آرزو چند به هر سوی کشاند ما را؟این سگ هرزه مرس چند دواند ما را؟

Nə qədər sövq edəcək arzu bu meydana bizi?Hərzə bir it kimidir, sövq edir hər yana bizi.

نخل ما را ثمری نیست به جز گرد ملالطعمه خاک شود هر که فشاند ما را

Ömür bir ipdi, düyündən savayı yox səməri,Əksələr torpağa, torpaq gətirər cana bizi.

ما که در هر بن مو کوه گرانی داریمهیچ سیلاب به دریا نرساند ما را

Bizim hər bir tükümüzdən, elə bil, dağ asılıb,Seldə yoxdur o hünər, çatdıra ümmana bizi.

بر سر دانه ما سایه ابری نفتادزور غیرت مگر از خاک دماند ما را

Buludun kölgəsi düşməz biz əkən danələrə,Təkcə hümmət yetirib bu bağa-bostana bizi.

نامه ماست نهانخانه اسرار ازلظلم بر خویش کند هر که نخواند ما را

Eşqə düşdük, dinimiz, əqlimiz əldən getdi,Daha kim çatdıracaq, söylə, o karvana bizi.

در نهال قد این جلوه فروشان مجازجلوه ای نیست که بر خاک کشاند ما را

Özünə zülm eləyər, kim oxusa naməmizi,Namədir vaqif edən çünki o pünhana bizi.

عشق ما را ز دل و دین و خرد دور انداختتا به آن قافله دیگر که رساند ما را؟

O məcazı gözəlin sərv kimi qamətidir,Varmıdır özgə gözəl, döndərə qurbana bizi?

Məqtə — şairin təxəllüsü olan son beyt. نشد از ناخن تدبیر گشادی صائبتا که زین عقده مشکل برهاند ما را؟

Məqtə — şairin təxəllüsü olan son beyt. Saib, hər müşkili dırnaq ilə açmaq olmaz,Gər açılmazsa bu müşkil, salacaq qana bizi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri