Sinədən guşuma fəryadi-dili-zar gəlir,Dərdi artıbdı, genə naleyi-bimar gəlir.

Bildi, görsəm rüxi-alın fərəhimdən ölərəm,Şad-mərg etməgə öz aşiqini yar gəlir.

Qəmi-hicranə dedin, səbr elə sən, ey naseh,Sənə asan isə bu iş, mənə düşvar gəlir.

Hansı bir üzvüvi tərifə edərsəm iqdam,Əvvələn ağzıma ol ləli-şəkərbar gəlir.

Əsəri-badəni gör kim, yıxılıb məst oluram,Nə zaman fikrimə ol gözləri xummar gəlir.

Dil gəlir busə üçün dövri-xətində dərinə,Şərm edən sailə bənzər ki, şəbi-tar gəlir.

Ölməgim xoşdu rəqib ilə səni görməkdən,Gəzmə qeyr ilə, mənim qeyrətimə ar gəlir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, tari-səri-zülfü gözümdən getdi,Masiva, tarı bilir kim, gözümə tar gəlir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq