Sülhün yer üzündə ulu sirdaşları vardır,Hərbdaşlara meydan oxuyan marşları vardır!

Hərb başçıları çox da ki çox baş aparırlar,Sülh arzulayan başçıların başları vardır.

Dünyada silahlar çoxalır günbəgün, ancaqİnsanlığın ərdəmli silahdaşları vardır.

Bir bayrağın altında yığışmış gözəl eller,Ardında duran sevgili qardaşları vardır.

Yurd eşqinə çağlar bu uluslar gecə-gündüz,Can verməyə hazır neçə yurddaşları vardır.

Yoldan çıxa bilməz bu yola yolçu olanlar,Yoldaşların aslan kimi yoldaşları vardır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq