Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!

Qoy nə əslin, nəcabətin olsun,Nə nəcibanə halətin olsun,Baş-ayaq eyb içində olsan da –Tək bu aləmdə dövlətin olsun;Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!

Olmasın fəhmin, əqlin, idrakın,Var nə qəm, ta ki, vardır əmlakın;Atəşi-xanəsuzi-millət ikən –Hər kəsin səcdəgahidir xakın;Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!

Olmayır, olmasın da insafın,Dut qanın şişə içrə əsnafın,Ta ki, var əldə beş buçuq quruşun –Mö’təbərsən gözündə əşrafın;Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira