[ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]Çapma atını, girmə bu meydanə, a Molla!Çox məsxərə sən yazma müsəlmanə, a Molla!Salma özünü atəşi-niranə, a Molla!Gəlsin yazığın canına, divanə, a Molla!Bu sözlərini yaz xərü nadanə, a Molla!Biz anlayanıq, gəldik axır canə, a Molla!Şimdi de görək, məqsədin, aya, nədi bizdən?Nə kəşfi-kəramət, nə də bir mö’cüzə sizdənHeç görməmişik, salma özün bir belə gözdən!Ancaq ki, gəlir bircə şəkil çəkmək əlizdən!Qorxum budu inkar edəsən tarın, a Molla!Ya məhv edəsən axirət asarın, a Molla!Elm əhlisən, et heyzü nifasi gözəl ünvan,Ya məs’əleyi-şəkk ilə səhvi elə tibyan,Məndən gəl eşit bunca nəsihət, a müsəlman!Nəql eylə “Çehil tuti”2, nə hürriyyəti-vicdan?!Ol bircə peşiman, gəl imanə, a Molla!Söhbət edəsən huriyü qılmanə, a Molla!Ya və’z elə bizdən ötər əxbarü əhadis,Qıl malə təsahüb, qala boş yerdə məvaris,İrsalə oxu, eylə əyan fərqi-xəbais,Aya, sənə nə, oldu keçən vəz’ü həvadis?Qıl təkyə mitəkkayə, elə rahət, a Molla!Elm əhlinə şimdi belədir adət, a Molla!Çıx mənbərə, zahirdə oxu nəqlü kitabı,Buğdanı vur anbara, elə meyl şərabı,Vur başına noxtadı, bu məxluqə, səvabı,Aya, nə işin var, yazıb ayati-hicabı?Bu sözləri insan yazıb insanə, a Molla!Noxta yaranıb firqeyi-heyvanə, a Molla!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira