ماهی دل من بر دو دل خویش بمن دادمن هستم از او خرم و او هست ز من شاد

Apardı könlümü, verdi mənə könlünü bir dilbər,Mən ondan razıyam, şaddır o da, çox razılıq eylər.

بی من نکند شادی و بی من نخورد میهمواره چنان بوده و پیوسته چنین باد

O, mənsiz mey ələ almaz, o məndən ayrı əylənməz,Həmişə kaş belə olsun, belə keçsin bütün günlər.

با ناله و فریادم و با خواهش و کاهشاز بسکه همی روز جدائیش کنم یاد

Necə yandım fəraqında, salanda yadıma hərdən,Keçirdi ah ilə, fəryad ilə ömrüm uzun illər.

من بر بت خویش ایمنم و نیستم ایمنبرگشت زمانه همه زان خواهم فریاد

Mənəm asudə yarımdan, niyə asudə olmaz o?Məgər bilməz, dönüb dövran, çıxıb yaddaşdan ol qəmlər?

ای لؤلؤ شهوار بپوشیده بدیباوی سوسن آزاد بپوشیده بشمشاد

Sən, ey şümşad şaxında açan azadə bir susən!Sən, ey diba, sədəf içrə olan şahanə bir gövhər!

آنکس که ترا کشت هوای دل من کشتوانکس که ترا زاد هوای دل من زاد

Səni hər kəs ki doğmuşdur, o doğmuş eşqi qəlbimdə,Sənə kim qəsd qılmışdır, o vurmuş qəlbimə neştər.

ترسم که تو از مهر من آزاد کنی دلوز مهر تو هرگز نشود جان من آزاد

Budur qorxum ki, könüldən mənim eşqim uzaqlaşsın,Mənim könlüm də, canım da sənindir, ey mələkmənzər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq