Atmış niqabi-hüsnin məcmuəyi-təvangər,Məcmuədə düzülmüş eyzən xuruş sərasər,Həsrətkeşani-mətbəx, gürgani-bətnpərvər,Cari boğaza şərbət, sari-məzaqə şəkkər,Əksi-buxari-dolma, zilli-əmmameyi-sər,Dəryayi-iştəhayə olmaqda behcətavər,Hüzzar içində əsla yox bir fəqirü müztər,Iftar vəqtidir ha, ey vaizi-süxənvər!İş başbilənsiz olmaz!Sərsüfrə sənsiz olmaz!Vəqti-ğəza ki, nəfsin cuş etdiyi zəmandır,Bilcümlə ruzədarə həngami-əkli-nandır,Ənva’i-nazü ne’mət sərsüfrədə əyandır,Lakin o löqmələr həp ə’yanə şayəgandır,Hər su nəzər edərsən: bəydir, əmirü xandır,Fəqr əhlinə bu halət taqətgüdazi-candır,Iftar ləzzətəfza suri-səfanişandır,Ey müstəhəq, darıxma, könlün əgərçi qandır!Miskin həzənsiz olmaz!Qəm, qüssə sənsiz olmaz!Etdikcə mən təmaşa, gördükcə işbu kari –Acizdə inkisari, saildə iztirari,Miskində intizari, tacirdə ehtikari,Əşkim olur gözümdən xuni-ciyərlə cari,Heyhat, olurmu çeşmim haiz bu iqtidariTa yanmadıqca könlüm, ey könlümün mədari?!Əş’ari-atəşin-dəm yaxdıqca qəlbi-zari,Təqlid edir təbiət mürğani-növbəhari.Şair süxənsiz olmaz,Şe’r isə sənsiz olmaz!Ey əhli-fəqrü faqə, ver şairə səlalın,Dəmdir ki, şair olsun dildadeyi-kəlalın,Dəmdir ki, şe’ri-nəğzim şərh etsin ərzi-halın,Şayani-rəhm olunsun hər kəscə infialın,Surətnümalıq etsin ayineyi-visalın,Gözlərdə cilvələnsin insan kimi cəmalın,Heyhat! Sümmə heyhat! Xam olmasın xəyalın!Bihimmət əğniyadən olmaz rəva sualın,Tök ruyi-zərdin üzrə daim sirişki-alın…Sail mihənsiz olmaz!Möhnət də sənsiz olmaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira