Xalq yazıçısı Sabir Əhmədlinin şəhid oğlu Məhəmmədin əziz xatirəsinə

Kəlbəcər dağlarındaBir uşaq həlak oldu.Bəmbəyaz qar içində,Büllur buzlar içində,Şəhid ruhu pak oldu.

Az qalınca bahara,Açıq alnında yaraQurban getdi vətənə.Meydannan qaçanlaraGörk oldu, idrak oldu.

Adı peyğəmbər adı,Gözlərində muradı.Dünyadan kam almadı,Toy-nişanı olmadı,Bəy otağı xak oldu.

Kəfən geydi asiman,

Bakı büründü ağa...Bir quzu... bir gül oğlanGömüləndə torpağaMəxluq hövlnak oldu.

Gün çıxdı, əridi qar,Ötdü çovğun xatası.Məhəmmədin qarıymışBu qar... - dedi atası.Dili ülgüc tək oldu.Nə söz var, nə təsəlli,Bu bəla ərzə bəlli.Məzarlar allı-güllü...Nə sayı... nə hesabı.Bu nə səmum yelidir,Bu nə xəzandı yarəbb!Nə yaman külək oldu.

18 fevral, 1994

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən