Sərü hər muydə min aşiqi nalanın var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sərü hər muydə min aşiqi nalanın var,Məgər ey şux nə bir cismdə min canın var.
Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,Axtarırsan gənə bir aşiqi əcəb qanın var.
Xahişin tərki dili canıdı, mən həm etdim,Söylə, ey yar, görüm şimdi nə fərmanın var?
Eydi əzhada qoyun kəsmə, boyun qurbanı,Aşiqi zar kimi kəsməyə qurbanın var.
Süzi binaleyi pərvanəni gör, ey bülbül,Səhni gülzarda ancaq sənin əfqanın var.
Həm mərəz çarəsini eyləmək asandı, təbib,Mərəzi eşqə nə tədbir, nə fərmanın var.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sabira, qərq edər axır səni bu seyli bəla,Olma qafil belə kim, dideyi giryanın var.
Kitabxana.az · https://kitabxana.az/works/sabir-seru-her-muyde-min-asiqi-nalanin-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir təbibə gedib də bir bimarDedi: “Mədəmdə ağrı bir şey var;
Tömeyi-nəharÇığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!Sus, ay yazıq, fəzadəki üqabi-canşikan gör!
Töhmət edir qəzetçilər, - məşəri-nası bir beləTöhmət edir qəzetçilər, - məşəri-nası bir belə...Özlərinin inan ki, yox fəhmü zəkası bir belə...
Uşaq və buzDərsə gedən bir uşaqÇıxdı buz üstə qoçaq;
Başqa şairlərin şeirləri · Eşq
عشاق را هوای می اندر سر اوفتاد
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.