Ey olan hadiyi-ərbabi-zələalət Hadi,Ey Müzəllini edən həqqə hidayət Hadi,Eylədin sən ki, bu mehdiliyə adət, Hadi,Elə bəs aləmə təbliği-risalət, Hadi!

Leyk peyğəmbər olan həcv eləməz ümmətini,Kişi lazımdı çəkə ümmətinin qeyrətini,Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini,Sənə bu həcv nə fərz idi, nə sünnət, Hadi!

"Əhsənül-Qaidə"nin sahibi, yaxud özü bəg,Yazmış idi: nə rəva xəlq olur ağköynək?Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək,Nə üçün eylədin izhari-ədavət, Hadi?!

İnşaallah saba-birgün yetişir mahi-əza,Gey kəfən, yar başını, tök yaşını, bağla qara,Səni meydanda görən kimsə desin: namxudaEləyibdir yenə aləmdə qiyamət Hadi.

Əlini tutmadı bir kimsə ki, qardaş, sənin,Can sənin, cism sənin, tiğ sənin, baş sənin,Cəm ola baxmağına sünni, qızılbaş sənin,Baxıban onlara sən eylə fəxarət, Hadi!

Kim deyər ağlama sən Kərbübəla sərvərinə,Canımız cümlə fəda olsun onun Əkbərinə.Ağladı ərzü səma təşnə ölən Əsğərinə,Onu inkar edənin zatına lənət, Hadi!

Leyk siz bir para bidətlər edibsiz icad,Qoymusuz adını siz təziyə, ey əhli-fəsad!Sizə bu təziyədən özgə həvəslərdi murad,Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi!

Bu deyilmi qərəzin başını sən çapmaqdan,Yəni ki, canımı cananə edərdim qurban,Malını bəs nə üçün eyləməyirsən ehsan,Quru baş çapmağa sən etmisən adət, Hadi!

Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza,Sənə nifrin edəcək padşahi-Kərbübəla,Bədənin zəhmətinə şərdə yoxdur fitva,Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi?

Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq,Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!Bəs nə vaxtı bizə qismət olacaq göz açmaq?Əqlə gəl, tarıya bax, bəsdi bu qəflət, Hadi!

Bu hədisi nə zaman zikr qılıb peyğəmbər--Ki, olur rus diliylə oxuyan kəs kafər?Allah, allah, bu nə böhtandır, ey hiylətgər,İxtilafati-lisandır bizə nemət, Hadi!

Kim ki, bir dil bilə bir nemətə ol vasildir,Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir,Leyk aləmdə hər ol kimsə ki, naqabildir,Edəcək qeyr lisanı o, məzəmmət, Hadi!

Biz də müddət "Zərəbə Zeyd" kitabın oxuduq,Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq,Barı biz taifə əzzəldə yenə bir…………,Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi!

Tut, Həsən bəy, bizə təlim eləyir dərsi-zəlal,Götürüb boynuna ol kafər olub vizrü vəbal,Niyə təlimə siz ətfal qılırsız irsal,Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi?

Oxudur cümlə uşaqlarını xanü bəyiniz,Neməti-rus ilə pərvərdə olub cəmdəyiniz,Bilməyən rus dilini bəlkə ola tək-təkiniz,Sizdədir hamıdan artıq ona rəğbət, Hadi!

Mərhəba mülki-Qarabağ əzadarları,Tarı əfzun eləsin siz təki dindarları,Seyyida, bəsdi, əgər görsə bu əşarları,Çəkəcək tutduğu kirdarə xəcalət Hadi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri