Millət şərqisi ("Qeyrət edib çalışdın, düşdün qabağa, millət!")
Qeyrət edib çalışdın, düşdün qabağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!Hər yerdə, hər məkanda hər dürlü iş qayırdın,İslaməa xidmət etdin, məzhəbləri ayırdın,Yüzlərcə coqə yapdın, minlərcə söz buyurdun,Hər gündə bir cəmaət atdın qırağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!Uyquda ikən aləm, əfradını oyatdın,Cümlə miləl içində öz şə’nini ucaltdın,Hörmətli ad qazandın, ali məqama çatdın,Əhsən, səd əhsən, əhsən bu təmtərağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!Minbə’d ciddü cəhdin yoxdur bizə lüzumi,Zira ki, əsri-halın bambaşqadır rüsumi,Məktəb sevir cəmaət, təqdis edir ülumi,Tərcih edir vaqonu ata, ulağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!Seyr etməyə fəzanı icad olur1 balonlar,Bir yandan aftamillər, bir səmtdən vağonlar,Hər ixtiraə dair tə’sis olur salonlar,Vallah, bular azıblar başdan ayağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!Bunlar bütün cəhanın əsbabi-e’tilası,Onlar əsiri-dünya, biz axirət fədası,Beş gündür ömri-dünya, yoxdur onun bəqası,Bizcə xətadır uymaq boylə məzağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!İslam üçün gərəkməz kafirlərin şüarı,Qoy onların ucalsın həp qəsri-zərnigarı,Biz gözlərik fəqət bir eyvani-xüldzarı,Ol yerdə hurilərlə dolluq otağa, millət!İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-millet-serqisi-qeyret-edib-calisdin-dusdun-qabaga-millet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bircə bu məşrutəni şah neçin verməyir?Gah verir filməsəl, gah neçin verməyir?
Nədir, aya, yenə üsyanları iranlıların?Nədir, aya, yenə üsyanları iranlıların?Başladı cünbüşə tüğyanları iranlıların,
Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
"Gülüstan"-i-Sə’didən bir hekayeyi-mənzuməyə bənzətmə ("Yeki porsid əz on şəh geştə fərzənd")Yeki porsid əz on şəh geştə fərzəndKi, ey Əbdülhəmid1 əz to xirədmənd!
Başqa şairlərin şeirləri · Vətən
Nə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
YeriBir zamaılar at oynadıb,Gəzdi bəylər bizim yeri.