Moskvadan fərar
Səhifə 3 / 3 · 67%
Dostların müqəddəratı
Möhtərəm oxucular, yuxarıdan bəri hekayəsini anlatdığım sərgüzəĢtlərimdə
daima digər iki dostumla - Məhəmməd Əli və Abbasqulu ilə birlikdə olduğuma
Ģübhəsiz diqqət yetirmisiniz. Moskvada Preçirtenski bulvardakı mənzildə bərabər
yaĢayırdıq. Mən fərara qərar verib, bir fin qayığı ilə Finlandiyaya qaçdığım zaman
onların baĢına nələr gəldi, deyə soruĢa bilərsiniz. Mən Moskvadan məzuniyyət
alıb, Leninqrada yola düĢdüyüm zaman Məhəmməd Əli Narkomnats yanında
mövcud olan bir kooperativin nümayəndəsi kimi Bakıda idi. Abbasqulu da
sonradan bir məzuniyyət uyduraraq mən Leninqradda ikən Moskvadan Bakıya
getmiĢdi. Fin sahilinə çıxdığımı aramızda qərarlaĢdırdığımız bir vasitə ilə Bakıya
bildirəcəkdim. Mənim fin qayığı ilə salamat sahilə çıxdığım xəbərini alınca, hər iki
yoldaĢ dərhal əvvəlcədən hazırlanmıĢ olan bir türkmən qayığına minərək Xəzər
dənizinə çıxmıĢ və günlərlə su üzündə qalaraq, nəhayət, Ġranın Pəhləvi (o zaman
Ənzəli) limanına varmıĢdılar.
Yox olmağım Moskvada bir neçə gün sonra aydın olmuĢsa da heç bir iz
əldə edilməmiĢ, iĢ sadəcə, bir çox təhqiqatlar, istintaqlar və həbslərə müncər
olmuĢdur.
Təfsirə möhtac olmayan bir fərq
Moskvadan fərar özbaĢına anladılacaq çox həyəcanlı bir sıra təfərrüata
maliksə də əsl mövzu ilə az əlaqəsi olduğundan burada təsvirdən vaz keçir, yalnız
üzərimdə çox böyük bir təsir buraxan, biri Sovet Rusiyası, digəri azad və müstəqil
Finlandiyaya aid iki tablonun təsvirindən burada özümü saxlaya bilməyəcəyəm.
Moskva yolunda bəzi stansiyalarda qatarımız dayanır, biz bəzən bayıra
çıxır, ətrafı seyr və tədqiq edirik. Bir dəfə Don çayı üzərindəki Rostovdakı böyük
Ģose yolunu gəzmiĢ, zəruri ehtiyac Məhəmməd Əlini sıxıĢdırdığından su tökməyə
məhrəm bir yer axtararkən rostovlulardan birisi bizə Marksın müvəqqəti heykəli
arxasına getməmizi tövsiyə etmiĢdi. Öncə Ģübhə ilə qarĢılaĢdığımız bu təklifdə
sonradan Ģübhəli heç bir Ģey olmadığını Ģəxsən görmüĢ, heykəlin arxa tərəfinə
yaxınlaĢınca buranın həqiqətən də bir həla olduğuna heyrət etmiĢdik.
Xarkovda gördüyümüz mənzərə isə daha əcaibdi. Stansiya ətrafında
marksizmin böyük mürĢüdü və bolĢevik inqilabının ən çox sitayiĢ olunan ideoloji
simvolu Marksın gipsdən yapılmıĢ qoca büstünün ağacdan olan əsasının yanları
Qızıl Ordu nəfərlərinin ifrazatı ilə pislənmiĢdi.
Bu mənzərə kommunist inqilabı ünsürləri ilə kommunist idealı arasındakı
mənəvi rabitə haqqında bizə qəti və aydın bir fikir verirdi.
Finlandiya Sovetlərə qarĢı istiqlal mübarizəsi aparmıĢdı və bu mücadilədə
öz istiqlal və hürriyyətini Lenin hökumətinə qəbul etdirmiĢdi. Finlandiya istiqlal
hərbində Ģəhid düĢənlərin qardaĢ məzarları üzərində Finlandiya paytaxtı
Helsinkinin mərkəzində bu məmləkətə xas qranitdən bir abidə qoyulmuĢdu...
Finlandiyaya çıxdıqdan sonra Helsinkidəki çox sevimli və müsafirpərvər tatar
koloniyasına qonaq qaldığım bir ay əsnasında hər gün yolum bu Ģəhidlikdən
keçirdi. Hər dəfə keçəndə burada etinalı və minnətdar əllərin qoyduğu yeni çeĢidli
saxsılar tapırdım.
Sovetlərdə gördüyüm Marks abidəsinin halı ilə Helsinkidəki bu Ģəhidliyin
vəziyyətinin müqayisəsi təfsirə möhtac olmasın gərək!..
Kitabxana.az · https://kitabxana.az/works/resulzade-stalinle-ixtilal-xatireleri-moskvadan-ferar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Nizaminin tərcümeyi-halıÇöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;
Şairin Azərbaycan hökmdarları ilə münasibətləriŞairin Qızıl Arslanla görüşmələrindən:Girib dərgaha qasib ərzə gəldi.
Nizami öz gözü iləHər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.