Madam ki, hamiyani-zülmətXoşlar ki, dəvam edə cəhalət;Heyhat, bilirmi onda millətTovhid nədir və ya nübüvvət?Məktəb edir iqtiza zəmanə,Bixar ola ta güli-fərasət;Ey seyr arayan o gülsitanə,Əsli yoxu bəkləmək nə hacət?!Xab et hələ, qafilanə xab et!Tainki uyub yatan ayılmaz,Fərq etməz ola ya ağ, ya qarə;Xəstə ki, başında huş qalmaz,Dərdin düşünüb bulurmu çarə?Ancaq ona türfə-türfə dəllakEylər hərə bir əcəb təbabət!Ey xəstə, ayılma, etmə idrak,Həp qanını əmsə də həcamət!Dönmə o yana, bu yanə, xab et!Aldanma, quzum, ki ləfzi-kafərTəshih olunub çıxa lüğətdən;Madam ki, sağdı Mirzə QənbərEymən deyilik bu məl’ənətdən;Qoymaz ki, bu xəlqi cismi-vahidHökmündə olub edə məişət;Əfsaneyi-küfrü şirkü mülhid,Heyhat, olurmu tərki-adət?!Bu nüktəni qanə-qanə xab et!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira