Nəql edirlər ki, bir gün İsgəndərEylədi bir xərabə sarı güzər.Gördü nagəh xərabədə bir pir,Arizi rəşki-afitabi-münir.Maili-taəti-xudayi-əlim,Etmədi padşahə bir təzim.Xişmnak oldu padşahi-qəyur,Dedi: - Ey rahi-mərifətdən dur,Nə üçün şahə etmədin təzim?Mənəm İsgəndəri-fələktəkrim.Asiman-qədr şahi-dövranəm,Lütfə dərya, səxavətə kanəm.Mənəm iqlim-girü bac-sitan,Hökmümə tabe oldu cümlə cahan.Dedi: - Ey şah-vacibüt-təkrim,Sənə bir kimsə eyləsin təzim –Ki, ola səndən ehtiyacı onun,Dövlətindən ola rəvacı onun.Qaneəm mən ki, künci-viranə,Sözlərindir yanımda əfsanə.Hirs ilə azdır qulam mənə -Ki, olub indi padşah sənə.Ey olan ol idi qulama qualm,Nə təfaxürdür eylədin elam?Çəkdi ol gün xəcalət İsgəndər,İltimas etdi ol fələkçakər.Dedi: - Eylə məni-həzinə dua –Ki, edə hirsü azı dəf xuda.Seyyida, hirsü azdan həzər et,Gənci-mülki-qənaətə güzər et.Olasan gər Skəndəri-sani,Olacaqsan zəmanədə fani.Nə qalır mülkü malı dünyanın,Nə şükuhü cəlalı dünyanın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale