvləri olması barədə iandarm idarəsinə məlumat verilirdi.

İkinci kağız, Rəfizadənin yazdığı məktuba sərdar Rəşidin verdiyi cavabdan ibarətdi. Sərdar Rəşid ona yazdığ məktubunda bizim gizli təşkilatda işlədiyimizi təfsilən yazıb ona bildirmiş və onun Təbrizə gələrək bu barədə çar konsuluna məlumat verməsini tövsiyə etmişdi.

Mən ona sual verdim:

– Sən nə üçün neçə ilin ərzində bizim barəmizdə konsulxanaya məlumat verməmişdin?

– Mən sizin bir tacir olduğunuzu və amerikalı qız üçün məni cəzalandırdığınızı bilirdim. Eyni zamanda sizin nüfuzlu və bacarıqlı adam olduğunuz da mənə məlum idi. Qürbətdə qalmaqdan yorulmuşdum. Təbrizə isə sizin qorxunuzdan gələ bilmirdim. Bu barədə sərdar Rəşidə yazıb, özümün nə səbəbə qaçaq düşdüyümü bildirib kömək istəmişdim. O isə məktubumun cavabında haman bu məktubu yazmışdı.

– Sən də buna əməl etmək istəyirdinmi?

– Bəli, etmək istəyirdim!

– Çox yaxşı, amerikalı qızla nə işin var idi?

– Mən onun sizinlə əlaqədə olduğunu və sizin ona kömək verdiyinizi bildiyimdən onu cəzalandırmaq istəyirdim.

– Onu buradamı cəzalandıracaqdın?

– Xeyr, onunla burada vaxt keçirəcək və ondan sizin nə kimi adam olduğunuza dair vəsiqə alıb konsula verəcəkdim.

Məsələ aydın idi. Rəfizadəni azad buraxmaq yaramayacaqdı, səhər saat 9-da keçirilən iclasda da onun edamına qərar verilmişdi. Gecə saat bir olmadan biz Arşakla vidalaşıb çıxdıq. Rəfizadənin cəzalandırılmasını isə Tütünçüoğluna, Quluzadəyə və Arşaka tapşırdıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bilməli xəbərlər

Məsələ*Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər?

1 dəq
Millətpərvər intelligent

Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?

1 dəq
Müsəlman yığıncaqları

Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.

5 dəq
Qafqazda idareyi-məşrutə

(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:

4 dəq

Başqa şairlərin şeirləri