Həvəs sövq eylər insanı həyatə,Ətalət cəlb edər şəxsi məmatə;

Həvəs isal edər zatı səfayə,Ətalət mübtəla eylər bəlayə;

Həvəs pirayeyi-əqlü hünərdir,Ətalət mayeyi-iczü kədərdir;

Həvəsdən nəşət eylər həp fəxarət,Ətalətdən törər min-min xəcalət;

Həvəs səhrası əmniyyətfəzadır,Ətalət təngnası bir xətadır;

Həvəs birlə tərəqqiyyat dərkar,Ətalətdən əməl mənkusü idbar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri