Bu riya dünyasına ən yaxşı meydan Az.TB.Ev qurub antennasında sanki şeytan Az.TB.

Bir müxalif bəndənin yox ixtiyarı, söz desin,Haqq sözün car etməyə, heç verməz imkan Az.TB.

Kim raket yığmaqda, kim konsert oyun göstərmədəKefdə olduqca müsəlman, güldü Bartan Az.TB.

Kimsə yaymaz İslamın ali, gözəl qanunların,Yan olur neyçün müsəlmandan bu ekran Az.TV.

Bilsə Quranı gəlin, qız, bir qədər abrın güdər,Dərdli xalqın qızları, görsənməz üryan Az.TB.

Yarımçılpaq qızların meydanıdır ekranımız,Dəhrdə ünvanımız, amma müsəlman Az.TB.

Az TB göstərməyir heç vaxt, açıq bir məhkəmə,Xəlq bilsin dostu kimdir, kimdi düşman Az.TB.

Yetmiş il «şalban»ı göstərdi iməclik günləri,İndi də möhkəm durub üstündə şalban, Az.TB.

Gün gələr min-min həqiqətlər görər ekranda xalq,Bir zaman ekranına, yol açsa Pünhan, Az.TB.

23 mart 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən