Bu işə
Qadir Allah, səndən budu diləyim,Pənahdarım, imdad eylə bu işə!Səndən başqa yoxdur mənim köməyim,Aman Allah, imdad eylə bu işə!
Bismillah elədim, girdim meydana,Ümidim bağladım Şahi-mərdana,Məcnun kimi məni qoyma divana,Aman Allah, imdad eylə bu işə!
Qurbani der: əslim qaradağlıdı,Yar üzündən ürək düyün-dağlıdı,Zülm eləyən vəzir, namərd oğludu,Aman Allah, imdad eylə bu işə!
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-bu-ise
← → düymələri ilə keçid, R — təsadüfi şeir