Məzmun
  1. I
  2. Iı
  3. III
  4. IV
  5. V

Səhifə 3 / 5 · 40%

– Sənin daha oğul-uşaq içinə girən vaxtın deyil, böyümüsən, bir də buralara gəlmə! – dedi.

Polad acığından tir-tir əsdi. Ancaq bir söz demədi, yeyin addımlarla çıxıb getdi. Əlisəfanın bu hərəkəti Günəşin qəlbini bir neştər kimi dəldi.

Pakizə artıq ayılmış, gözlərini açmışdı. Əlisəfa onun qolundan tutub qaldırdı. Günəş acıqlı və əsəbi halda evə döndü.

IV

Polad əncir ağacı altında oturub, həzin səslə oxuyurdu. Günəş bilə-bilə onu tək buraxmışdı. Yalnız Araz gəldiyi zaman:

– Oğlum, gəl çay iç, – deyə onu çağırdı. Polad gəlmədi, qalxıb hara isə getdi.

Günəş əhvalatı açıb Araza danışdı. Araz onu çox soyuqqanlı dinlədi. Sadəcə gülümsəyərək:

– Allah xeyir versin! – dedi.

Arazın bu işə əhəmiyyət verməməsinə Günəş heyrət etdi, çünki onun Poladı həddindən çox sevdiyini bilirdi. Gözlərini geniş-geniş açaraq ciddi bir səslə:

– Gülmə, – dedi, – bunun axırı bilirsənmi nə olar?

– Nə olar? Özünü öldürər? Mənim oğlum elə iş görməz!

– Birdən gördü, sonra?

Araz gülümsəyərək:

– Mən də cavan ikən məhəbbətin hər bir macərasını görmüşəm, hər acısını dadmışam, – dedi. – O mənim qədər istəməmiş və istəyə də bilməz!

Arazın bu sözləri Günəşi çox maraqlandırdı.

Günəş:

– Səndə təzə xəbərlər varmış! – dedi və heyrətlə soruşdu:

– İstədiyin kim imiş?

– Sən!..

– Yalan!

– Ömrümdə yalan danışdığım yadıma gəlmir.

Günəş doğrudan da iyirmi beş il ərzində Arazın bir dəfə də yalan danışdığını eşitməmişdi. Odur ki, mənalı-mənalı gülümsəyərək soruşdu:

– Bu nə zaman olmuşdu?

– Sən hələ qız ikən!

– Nə qız ikən, nə də sonra səndə bunu görməmişəm.

– Arvad gözü mənim məhəbbətimi görə bilməz!

Günəş şirin düşüncələr içində susdu. Arazın son sözü onun qadınlıq qüruruna toxunduğu halda məmnun idi. Arazın etirafı onun iyirmi beş illik həyatının bütün sirlərini açmış, dumanlarını silmiş, təmizləmişdi. Bu xoş xəbər Günəşin qəlbindəki şöləni daşqın bir surətdə parlatdı. O şölənin nüfuzedici şəfəqləri ilə iyirmi beş illik həyatı zehnində canlandı. Onu incədən-incəyə zehnindən keçirərkən hər yarpağında, hər sətrində Arazın anlatmaqda olduğu sevdanın büllur izlərini yavaş-yavaş duymağa başladı. O, artıq Araza haqq verdi. Ancaq ona dadlı xatirələr, qızğın duyğular bəxş edən eşqini bu vaxta qədər ondan gizlətməsini əsla bağışlaya bilmirdi.

Uzun bir müddət birlikdə həyat keçirmiş olduğu bu adamın gizlətdiyi hissləri indiyə qədər duya bilmədiyinə yanıb-yaxılırdı. Dəmir təbiətli, polad iradəli Arazda gördüyü, bildiyi bu kimi fövqəladə hallara heyrət edirdi. Bu düşüncələr içində Günəş birdən-birə başını qaldırıb heyrətlə parıldayan gözlərini Araza dikərək qaldı. Araz: “Nə baxırsan?” – deyə soruşduğu zaman Günəş gülümsəyərək: “Heç!” – deyə məhcub və məmnun bir tövrlə başını aşağı dikdi.

Artıq hər ikisi dadlı düşüncələrin büllur qanadlarında uzaq aləmləri dolaşır, ulduzlu, günəşli həyatın zehinlərindən bir-bir sürətlə keçməkdə olan canlı xatirələri ilə məşğul görünürdü. Günəşi bu dadlı xəyallardan Arazın gur səslə:

– Yatmaq vaxtı gəlib, – deməsi oyatdı. Düyməsinə barmaqla azca toxunan kimi sönən elektrik lampası tək Günəşin ruhunu oxşayan xoş xatirələrin şəfəqləri bir anda zehnindən silindi. Poladı yenidən xatırlayınca nəşəsi qaçdı, üzü dumanlandı. O, titrək və həzin bir səslə:

– Mənə hər nə deyirsən de, bu iş məni yaman qorxudur, – dedi.

Araz qəti və gur səslə:

– Qorxma, hər şey öz qaydası ilə gedəcək! – deyə cavab verdi.

Günəş susmağa məcbur oldu. Düşüncəli gözləri ilə onun pəhləvan gövdəsini nəzərdən keçirərək Araza haqq verdi. Oğlu Poladın atasına bənzədiyini düşünərək ürəkdən sevindi. Lakin bu sevinc uzun sürmədi. Günəşin üzünü yenə duman aldı. O, Almasın Varisə verilməsinə Poladın dözə bilməyəcəyindən qorxurdu. Araz onun qəlbindəki fırtınanı üz-gözündə seyr edirdi. O birdən-birə əlini yerə çırparaq:

– Qalx, sən də yaşa dolduqca köyrəlirsən, əvvəlki Günəş deyilsən. dedi.

– Polad kimi oğul anasıyam, yenə də dəyişilməyim?

– Mən nə üçün dəyişilmədim?

– Mən də ona heyrət edirəm.

– Dünyada sevmədiyim, ən çox qorxduğum şey zəiflikdir. Bu kövrəkliyi, zəifliyi Polada keçirməkdən qorxuram. Mən bilmirəm, səhərə qədər ürəyindən bu sıxıntını silib təmizləyəcəksən, anladınmı?

Günəş dinməz-söyləməz yerindən qalxdı, lakin yenə oğlunu xatırlayıb: “Polad gəlib çıxmadı” demək üçün üzünü Araza çevirdi. Ancaq cəsarət etməyib, geri döndü. Araz onun nə demək istədiyini dərhal başa düşüb:

– Sən onu düşünmə, o indi burdan daha yaxşı yerdədir, – dedi.

Günəş heyrət edərək: “Necə də insanın qəlbini oxuyur” – deyə düşündü. O indi yatağında yuxuya gedə bilməyərək, Arazın dediklərini bir-bir yadına salır. Poladın bu gecə evə dönməyəcəyini düşünüb, yenə narahat olmağa başlayırdı. Araz isə çoxdan xoruldayırdı. Birdən qapı şiddətlə vuruldu. Günəş cəld yerindən sıçrayıb, ayağa durdu. Yeyin addımlarla qapıya qaçdı. Şüşə arxasından Poladın fəhlə yoldaşı Qanbayı görüncə qorxu ilə:

– Nə var, Qanbay? – deyə soruşdu.

Qanbay onun qorxduğunu hiss edərək:

– Heç bir şey. Polad sazını istəyir, onu aparmağa gəldim, – deyə cavab verdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

II

Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.

19351 dəq
III

Bu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?

19352 dəq
IV

Atasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.

19354 dəq
V

Rəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.

19353 dəq

Başqa şairlərin şeirləri