Şikayət
A kişi, bundan əzəl xəlqdə hörmət var idi,Binəva mollalara hörmətü izzət var idi!
Ağa hər yana ki, anqır desə, xəlq anqır idi,Yer üzündə bərəkət, nemətü dövlət var idi!
Kimin ağzıydı ki, mən ağ deyənə qarə desin?Hər nəyə əmr eləsəm, xəlqdə taət var idi!
Hərə öz əmrinə məşğul idi başı aşağa,Nə bu mollayə sataşmaq, nə bu söhbət var idi!
Elm hardaydı, müsəlman harada, qardaşım,Nə tərəqqi sözü, nə söhbəti-millət var idi!
A dönüm başına, bilməm bu cavanlar nə deyirKi, əzəl onlara nə qüslü təharət var idi!
Hamısı kafirə bənzer o həramzadələrin,Nə müsəlmanlığa onlarda şəbahət var idi!
Bu yatan taifəni onlar oyatdı, heyhat!..Keçdi ol dövr ki, mollalara rahət var idi!
Müftəxorluq nə gözəl peşə idi tutmuş idim,Nə açan üstünü kann, nə şəmatət var idi!
Ziddimə söz deyən olsaydı edərdim təkfır,İşimi qurdalasın kimdə nə cürət var idi?
İndi bu xırda uşaqlar da edir tənə bizə,Fövt olub getdi o əyyam ki, fürsət var idi!
Ah, əfsus ki, keçdi o gözel dövranım!Rahət idim ki, bu xəlq içrə cehalət var idi!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-sikayet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Və’z etdiyin inandı, sən amma inanmadın!Ya lil’əcəb, məgər yorulub bir usanmadın?!
Asudəlik bu saət yerdən göyə cəhanda"Dil mirəvəd zidəstəm, sahib dilan xudara,Dərda ki, razi-pünhan xahəd şod aşikara!"1
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!
Sonya, ey dilbəri-pakizə əda!Sonya, ey dilbəri-pakizə əda!Sənə bu Naqdı bəyin canı fəda!
Başqa şairlərin şeirləri
Könül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,