Səhifə 3 / 4 · 50%

Miss Hanna Ninanın adını eşidərək heyrətlə soruşdu:

– Onun sevgili Ninası kimdir?

– Konsulxanada çalışan bir rus qızıdır. Təbrizi bir-birinə vuran və konsulxananın xəbərlərini gətirib onlara verən haman rus qızıdır.

Bu sözlə miss Hamnanın halı dəyişdi, onun qəlbində Əbülhəsənbəyə qarşı bir dönüş yarandı, o öz qəlbində: «Mən ondan ötrü bütün varlığımı atdım, – dedi, – atamdan, anamdan əl çəkdim, onun üçün bir neçə hökuməti satdım, onun üçün illər uzunu gecələr yatmadım, onun üçün gəncliyim dərdlər, qüssələr və göz yaşları içərisində keçdi, onun üçün üzərimə casusluq ləkəsi də düşdü, lakin o məni aldatdı, başqasını sevdiyi və başqası ilə yaşadığı halda məni aldatdı, məni öz məqsədi uğrunda istifadə etdi». Bu düşüncələrdən sonra yenə də öz-özünə: €Yox, mən daha onu sevmirəm, – dedi, – özümə söz verirəm, ondan əl çəkəcəyəm, onun hipnozundan özümü xilas edəcəyəm. Mən onun sevgisindən yeddi ildən bəri bir nəticə ala bilmədimsə, bundan sonramı bir müsbət nəticə alacağam?) Qoy öz Ninasının yanına getsin. O, bir daha mənim yanıma gələn kimi qovacağam! Qoy mənim qəlbimi bəndə salmasın, qoy mənə rahatlıq versin. Hərgah o olmasaydı, mən hazırda əlində əsir olduğum Rəfizadəylə qarşı-qarşıya durmazdım. Namusum və qızlıq mənliyim təhlükə qarşısında olmazdı. Bu nə üçündür? Onu sevdiyim üçün?ə

Miss Hama bir an bütün vəziyyəti Rəfizadəyə danışmaq və öz ni- «atını ondan axtarmaq xəyalına düşdü, lakin onun əqli qısqanclığına qələbə çaldı, özünü ələ alıb: €Yox, – dedi, – hərgah o məni bu cürə təhlükələr qarşısında qoymuşsa da, məni ölümlərdən, təhlükələrdən də ancaq o qurtarmışdır. O hər şeyi bacarır, onun iradəsi bir kişi iradəsidirf O, insanı bir mədəni adam kimi sevməyi bacarır. Onun qadına olan ehtiramı hər şeydən ucadır, onun qədər qadın namusuna qiymət verən bir kişini tapmaq olurmu? O istəsəydi, məndən bir qadın kimi də istifadə edə bilərdi. Kim bilir, bəlkə, onun Ninası məndən gözəl və məndən də bacarıqlıdır. Yaxud o bədbəxt qızı da məni aldatdığı kimi aldadırmış? Onunla görüşmək və qəti danışmaq lazımdırə.

Miss Hanna düşüncələrdən başını qaldıraraq Rəfizadənin üzünə baxdı və:

– Fikrin nədir? – deyə soruşdu.

– Yer üçün fikirləşirəm.

– Sən mənə inanırsanmı?

– İnanıram, missl

– İndi ki, inanırsan, mən səni cErmənistanpda yaşayan bir dostumun evinə aparım, tanış da olarsınız. Orada həyat və vaxt keçirmək üçün də hər şey mümkündür. Özü də mədəni adamdır. Daha nə üçün səndən gizlədim, bir neçə kərə onun evinə vaxt keçirmək üçün də getmişik. Sirr saxlayan adamdır, uyğun otaqları və rahat olmaq üçün hər şeyləri vardır.

Rəfizadə bu sözdən şadlandı, ancaq bir az fikirləşəndən sonra:

– Təəssüf edirəm, miss, – dedi, – bunu vaxtikən bilsəydim, özümlə para götürərdim, yanımda para yoxdur.

– O barədə düşünmə. Orada o qədər də para lazım deyildir, məndə vardır. Lazım olduğu qədər götürə bilərik. Lakin bilmirəm, ora getmək üçün fayton tapa biləcəksənmi?1

– Bilmirəm, orası çətindir. Faytonların duran yeri çox uzaqdadır. Rastıma gələrsə tez gətirərəm. Gəlməsə, uzağa getmək lazım gələcəkdir.

– Onun gəlməsinə yarım saat vardır. Bu vaxta qədər qayıda bilərsənmi?

– Öz taleyimi sınaram!

Rəfizadə bunu deyərək çox tələsik getdi. Miss Hanna yenə də qısqanclıq dənizlərinə qərq olaraq düşünməyə başladı. O, Ninaya cürbəcür şəkillər verirdi. Ninanı gah gödəkboylu və uyğunsuz əndamlı bir qadın hesab edir, gah da onu qaba səsli, şişman vücudlu, topal bir qız kimi təsəvvür edirdi. O öz qısqanclığını söndürmək üçün dünyada nə qədər mənfur əlamətlər varsa Ninaya taxır və Əbülhəsənbəyin ona əbəs yerə bağlandığını qeyd edirdi.

Miss Hanna da başqa qızlar kimi, özündən gözəl və özündən bacarıqlı bir qız bilmirdi. Buna görə də tələsik qalxıb, güzgünün qabağında durub, öz əndamını gözdən keçirdi. 4Mən heç inana bilmirəm ki, dünyada mənim qədər gözəl bir qız tapılsın. Hərgah o məndən gözə! bir qız tapıb sevmiş olsa, mən onu bağışlayacağam, onu heç vaxt qısqanmayacağam. Nə olar! Kişidir, məndən gözəlini tapıb sevmişdimə.

Yenə də miss Hamna bir az düşünərək, Ninaya müəyyən bir şəkil verməyə çalışdı. Nəhayət, o, çar konsulunun qonaqlığında gördüyü sarı, altun saçlı, uca və mütənasib əndamlı sevimli bir çöhrəyə malik olan bir qızı yadına salarkən, bir daha güzgünün qarşısında durdu. Miss Hama konsulxanada gördüyü qızla özünü müqayisə etdi. Nəhayət, onun dodaqlarından özü də hiss etmədiyi halda bir səs eşidildi:

«Deyəsən, o qız məndən gözəldirə.

Rəfizadə sevinərək içəri girdi:

– Qapıdan bir faytonun keçdiyini gördüm, bizi 4Ermənistanpa aparmağa hazırdır. Lakin qayıdanbaş başqa bir fayton tapmalıyıql

– Eyb etməz, gecəni qayıtmaya da bilərik. Orada gecələrik.

– Elə isə tez ol! Fayton qapıda bizi gözləyir.

ck.)

Böyük və ikitaylı bir qapını vurdular. Səs verən olmadı, Rəfizadə həyəcanla:

– İndi mənim bəxtimdən bunlar da evdə olmayacaqdır, – dedikdə miss Hanna:

– Elə iş olmaz. Gecənin bu vaxtında onlar hara gedə bilərlər,

– deyərək qapını bir də vurdu. Az keçəndən sonra həyətdə bir nəfərin ayaq səsləri eşidilməyə başladı.

– Kimsən? - deyə soruşduqda, miss Hanna:

– Bizik, özgəsi deyil, – dedi.

Qapını gödəkboylu, yoğun gövdəli, gözlərində çeşmək olan bir adam açdı, əlindəki fənəri Hannanın və Rəfizadənin gözlərinə tutub baxdı və:

– Əzizlərim, nə istəyirsiniz? – deyə soruşduqda miss Hanna yavaşdan:

– Qonaq gəlmişik, vaxt keçirməyə gəlmişik, – dedi.

Ev sahibi onları içəri alıb qapını bağladıqda:

– Xoş gəlmişsiniz, yaxşı vaxtda da gəlmişsiniz, bu gecə sizin bəxtinizdən evdə də heç kəs yoxdur, – dedi. Rəfizadə isə cavabında:

– Bizim üçün də bu lazımdır. Əks-surətdə mənim xanımım hər bir yerə getməz.

– Qorxmayın, ehtiyat etməyin, mənim evim sizin öz evinizdir. Burada sizin xanımınızın başından bir tük əskik olmaz. Yaxşı əmlik quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da vardır.

Miss Hanna:

– Sizdən çox razıyam. Özünüz mədəni adamsınız, bu da hər şeydən – meydən, məzədən də artıqdır, – dedi.

Ev sahibi:

– Belədir, bizim evimizə hər adamın yolu yoxdur, – deyə qabaqda fənəri tutub gedirdi.

Həyətdə səs-səmir yox idi. Geniş bağçanın arasındakı xiyabanla bir neçə dəqiqə getdikdən sonra, bağçanın başında görünən böyük bir binanın alçaq pilləkənindən yuxarı qalxdılar, balkonda da fənər yanmırdı. Bir neçə saniyə sol tərəfə getdikdən sonra ev sahibi təktaylı bir qapını açıb içəri girdi. Bu kiçik lampa ilə işıqlanmış bir dəhliz idi. Dəhlizin görünüşü buranın fəqir və yoxsul ailəyə yox, zəngin bir ailəyə məxsus olduğunu göstərirdi. Ev sahibi dəhlizdən bir qapını açıb içəri girdikdə elektrik işığı ilə işıqlanmış gözəl bir salona daxil oldular.

Rəfizadə salonu nəzərdən keçirdikdən sonra:

– Doğrudan da, kef çəkməli yerdir! – dedikdə miss Hanna da:

– Əgər imkan yaradılarsa, – deyərək güldü. Bu halda Tütünçüoğlu içəri girib miss Hannaya dedi:

– Xanım qız, fayton sizi qapıda gözləyir, evə gedəcəksinizsə buyurun!..

Rəfizadə sanki yatmışdı, yuxusundan ayıldı və Tütünçüoğluna sual verdi:

– Sən kimsən?

– Mən vaxtilə cənab Rəfizadənin bığlarını kəsən oğlanam.

Miss Hanna Tütünçüoğluna:

– Mən təkmi evə qayıdacağam? - dedikdə Tütünçüoğlu:

– Xeyr, sizi faytonla bura gətirən Həsənağadırl – dedikdə miss Hanna Rəfizadəyə dönərək:

– Öz bəxtindən şikayət etməlisən, vaxt keçirməyə imkan vermədilər, – deyə salondan çıxdı.

Bir az keçmədən mən və dörd nəfər də başqaları salona daxil olduq. Rəfizadə ayaq üstündə donub qalmışdı. Mən ona tərəf dönərək, yer göstərib:

– Oturun, – dedim. – Bu gecə inqilab məhkəməsi sizi mühakimə edir. Burada düz danışmalısınızl

Rəfizadə soyuqqanlı bir surətdə oturdu. Mənə dönüb:

– Məni heç bir kəsin mühakimə etməyə haqqı yoxdur. Bu evin sahibi mənim səlamətliyimə zamindir. Əks-təqdirdə sabah mən onu məhv etdirərəm, – dedikdə ev sahibi güldü:

– Bəlkə də, siz məni tanımırsınız. Adımı dəftərinizə yazın, qəbirinizdə inkir-minkir soruşarsa, deyərsiniz ki, məni Arşak Sürenyansın evində cşəhadətəə yetirdilər.

Rəfizadənin rəngi ağardı və mənə sual verdi:

– Məgər mənim neçə ildən bəri öz işimdən, ev-eşiyimdən avara düşməyim bəs olmadımı? Məni nə təqsirlə mühakimə edirsiniz?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bilməli xəbərlər

Məsələ*Cənab Molla Nəsrəddin! «İrşad»ın 221-ci nömrəsində hacı Cəbbar Nəsirov cənabları yazıb təvəqqə edir ki, ona qəzet göndərilməsin, çünki ramazanul-mübarək yaxınlaşıbdır. Bəndə bu sözdə çox fikrə getdim. Axırını bir tərəfə çəkə bilmədim. Çünki məsələ də çox ağır məsələ idi. Birdən-birə yazmağa cür’ət etmədim. Durub kitabları nə ki, var tökdüm qabağıma. Səhərə kimi varaqlayıb bir cavab tapa bilmədim. Axırda durub Məsailul-mühəqqiqin kitabını açıb bu rəvayəti tapıb hacıya yazdım. Əba əhməqdən rəvayətdir. Bir gün dəvədən soruşdular ki, atam-anam sənə səvar olsun, dünyada neçə şeydir ki, orucu batil edər? Buyurdu Nəsirbəyovdan soruşun. Müxtəsər bəndə də hacıdan təvəqqə edirəm yazsın görək dəxi hansı şeylər orucu batil edər?

1 dəq
Millətpərvər intelligent

Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?

1 dəq
Müsəlman yığıncaqları

Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.

5 dəq
Qafqazda idareyi-məşrutə

(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:

4 dəq

Başqa şairlərin şeirləri