Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi,Şimdiki halilə məmnuniyyət izhar eyləyir;Şey yeyir, çalğı çalır, gahi yazır, gahi oxur,Vəqtini bə’zən də dülgərliklə imrar eyləyir.

Əbdülhəmid deyir ki:Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin3Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam;Lafövəllah, hökmranlıq etdiyim günlərdə dəKəsmişəm, kəsdirmişəm, sutlani-cəbbar olmuşam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira