Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır,Bir kəbutər qəsdinə, guya iki səyyaddır.
Öldürür, gahi dirildir aşiqi qəmzən oxu,Türfə sahirdir ki, həm canbəxş, həm cəlladdır.
Ləhzə-ləhzə seyli-əşkim aləmə tufan salır,Ta qəmindən hər gözüm bir Dəcleyi-Bağdaddır.
Başın üçün, kəsmə məndən ey büti-bidadgərCövrü zülmün kim, fərəhbəxşi-dili-naşaddır.
Ey məhi-namehriban, etməm təmənna vəslüvi,Bəs ki, könlüm möhnəti-hicranuva mötaddır.
Qıldı hicran qəsdi-can, cananə bilməz halımı,Lütf qıl, ey nalə, bu dəm kim, dəmi-imdaddır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yardən ta Seyyidi-müztər kimi düşdüm cüda,Həmdəmim əfğan, ənisim naləvü fəryaddır.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-qesdi-can-eyler-o-fettan-gozlerin-bidaddir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gərçi dil seydinə, ey gül, xət ilə xalın var,Leyk ondan bu gözəldir ki, gözəl halın var.
Qətlimə meyl əgər ol dilbəri-növşad eylərQətlimə meyl əgər ol dilbəri-növşad eylər,Qəm əlindən qutarır, könlümü həm şad eylər.
Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı varXət gəldi ruyi-dilbərə, ey dil, hicabı var,Zülfi-siyahı tək o gülün piçü tabı var.
Sanma ki, çeşmdən üzümə əşki-tər gəlirSanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.