Əkinçi
Məzlumluq edib başlama fəryadə, əkinçi!Qoyma özünü tülkülüyə adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,Yalvarma mənə, boynunu kəc burma qapımda,Gahi başına, gah döşünə vurma qapımda,Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?Yağmadı yağış, bitmədi bir danə, nə borcum?Əsdi qara yel çəltiyə,bostanə, nə borcum?Getdi mənə nə fələliyin badə, əkinçi!Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Aldı dolu əldən sərü samanını, neylim?Yainki çəyirtkə yedi bostanını, neylim?Verdin keçən il borcuna yorğanını, neylim?Ol indi palas satmağa amadə, əkinçi!Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Söz açma mənə çox çalışıb, az yeməyindən,Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!Mən gözləmərəm, buğda çıxar, ver bəbəyindən!Çəltik də gətir, arpa da, buğda da, əkinçi!Yoxsa soyaram lap dərini, adə, əkinçi!
Sən hey de "Yoxumdur" — çıxarıb canını allam!Vallahi ovub dideyi-giryanını, allam!Şallağə tutub pəykəri-üryanını, allam!Öz halını sal indi özün yadə, əkinçi!Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Cütçü babasan, buğdanı ver, darı yeyərsən,Su olmasa, qışda əridib qarı yeyərsən,Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!
Lakin mənim insanlıq olub vəzi-mədarim,Bəyzadəyəm, asayişədir cümlə qərarim,Meysiz, məzəsiz, bitməz olur şamu nəharim;İştə belədir haləti-bəyzadə, əkinçi!Bəyzadələrin rəsmi budur, adə, əkinçi!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-ekinci-seir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şimdi hər millət edir nəfsini irfanə fəda,Vətən övladı üçün elmə, dəbistanə fəda.
Oylə qorxmam "biş"dən kim, qorxuram "cədvar"dənOylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,Yardən olmam əmin, olsam da gər əğyardən;
Bakıda Şamaxı yolundakı həbsxanənin qabağında oxunan növhədirAsta-asta, ey hacı, izhar olur xəlvətdəki,Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki;
Səfil tacir deyir ki ("Bir neçə ildir ki, uyub işrətə")Bir neçə ildir ki, uyub işrətə,Bilməmişəm əmri-ticarət nədir?
Başqa şairlərin şeirləri
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Nerdəsən gəl, ey yüzü ağım bənimNecəsən gəl, ey yüzü ağım bənim?Sən əritdin odlara yağım bənim.
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
Məni-bimarə müddətdir olub yaği qara gözlərMəni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.