Dedi Məcnuna bir nəfər huşyar:Leyl əfzəldi, söylə, ya ki nəhar?Dedi: – Məşhurdur bu, ey əhvəl,Leyl olubdur nəhardən əfzəl.Leyldə nami-Leyli oldu əyan,Bu səbəbdən olub əzizi-cahan.Dedi kim, ey əzizlər canı,Etmisən xətm söylə Quranı?Dedi: – “Vəlleyl”də məni-gümnamEtmişəm məktəb içrə xətmi-kəlam.Dedi: – Bir surədə varındı hünər?Dedi: – “Vəlleyl”i etmişəm əzbər.Oldu “Vəlleyl”, ey ədəb kani,Behtəri-surəhayi-Qurani.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri