Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.
Eşqini asan bilirdim, çəkdi iş risvalığa,Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?
Boynuma saldım o ziba tələtin zülfi-kəcin,Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.
Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.
Urma şanə zülfünə, narahat etmə könlümü,Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sabira, torpağa saldı sayə rəna dilbərim,Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.
Kitabxana.az · https://kitabxana.az/works/sabir-kuyini-xunabeyi-cesmimle-nemnak-eylerem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan,tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi,
Xəsisin heyfi, varisin keyfiXəsisin heyfi, varisin keyfiŞeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.
Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?
Amalımız, əfkarımız ifnayi-vətəndirAmalımız, əfkarımız ifnayi-vətəndir,Kinü qərəzü hirs bizə ziynəti-təndir,
Başqa şairlərin şeirləri · Eşq
Kuyi-dildar imiş, ey zahid, o cənnət dediyin,Qaməti-yar imiş, əlbət, o qiyamət dediyin.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,