Səhifə 3 / 3 · 67%

Millətlər məsələsi

Stalinin qızğınlıqla mübahisə açdığı məsələlərdən biri də milli məsələ idi.
BolŞevik partiyasının milli məsələ sahəsindəki nəzəriyyəsi və praktikası üzrə
mütəxəssisi sayılan Stalinin bir də Millətlər komissarı olması təsadüfi idi?..
MenŞeviklərin milli məsələdəki taktikasını Şiddətlə rədd edən Stalin
Avstriya sosialistlərindən Otto Bauerin müəyyən bir əraziyə bağlı olmadan millipersonal
(milli-mədəni) muxtariyyət prinsipinə dayanan sistemini Şiddətlə tənqid
edir. Bir millət üçün yalnız mədəni iŞlərdən ibarət bir muxtariyyətin qətiyyən
kifayət etməyəcəyini, millətləri təmin edən Şeyin hər Şeydən öncə özlərini Şəxsən
idarə etməkdən ibarət olmasını deyir. Rusiya daxilindəki millətlər üçün millipersonel
deyil, milli-territorial (milli-ərazi) bir muxtariyyətin qəbul edilməsi
lüzumunu irəli sürür.
Sovet hökumətinin iŞ baŞına gələr-gəlməz nəŞr etdiyi məŞhur dekreti dəlil
kimi göstərirdi.
Fəqət mən nəzəriyyədə “dekretləŞmiŞ” olan prinsipə, praktikada çox da
riayət edilmədiyinə və bunun ən yeni misalı olaraq müqəddəratına Şəxsən sahib
olmaq istəyən Azərbaycanın qüvvə tətbiq edilərək sovetləŞdirildiyinə iŞarə edərkən
o:

  • Əsasında Şayani-təqdir olan təyini-müqəddərat hüququ mütləq deyil, fəhlə
    inqilabının baŞ mənafeyinə tabeli bir hüquqdur, - dedi.
  • Bu kimi Şərtə aid qeydlərlə ən mükəmməl prinsipləri praktikada
    güddükləri məqsədlərin tam əleyhinə olan nəticələrə çıxarması mümkündür, -
    cavabını verdim.
    Stalinlə bu söhbət mənə 1917-ci ilin mayında Moskvada Rusiya
    Müsəlmanları Qurultayında olan mübahisələri xatırlatdı. Orada mən Rusiyanın
    milli-territorial muxtariyyətlərə ayrılması prinsipini müdafiə edir, Əhməd bəy
    Salkov isə Rusiyanın mərkəzi demokrat bir hökumət halında qalaraq millətlər üçün
    yalnız milli-mədəni iŞlərlə məhdudlaŞdırılan “milli-personal bir muxtariyyət” tələb
    edirdi. Nəticədə qurultay əksəriyyətlə bizim istiqlal tezisimizdən çıxan milliterritorial
    muxtariyyət tələb edən qərar layihəsini qəbul etmiŞdi. Qurultaydakı bu
    mübahisələri sözgəliŞi danıŞdığım zaman Əhməd Salkov haqqında Stalin:
  • Məqsədsiz, rusofil bir menŞevik deyilmi? - dedi. - Və biz də bu günlərdə
    inqilab hazırlığı ilə məŞğul idik, - deyə əlavə etdi.

Müəmmalı bir hadisə

Səfərimiz Türkiyə-sovet münasibətlərinin çox gərgin bir dövrünə təsadüf
etmiŞdi. Kamalçı Türkiyədən Moskvaya bir heyət göndərilmiŞdi. Heyət Moskvada
müzakirələr apardığı vaxt Ankara hökumətinin o zamankı xarici iŞlər naziri Bəkir
Sam bəyin Fransada imzaladığı birtərəfli müqavilə sovetlərin narahatlığına səbəb
olmuŞdu; Türkiyəyə göndərilməkdə olan hərbi sursat göndərilməsi dayandırılmıŞdı.
Bu münasibətlə Ankara ilə Moskva arasında yazıŞmalar davam edir, dalbadal
alınan teleqramlarda Stalinin mülahizəsinə müraciət olunur, onun fikri soruŞulurdu.
Moskvadan gələn narahatlıqlarla dolu bu təcili teleqramları Berzanovski ona
göstərdikcə Stalin:

  • Ziyanı yox, gözləyərlər, - deyə cavab verirdi.
    Əhəmiyyətli teleqramların yağmaqda olduğu bu günlərdən birində salonvaqon
    rəisi Davidov bizim yanımıza gəldi:
  • YoldaŞ Stalin sizi o biri vaqona köçürmək istəyir, hazırlaŞın, - dedi.
    Bu zərurət nədən doğdu? Davidovdan bir Şey soruŞmadıq. Hər halda bu
    yaxŞı bir əlamət deyildi, narahatlıq içində baŞımıza nələr gələcəyini acizanə Şəkildə
    gözləyirdik. ieylərimizi yığdıq; hər saat yerimizi dəyiŞməyə hazır bir vəziyyət
    aldıq...
    Xəbər günorta verilmiŞdi. AxŞama qədər bir hadisə olmadı. Gecəni
    narahatlıqla keçirdik. Səhər oldu. Davidov bir neçə dəfə gəldi-getdi, bir Şey demir.
    Öz-özümüzə “təhlükə sovuŞdu” deyirik, amma xəbərin səbəbini heç cür izah edə
    bilmir, maraq içində gözləyirdik. Məsələni Berzanovski və ya Stalindən soruŞmağa
    da münasib görmürük. Nəhayət, zehinlərimizi müəmma ilə yox, hazırkı vəziyyətlə
    məŞğul etməyə baŞladıq, özümüzü bizi bezdirən həŞəratlardan kupeni təmizləmək
    iŞi ilə məŞğul etməyə üstünlük verdik.
    Hadisənin nədən ibarət olduğunu sonra bildik. Irəlidə anladacağım kimi
    Moskvada onunla bir tavan altında yaŞadığımız Davidov bir gün bizə danıŞdı.
    Yolda gələrkən sizi baŞqa kupeyə köçürəcəkdik, sonra bundan vaz keçdik, səbəbini
    bilirsinizmi? - dedi və izah etdi:
  • Berzanovski gəlib, Stalinə Türkiyə məsələsi üzrə teleqramlar gəlir-gedir,
    Rəsulzadələr də dəftərxana vaqonunda, iŞin məxfi tərəfi pozulur, demiŞdi. Stalin
    bundan sonra mənə sizi baŞqa bir kupeyə köçürmək əmri vermiŞdi. Sonra məndən
    Rəsulzadələr özlərini necə aparır deyə soruŞdu. Mən də çox təmkinli və sakit
    insanlardır, yeməklərini yeyib, sonra öz kupelərinə çəkilir, baŞqa heç bir Şeyə
    qarıŞmırlar, dedim.
  • Mən onları yaxŞı tanıyıram. Onları rahat burax. Yerlərində qalsınlar, -
    dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məmməd Əmin Rəsulzadə kimdir?

Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrinioxuyacağınız Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin

19544 dəq
Stalinlə ixtilal xatirələri

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastikadamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir

19542 dəq
Çarlığa qarşı mücadilə yarım yüzil öncə

Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiyaimperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr

195414 dəq
Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı

1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi. Təntənəli Şəkildə ifadə olunmuŞ bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmıŞ, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmiŞdi. Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiŞ, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmıŞdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləŞdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı mühafizə edilirdisə, iŞdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maŞını) durmadan çalıŞır (iŞləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir Şəxsiyyət buraxmırdı.Bakıda “Osobı Otdel” həbsxanasında**

195418 dəq

Başqa şairlərin şeirləri