Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə,Eyləyib laləsifət bağrımı gəl qan, gəzmə.

Degiləm, iki gözüm olsa da, mən xatircəm,Ey gözüm nuri, gözümdən belə pinhan gəzmə.

Xatəmi-ləlüvə ta yetməyə Əhrimən əli,Ey pəri, yarın əgər olsa Süleyman, gəzmə.

Çıxma yarım, gecələr tışra sən əğyar ilə,Qorxuram hüsnüvə, ey məh, yetə nöqsan, gəzmə.

Danışırlar hamı, el ağzını tutmaq olmaz,Ey güli-qönçədəhən, xar ilə hər yan gəzmə.

Faş olan nüktədi qeyr ilə dəhanın sirri,Sanma ol nüktə səri-mu qala pinhan, gəzmə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Getmə cəmiyyəti-əğyarə sən, ey zülfi siyah,Seyyidi-zarı edib halı pərişan, gəzmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq