Eşq əhli ki, xali-ləbi-cananı öpərlər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Eşq əhli ki, xali-ləbi-cananı öpərlər,Ol Kəbə ara vermək üçün canı, öpərlər.
Öpsəm üzüvü, ey üzü müshəf, nə günahım,Bu sünnəti-məşhurdu, Quranı öpərlər.
Ətşan cigərim yarələri, bərqüvi görcəkBağrına basıb navəki-peykanı öpərlər.
Sağərləri sındırmağımın vəchi budur kim,Ləbrizi-mey olsa, ləbi-cananı öpərlər.
Mən ağlayıram, yatmaya ta mərdümi-aləm,Şayəd yuxuda ol ləbi-xəndanı öpərlər.
Ətfali-dəbistan güli-ruyin həvəsindən,Hərdəm açıb övraqi-”Gülüstan”ı öpərlər.
Qəmzən oxu kuyün daşına qanımı töksə,Əfvaci-məlaik gəlib ol qanı öpərlər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, məni uyquyə verib fikrü xəyalım,Ləli-ləbüvi hər gecə pinhanı öpərlər.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-esq-ehli-ki-xali-lebi-canani-operler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir bəxilə deyib bir əhli-füsunBir yuxu görmüşəm, de xeyr olsun.
Xorasan xəsisi və qulamıŞaiq, ol hadiyi-bədikəlam,Güli-xoşətri-gülşəni-əyyam,
Nuhun vəqəsiDörd min ildən yüz əksik oldu ki, NuhGetdi dünyadən ol cahan-fütuh.
Hacı və molla əhvalatı (Köpəyə ehsan)Köpəyə ehsanVar idi Şahsevəndə bir haci,
Başqa şairlərin şeirləri · Eşq
Könlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.