خط غباری عارضین آیات قرآن ایلمیش
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
خط غباری عارضین آیات قرآن ایلمیشحسن صاحب شوکتین موری سلیمان ایلمیش
Xətti-qübari-arizin ayati-Quran eyləmişHüsni-sahibşövkətin muri-Süleyman eyləmiş
نقطه سهو ایلیوپدور گوزلرون جیران گوزینقاشلارون بایرام هلالین طاق نسیان ایلمیش
Nöqteyi-səhv eyləyibdir gözlərin ceyran gözünQaşların bayram hilalın taqi-nisyan eyləmiş
آز دیروبدور گل یوزون بلبللری گلزاردنسنبلون ریحان خطین توپراغه یکسان ایلمیش
Az dirubdur gül üzün bülbülləri gülzardanSünbülün reyhan xətin torpağa yeksan eyləmiş
کعبه نی بتخانه ایلوپدور فرنگی گوزلرینیریوزین زنار زلفون کافرستان ایلمیش
Kəbəni bütxana eyləyibdir fərəngi gözlərinYer üzün zünnar zülfün kafirstan eyləmiş
لعل میگونین که ایچوبدور بدخشان قانینیغنچه نی بلبل گوزینه قانلو پیکان ایلمیش
Lə'li-meygunin ki içübdür Bədəxşan qanınıQönçəni bülbül gözünə qanlı peykan eyləmiş
باشینی خط شعاع ایلن دوتوپدور آفتابتا منیم چابک سواریم عزم میدان ایلمیش
Başını xətti-şüa ilə tutubdur aftabTa mənim çabük süvarım əzmi-meydan eyləmiş
التفات لعل جانبخشون قارا گونلولریخلق ایچینده پرده دار آب حیوان ایلمیش
İltifati-lə'li-canbəxşin qara könlüləriXalq içində pərdədar abi-heyvan eyləmiş
درد عشقین چهره زرین ایلن یریوزینیصفحه خورشید تابان تک زرافشان ایلمیش
Dərdi-eşqin çöhrəyi-zərrin ilə yer üzünüSəfheyi-xurşidi-taban tək zərəfşan eyləmiş
موجه دریای احسانون دوتوبدور یریوزینترلو رخسارون جهانی شهر یونان ایلمیش
Mövcəyi-dəryayi-ehsanın tutubdur yer üzünTərli ruxsarın cahanı şəhri-Yunan eyləmiş
جلوه باد بهاری التفاتون گل کیمیکونلومی مین چاک ایلن دست و گریبان ایلمیش
Cilvəyi-badi-bəhari iltifatın gül kimiKönlümü min çak ilə dəstü-giriban eyləmiş
Məqtə — şairin təxəllüsü olan son beyt. نه عجب گر صائب ایلن خط سنی قیلدی رحیمخط ظالم بیله کافر چوخ مسلمان ایلمیش
Məqtə — şairin təxəllüsü olan son beyt. Nə əcəb gər Saib ilə xətt səni qıldı rəhimXətti-zalım belə kafir çox müsəlman eyləmiş
Kitabxana.az · https://kitabxana.az/works/saib-turki-qezel-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
بس که ز جانان به من رنج دل و جان رسید
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.